Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1283/2023 18.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, X1 katibliyin ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40012541 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 159.99 AZN borcun, 0 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(002)-1283/2023 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında bağlanmış 40012541 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 159.99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh qarşı olan 159.99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bugünə 159.99 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ona qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia tələbini qəbul etmir və iddia rədd edilməlidir. Məlumat üçün bildirir ki, yuxarıda qeyd olunan müqavilə üzrə sifariş etdiyi məhsuldan (Router HUAWEİ AX3 WS7200 5********) imtina etmişdir və məhsulu geri qaytarmışdır. Nəticədə "xxxx" MMC-arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40012541 nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir..Hazırda onun xx.xx.2022-ci il tarixli 40012541 saylı Nisyə alqı satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur.Bu halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi təsdiq edə bilər.Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş 40012541 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsindən görünür ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 159,99 manat olan əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyanın qiymətini satıcıya 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli R-16/19 saylı müqavilənin surətindən görünür ki OPTİMAL ELEKTRONİKA MMC ilə Ferrum Kapital” QSC (faktor) arasında tələbetmə hüququnun güzəşt edilməsinə dair Faktoring müqaviləsi bağlanmış və müqaviləyə əsasən OPTİMAL ELEKTRONİKA MMC özünün borclulara olan pul tələbini "xxxx" MMC (faktora)-yə güzəşt edir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli R-16/19 saylı tələbetmə hüququnun güzəşt edilməsinə dair Faktoring müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli, R-xx/xx-0220 saylı Sazişə əsasən Cavabdeh borcu tələbetmə hüququ "xxxx" MMC -yə ötürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 40012541 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı satqı müqaviləsi üzrə xx.xx.2023cü il tarixə 159,99 AZN əsas borc, 0 AZN cərimə borcunun olmaqla cəmi 159,99 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Əlavə və Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh (alıcı) OPTİMAL ELEKTRONİKA” MMC-yə qiyməti 159.99 manat olan əşyaları 6 ay müddətində hər ay 27 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli əşyanın təhvil-təslim aktın surətindən görünür ki, Cavabdeh (alıcı) ona verilmiş malları tam qüsursuz halda təhvil almış və imzalamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ona görə ki, onunla "xxxx" MMC-arasında xx.xx.2022-ci il tarixində 40012541 saylı "Nisyə alqı-satqı müqaviləsi" bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (Router HUAWEİ AX3 WS7200 ********) imtina etmişdir. Nəticədə xx.xx.2022 tarixli 40012541 saylı" Nisyə alqı-satqı müqaviləsi" ləğv edilmişdir. Hazırda xx.xx.2022 tarixli 40012541 saylı "Nisyə alqı-satqı müqaviləsi" üzrə "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. Ferrum Capital-da xx.xx.2022 tarixli 40012541 saylı "Nisyə alqı-satqı müqaviləsi " üzrə borcalanın adında olan 159.99 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh (alıcı) borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 657.7-ci maddəsinə əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40012541 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 159,99 manat məbləğində mala görə pulu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, sonradan müqavilə predmeti olan məhsulu P.S.Günel tərəfindən Optimal Elektronika MMC-yə geri qaytarılmaqla 40012541 saylı müqaviləyə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh Optimal Elektronika MMC-yə borcu 0 (sıfır) manat təşkil edir. xx.xx.2022-ci il tarixli, R-xx/xx-0220 saylı Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ hal-hazırda, alqı-satqı ilə alıan mal geri qaytarıldığından mövcud deyil, belə bir tələbetmə hüququ olmadından İddiaçı QSC-yə keçməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ mövcud olmamışdır. Çünki, xx.xx.2022-ci il tarixli 40012541 saylı alqı-satqı müqaviləsinə xitam verilmişdir. Mövcud olmayan tələb hüququ güzəşt edilə bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməli, İddiaçı QSC-nin Cavabdeh qarşı "nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə hissəsi: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-1283/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1283/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver