Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1318/2024 01.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S3K5738721 nömrəli, 12 iyul 2019-cu il tarixli müqavilə üzrə 250 manat əsas, 75 manat dəbbə pulu, S3K5670893 nömrəli, 09 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 277 manat əsas, 83 manat dəbbə pulu, S3K5670386 nömrəli, 22 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 295 manat əsas, 89 manat dəbbə pulu və 31 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1100 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 iyul 2019-cu il, 09 sentyabr 2019-cu il və 22 oktyabr 2019-cu il tarixlərində Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında S3K5738721 nömrəli, S3K5670893 nömrəli, və S3K5670386 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S3K5738721 nömrəli müqavilə üzrə 506 manat dəyəri olan 1 ədəd “Lg” markalı televizor Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşdür.S3K5670893 nömrəli müqavilə üzrə 426 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5670386 nömrəli müqavilə üzrə 540 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A20S” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən Alıcı S3K5738721 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 486 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, aylıq 27 manat olmaqla, hər ayın 11-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5670893 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 426 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 24 manat olmaqla, hər ayın 08-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.. Alıcı S3K5670386 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 540 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 45 manat olmaqla, hər ayın 21-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S3K5738721 nömrəli müqavilə üzrə 250 manat əsas, 75 manat dəbbə pulu olmaqla, 325 manat, S3K5670893 nömrəli müqavilə üzrə 277 manat əsas, 83 manat dəbbə pulu olmaqla, 360 manat, S3K5670386 nömrəli müqavilə üzrə 295 manat əsas, 89 manat dəbbə pulu olmaqla 384manat, borcu yaranmışdır. Alıcı tərəfindən S3K5738721 nömrəli, 12 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş; S3K5670893 nömrəli 09 sentyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 5 manat ödəniş; S3K5670386 nömrəli, 22 oktyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş edilmişdir.Tərəfımizdən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Əsaslandırma hissəsi: Belə ki, iş materiallarına əlavə olunmuş S3K5738721 nömrəli 12 iyul 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 506 manat olan 1 ədəd “Lg” markalı televizoru alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh nun S3K5738721 nömrəli 12 iyul 2019-cu il tarixli müqavilə üzrə 250 manat əsas, 75 manat dəbbə pul borcu olmaqla, cəmi 325 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş 12 iyul 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, S3K5738721 nömrəli 12 iyul 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh iddiaçıya 18 ay müddətində aylıq 27 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 20 manat edilmişdir. İş materiallarına əlavə olunmuş S3K5670893 nömrəli 09 sentyabr 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 426 manat olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefonu alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh S3K5670893 nömrəli 09 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 277 manat əsas, 83 manat dəbbə pul borcu olmaqla, cəmi 360 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş 09 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, S3K5670893 nömrəli 09 sentyabr 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh iddiaçıya 18 ay müddətində aylıq 24 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 0 manat edilmişdir. İş materiallarına əlavə olunmuş S3K5670386 nömrəli, 22 oktyabr 2019-cu il tarixli müqavilə müqavilənin surətindən görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 540 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A20S” markalı telefonu alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh S3K5670386 nömrəli, 22 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 277 manat əsas, 83 manat dəbbə pul borcu olmaqla, cəmi 360 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş 22 oktyabr 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, S3K5670386 nömrəli, 22 oktyabr 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh iddiaçıya 12 ay müddətində aylıq 45 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 0 manat edilmişdir. İş materiallarına əlavə olunmuş bildirişlərdən və əşyanın təhvil-təslim aktının surətlərindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. Tətbiq edilən hüquq normalar.: Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər.Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən borca dair maliyyə və ödəniş cədvəlini əsas götürüb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə satış müqaviləsi bağlanmış və müqavilələrə əsasən satıcı əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya müqavilələr üzrə müəyyən edilmiş müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində İddiaçı Cavabdeh S3K5738721 nömrəli, 12 iyul 2019-cu il tarixli müqavilə üzrə 250 manat əsas, 75 manat dəbbə pulu, S3K5670893 nömrəli, 09 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 277 manat əsas, 83 manat dəbbə pulu, S3K5670386 nömrəli, 22 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 295 manat əsas, 89 manat dəbbə pulu borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 31 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən bildiriş və iddia ərizəsinin surəti qəbul edilsə də, onun tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdi. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, S3K5738721 nömrəli, 12 iyul 2019-cu il tarixli müqavilə, 09 sentyabr 2019-cu il tarixli müqavilə üzrə və S3K5670386 nömrəli, 22 oktyabr 2019-cu il tarixli müqavilələrinin hərəsi üçün 20 manat olmaqla cəmi 60 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqavilələrin hərəsi üçün 20 manat olmaqla cəmi 50 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, həmçinin cavabdeh iddia ərizəsini lazimi qaydada almasına baxmayaraq, məhkəməyə onun tərəfindən heç bir etiraz daxil olmadığını, habelə iddiaçının tələbinin aşkar və əsaslandırılmış olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, S3K5738721 nömrəli, 12 iyul 2019-cu il tarixli müqavilə üzrə 250 manat əsas, 20 manat dəbbə pulu, S3K5670893 nömrəli, 09 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 277 manat əsas, 20 manat dəbbə pulu, S3K5670386 nömrəli, 22 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 295 manat əsas, 20 manat dəbbə pulu borcu olmaqla cəmi 882 manat borc və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh S3K5738721 nömrəli, 12 iyul 2019-cu il tarixli müqavilə üzrə 250(iki yüz əlli) manat əsas, 20(iyirmi) manat dəbbə pulu, S3K5670893 nömrəli, 09 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 277(iki yüz yetmiş yeddi) manat əsas, 20(iyirmi) manat dəbbə pulu, S3K5670386 nömrəli, 22 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 295(iki yüz doxsan beş) manat əsas, 20(iyirmi) manat dəbbə pulu borcu olmaqla cəmi 882(səkkiz yüz səksən iki) manat borc və 30(otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-1318/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1318/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver