Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1384/2024 01.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqavilələrindən görünür ki, İddiaçı MMC (satıcı) müqavilə üzrə göstərilmiş məhsulu alıcıya Cavabdeh verməyi, alıcı ilə müqavilələrə əsasən satıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh qeyd edilən müqavilələr üzrə cəmi 35256.2 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
3. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixli alqısatqı müqaviləsinin predmeti olan “Asus” markalı notebook, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Mouse və mikro kart, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Samsung” markalı mobil telefon və aksesuar, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Bosch markalı ətçəkən, qulaqcıq və mouse, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Acer narkalı notebook və aksesuar, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Samsung markalı mobil telefon, qulaqcıq və oyuncaq, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Samsung markalı mobil telefon, 2 ədəd mikro kart, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Honor” markalı mobil telefon, smart saat, aksesuar, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Samsung markalı mobil telefon, 2 ədəd mikro kart təhvil alınmışdır.
4. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən alıcı xx.xx.2023-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 272 manat məbləğində ödəniş etməklə, 18-ci ayda isə 261.49 manat məbləğində ödəniş etməklə, cəmi 4885.49 AZN məbləğində ödəniş etməklə, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 5 ay müddətinə aylıq 24 AZN məbləğində ödəniş etməklə, 6-ci ayda isə 19.98 AZN məbləğində ödəniş etməklə, cəmi 139.98 AZN məbləğində ödəniş etməklə, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 82 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 79.95 AZN məbləğində ödəniş etməklə, cəmi 981.95 AZN məbləğində ödəniş etməklə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 30 AZN məbləğində ödəniş etməklə, 18-ci ayda isə 21.98 AZN məbləğində ödəniş etməklə, cəmi 531.98 AZN məbləğində ödəniş etməklə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 44 AZN məbləğində ödəniş etməklə, 18-ci ayda isə 34.97 AZN məbləğində ödəniş etməklə, cəmi 782.97 AZN məbləğində ödəniş etməklə, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 196 AZN məbləğində ödəniş etməklə, 18-ci ayda isə 187.16 AZN məbləğində ödəniş etməklə, cəmi 3519.16 AZN məbləğində ödəniş etməklə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 24 AZN məbləğində ödəniş etməklə, 18-ci ayda isə 15.97 AZN məbləğində ödəniş etməklə, cəmi 423.97 AZN məbləğində ödəniş etməklə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 44 AZN məbləğində ödəniş etməklə, 18-ci ayda isə 36.37 AZN məbləğində ödəniş etməklə, cəmi 784.37 AZN məbləğində ödəniş etməklə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 16 AZN məbləğində ödəniş etməklə, 18-ci ayda isə 7.99 AZN məbləğində ödəniş etməklə, cəmi 279.99 AZN məbləğində ödəniş etməklə, borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür.
5. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən X1 İddiaçı MMC-yə xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 4069.1 manat, 12207 manat cərimənin borcu olmaqla 16276.10 manat, xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 68.4 manat, 205 manat cərimənin borcu olmaqla 273.4 manat, xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 654.4 manat, 1963 manat cərimənin borcu olmaqla 2617.40 manat, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 231.9 manat, 695 manat cərimənin borcu olmaqla 926.90 manat, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 264.4 manat, 793 manat cərimənin borcu olmaqla 1057.40 manat, xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 2930.9 manat, 8792 manat cərimənin borcu olmaqla 11722.90 manat, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 231.9 manat, 695 manat cərimənin borcu olmaqla 926.90 manat, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 212.3 manat, 636 manat cərimənin borcu olmaqla 848.3 manat, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 151.9 manat, 455 manat cərimənin borcu olmaqla 606.90 manat məbləğində mövcuddur. İddia tələbi
6. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixinə xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 4069.1 manat əsas, 1220.7 manat cərimə, cəmi 5289.8 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 68.4 manat əsas, 20.5 manat cərimə, cəmi 88.9 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 654.4 manat əsas, 196.3 manat cərimə, cəmi 850.7 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 231.9 manat əsas, 69.5 manat cərimə, cəmi 301.4 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 264.4 manat əsas, 79.3 manat cərimə, cəmi 343.7 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 2930.9 manat əsas, 879.2 manat cərimə, cəmi 3810.1 əsasən, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 231.9 manat əsas, 69.5 manat cərimə, cəmi 301.4 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 212.3 manat əsas, 63.6 manat cərimə, cəmi 275.9 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 151.9 manat əsas, 45.5 manat cərimə, cəmi 197.4 manat, doqquz müqavilə üzrə olan 8815.2 manat əsas, 2644.1 manat cərimə, cəmi 11459.3 manat borcun və 124.38 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Asus” markalı notebooka görə 18 ay ödəniş cədvəli üzrə hər ay 272 manat olmaqla cəmi 4885.40 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Mouse və mikro karta görə 6 ay ödəniş cədvəli üzrə hər ay 24 manat olmaqla cəmi 139 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Samsung” markalı mobil telefon və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 82 manat olmaqla cəmi 981.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Bosch markalı ətçəkən, qulaqcıq və mouse görə 18 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 531.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Acer narkalı notebook və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla cəmi 782.90 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Samsung markalı mobil telefon, qulaqcıq və oyuncaq görə 18 ay ödəniş cədvəli üzrə hər ay 196 manat olmaqla cəmi 3519.10 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Samsung markalı mobil telefon, 2 ədəd mikro karta görə 18 ay ödəniş cədvəli üzrə hər ay 24 manat olmaqla cəmi 423.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Honor” markalı mobil telefon, smart saat, aksesuar görə 16 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla cəmi 784.30 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Samsung markalı tozsoran görə 18 ay ödəniş cədvəli üzrə hər ay 16 manat olmaqla cəmi 279.90 manat, ümumilikdə doqquz müqavilə üzrə 12328.3 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 26441 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı üç müqavilə üzrə 26441 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 2644.1 manat "xxxx" MMC-yə ödənilməlidir.
8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 119.1 və 4.1-ci maddələrinə istinad etmişdir.
9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında iştirak edərək iddia tələbini müdafiə etmiş, iddianın əsaslarını təsdiq edən sübutların işə əlavəedildiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir.
11. İddiaçı MMC məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
13. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
18. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
21. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
29. İddia qismən əsaslıdır.
30. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alğı-satqı müqavilələri bağlanılmışdır. Müqavilənin məzmununda da göstərildiyi kimi alıcı Cavabdeh İddiaçıdən hissə-hissə ödəniş şərti ilə “Asus” markalı notebook, Mouse və mikro kart, “Samsung” markalı mobil telefon və aksesuar, Bosch markalı ətçəkən, qulaqcıq və mouse, Acer narkalı notebook və aksesuar, Samsung markalı mobil telefon, qulaqcıq və oyuncaq, Samsung markalı mobil telefon, 2 ədəd mikro kart, “Honor” markalı mobil telefon, smart saat, aksesuar, Samsung markalı mobil telefon, 2 ədəd mikro kart avadanlıqlar əldə etmişdir.
31. Beləliklə, tərəflər arasında xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2023-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır.
32. İş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 4069.1 manat, 68.4 manat, 654.4 manat, 231.9 manat, 264.4 manat, 2930.9 manat, 231.9 manat, 212.3 manat və 151.9 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar olduğundan, eyni zamanda cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən iddia tələbi əsas borcun tutulması hissəsində həmin hissədə təmin edilməlidir.
33. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilələrin 3-cü bəndinə əsasən, gecikdirilən aylıq borc məbləğində cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir.
34. Cərimə borcunun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, cərimə borclarının məbləği əsas borcların məbləğinə mütənasib olmadığından, onların məbləği azaldılmalı və xx.xx.2023-ci il tarixli ********* nömrəli müqavilə üzrə 100 manat, xx.xx.2023ci il tarixli ********* nömrəli müqavilə üzrə 5 manat, xx.xx.2023-ci il tarixli ********* nömrəli müqavilə üzrə 20 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 10 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 10 manat, xx.xx.2023-ci il tarixli ********* nömrəli müqavilə üzrə 30 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 10 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 10 manat, xx.xx.2022ci il tarixli ********* nömrəli müqavilə üzrə 5 manat, məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 124.38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 110.16 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh doqquz müqavilə üzrə 8815.2 manat məbləğində əsas borc üzrə, 200 manat məbləğində cərimə borcu üzrə ümumilikdə 9015.2 manat pul vəsaiti, eləcə də 110.16 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir
38. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh ilə xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 4069.1 manat əsas, 100 manat cərimə, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 68.4 manat əsas, 5 manat cərimə, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 654.4 manat əsas, 20 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 231.9 manat əsas, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 264.4 manat əsas, 10 manat cərimə, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 2930.9 manat əsas, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 231.9 manat əsas, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 212.3 manat əsas, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 151.9 manat əsas, 5 manat cərimə, olmaqla, doqquz müqavilə üzrə cəmi 8815.2 manat əsas, 200 manat cərimə borcu olmaqla, ümumilikdə 9015.2 manat pul vəsaiti və 110.16 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova