Məhkəmə qərarları › İş №e-2(002)-1330/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1330/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1330/2022 19.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Plitə, Aspirator Electrolux, 5 ədəd Dr. Beckmann Naqar təmizləyici vasitələr üçün 426.7 (dörd yüz iyirmi altı, yetmiş qəp) manat ödənilməmiş hissə, 42.3 (qırx iki, otuz qəp) manat cərimə; 2. 10.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Mətbəx mebeli (02042) üçün 1634 (min altı yüz otuz dörd) manat ödənilməmiş hissə, 163 (yüz altmış üç) manat cərimə 3. 12.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********16186 Huawei P Smart markalı telefonüçün 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə 4. 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Aspirator Gorenjeüçün 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə 5. 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********46221 Huawei Y5 Lite markalı telefonüçün 234 (iki yüz otuz dörd) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə 6. Ümumilikdə 3068 manat borc, 50.68 manat ödənilmiş dövlət rüsumu, cəmi 3118.68 manat cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh, ABC TELECOM MMC il1ə6.01.2020-ci il, 10.11.2019-cu il, 12.07.2019-cu il, 21.01.2020-ci il və 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Plitə, Aspirator Electrolux, 5 ədəd Dr. Beckmann Naqar təmizləyici vasitələr, Mətbəx mebeli (02042), İmei Kodu **********16186 Huawei P Smart markalı telefon, Aspirator Gorenje, İMEİ Kodu **********46221 Huawei Y5 Lite markalı telefon almış və nəticədə 3068 (üç min altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 757.8 (yeddi yüz əlli yeddi, səksən qəp) manat (18 ay 42.1 manat + 0) manat ilkin ödəniş HOFFMANN Plitə, Aspirator Electrolux, 5 ədəd Dr. Beckmann Naqar təmizləyici vasitələr üçün ümumilikdə, 469 (dörd yüz altmış doqquz) manat olmaqla ondan, 426.7 (dörd yüz iyirmi altı, yetmiş qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 42.3 (qırx iki, otuz qəp) manat cərimə; 10.11.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1725 (min yeddi yüz iyirmi beş) manat (20 ay x 86 manat + 5 manat ilkin ödəniş) Mətbəx mebeli (02042) üçün ümumilikdə, 1797 (min yeddi yüz doxsan yeddi) manat olmaqla ondan, 1634 (min altı yüz otuz dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 163 (yüz altmış üç) manat cərimə 12.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 607 (altı yüz yeddi) manat (12 ay x 50 manat + 7 manat ilkin ödəniş) İmei Kodu **********16186 Huawei P Smart markalı telefonüçün ümumilikdə, 275 (iki yüz yetmiş beş) manat olmaqla ondan, 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 261 (iki yüz altmış bir) manat (18 ay x 14.5 manat + 0 manat ilkin ödəniş) Aspirator Gorenje üçün ümumilikdə, 270 (iki yüz yetmiş) manat olmaqla ondan, 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 252 (iki yüz əlli iki) manat (14 ay x 18 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********46221 Huawei Y5 Lite markalı telefonüçün ümumilikdə, 257 (iki yüz əlli yeddi) manat olmaqla ondan, 234 (iki yüz otuz dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 16.01.2020ci il tarixli müqaviləsinə əsasən, Electrolux markalı Aspiratordan 21.01.2020-ci il tarixində imtina etmiş və məhsul 306 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 16.01.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 25.1 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 306 manat, ümumilikdə, 331.1 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 481 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 09.02.2020-ci il tarixli, 20088539 nömrəli, 21.01.2020-ci il tarixli, 20050662 nömrəli,12.07.2019-cu il tarixli 00777306 nömrəli,10.11.2019-cu il tarixli 01041223 nömrəli, 16.01.2020-ci il tarixli 20041043 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı HOFFMANN Plitə,Aspirator Electrolux,5 ədəd DR.Beckmann Naqar təmizləyici vasitə,Mətbəx mebeli,İMEİ kodu **********16186 Huawei P Smart markalı telefon,Aspirator Gorenje,İMEİ kodu **********46221 Huawei Y5 Lite markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 09.02.2020-ci il tarixli,21.01.2020-ci il tarixli,12.07.2019-cu il tarixli,10.11.2019-cu il tarixli, 16.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə HOFFMANN Plitə,Aspirator Electrolux,5 ədəd DR.Beckmann Naqar təmizləyici vasitə,Mətbəx mebeli,İMEİ kodu **********16186 Huawei P Smart markalı telefon,Aspirator Gorenje,İMEİ kodu **********46221 Huawei Y5 Lite markalı məhsulu təhvil almışdır. İş materiallarına əlavə olunmuş 16.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 42.1 AZN məbləğində ödənişlər etməklə, 10.11.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 20 ay müddətinə, aylıq 86 AZN məbləğində ödənişlər etməklə, 12.07.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 50 AZN məbləğində ödənişlər etməklə, 21.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 14.5 AZN məbləğində ödənişlər etməklə, 09.02.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 14 ay müddətinə, aylıq 18 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 06.04.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdehnın "xxxx" MMC-yə 16.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 426.7 manat və 42.3 manat cərimə,10.11.2019-cu il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 1634 manat və 163 manat cərimə, 12.07.2019-cu il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 250 manat və 25 manat cərimə, 21.01.2020-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 246 manat və 24 manat cərimə, 09.02.2020ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 234 manat və 23 manat cərimə olmaqla, ümumilikdə 3068 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09.02.2020-ci il tarixli,21.01.2020-ci il tarixli,12.07.2019-cu il tarixli,10.11.2019-cu il tarixli, 16.01.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilələrin predmeti HOFFMANN Plitə,Aspirator Electrolux,5 ədəd DR.Beckmann Naqar təmizləyici vasitə,Mətbəx mebeli,İMEİ kodu **********16186 Huawei P Smart markalı telefon,Aspirator Gorenje,İMEİ kodu **********46221 Huawei Y5 Lite markalı məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə qalıq borcu 426,7 manat, 1634 manat, 250 manat, 246 manat, 234 manat təşkil edir. Bu halda, məhkəmə cavabdehin borc öhdəliyinin aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olduğundan, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 50,68 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50,68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3068 manat məbləğində borc pul vəsaiti və 50.68 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3068 manat məbləğində borc pul vəsaiti və 50.68 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar