Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1331/2024 01.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqavilələrinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) müqavilə üzrə göstərilmiş məhsulu alıcıya Cavabdeh verməyi, alıcı ilə müqavilələrə əsasən satıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh qeyd edilən müqavilələr üzrə cəmi 18633.9 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
3. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Moschino” markalı ətir, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “İphone” markalı mobil telefon və aksesuar, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “İphone” markalı mobil telefon, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Samsung” markalı mobil telefon və “Honor” markalı qulaqcıq təhvil alınmışdır.
4. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən alıcı xx.xx.2023-ci il tarixli müqavilə üzrə 5 ay müddətinə aylıq 22 manat məbləğində ödəniş etməklə, 6-ci ayda isə 19.99 manat məbləğində ödəniş etməklə, cəmi 129.99 AZN məbləğində ödəniş etməklə, xx.xx.2023ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 308 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 301.98 AZN məbləğində ödəniş etməklə, cəmi 3689.98 AZN məbləğində ödəniş etməklə, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 130 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 129.99 AZN məbləğində ödəniş etməklə, cəmi 1559.99 AZN məbləğində ödəniş etməklə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 46 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 37.97 AZN məbləğində ödəniş etməklə, cəmi 543.97 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür.
5. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdehnun İddiaçı MMC-yə xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 63.4 manat, 190 manat cərimənin borcu olmaqla 253.4 manat, xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 3073.7 manat, 9221 manat cərimənin borcu olmaqla 12294.7 manat, xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 1299.9 manat, 3899 manat cərimənin borcu olmaqla 5198.9 manat, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 221.9 manat, 665 manat cərimənin borcu olmaqla 886.9 manat məbləğində mövcuddur.
İddia tələbi
6. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixinə xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 63.4 manat əsas, 19 manat cərimə, cəmi 82.4 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 3073.7 manat əsas, 922.1 manat cərimə, cəmi 3995.8 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1299.9 manat əsas, 389.9 manat cərimə, cəmi 1689.9 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 221.9 manat əsas, 66.5 manat cərimə, cəmi 288.4 manat, dörd müqavilə üzrə olan 4658.9 manat əsas, 1397.5 manat cərimə, cəmi 6056.4 manat borcun və 80.56 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Moschino” markalı ətir görə 6 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 129.9 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “İphone” markalı mobil telefon və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 308 manat olmaqla cəmi 3689.9 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “İphone” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 130 manat olmaqla cəmi 1559.9 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Samsung” markalı mobil telefon və “Honor” markalı qulaqcıq görə 12 ay ödəniş cədvəli üzrə hər ay 46 manat olmaqla cəmi 543.9 manat, ümumilikdə dörd müqavilə üzrə 5923.6 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 13975 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı üç müqavilə üzrə 13975 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 1397.5 manat "xxxx" MMC-yə ödənilməlidir.
8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 119.1 və 4.1ci maddələrinə istinad etmişdir.
9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi X1 məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. 11 İddiaçı MMC məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
13. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
18. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
21. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
29. İddia qismən əsaslıdır.
30. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alğı-satqı müqavilələri bağlanılmışdır. Müqavilənin məzmununda da göstərildiyi kimi alıcı Turqay Məhərrəmov İddiaçıdən hissə-hissə ödəniş şərti ilə “Moschino” markalı ətir, “İphone” markalı mobil telefon və aksesuar, “İphone” markalı mobil telefon, “Samsung” markalı mobil telefon və “Honor” markalı qulaqcıq avadanlıqlar əldə etmişdir.
31. Beləliklə, tərəflər arasında xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır.
32. İş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 63.4 manat, 3073.7 manat, 1299.9 manat və 221.9 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar olduğundan və cavabdeh tərəfindən öhdəlyii icra etməsinə dair sübutları məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsas borcun tutulması hissəsində həmin hissədə təmin edilməlidir.
33. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilələrin 3-cü bəndinə əsasən, gecikdirilən aylıq borc məbləğində cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir.
34. Cərimə borcunun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, cərimə borclarının məbləği əsas borcların məbləğinə mütənasib olmadığından, onların məbləği azaldılmalı və xx.xx.2023-ci il tarixli ********* nömrəli müqavilə üzrə 5 manat, xx.xx.2023-ci il tarixli ********* nömrəli müqavilə üzrə 60 manat, xx.xx.2023-ci il tarixli ********* nömrəli müqavilə üzrə 40 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 80.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 67.74 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh doqquz müqavilə üzrə 4658.9 manat məbləğində əsas borc üzrə, 115 manat məbləğində cərimə borcu üzrə ümumilikdə 4773.9 manat pul vəsaiti, eləcə də 67.74 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir
38. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh ilə xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 63.4 manat əsas, 5 manat cərimə, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 3073.7 manat əsas, 60 manat cərimə, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1299.9 manat əsas, 40 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 221.9 manat əsas, 10 manat cərimə olmaqla, dörd müqavilə üzrə cəmi 4658.9 manat əsas, 115 manat cərimə borcu olmaqla, ümumilikdə 4773.9 manat pul vəsaiti və 67.74 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova