Məhkəmə qərarları › İş №e-2(002)-1395/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1395/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1395/2022 13.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 25.11.2019-cu il tarixli müqavilə üzrə LORA KAMOD,LORA KAMOD AYNA,LORA TV STEND üçün, 1082 (min səksən iki) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat cərimə, il tarixli müqavilə üzrə X1 üçün 45 (qırx beş) manat ödənilməmiş hissə,4 (dörd) manat cərimə, 11.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********38439 Samsung Galaxy A50 markalı telefon,Samsung Galaxy A50 üçün case,Qoruyucu şüşə üçün, 354 (üç yüz əlli dörd) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə, ümumilikdə 1628 manat borc, 36.28 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 25.11.2019-cu il və 10.12.2019-cu il,11.12.2019-cu il tarixli müqaviləsinə əsasən, LORA KAMOD,LORA KAMOD AYNA,LORA TV STEND və X1, İMEİ kodu **********38439 Samsung Galaxy A50 markalı telefon,Samsung Galaxy A50 üçün case,Qoruyucu şüşə almış və nəticədə 1628 (min altı yüz qırx) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1640 (min altı yüz qırx) manat (20 ay x 82 manat + 0 manat ilkin ödəniş ) LORA KAMOD,LORA KAMOD AYNA,LORA TV STEND üçün ümumilikdə 1190 (min yüz doxsan) manat olmaqla, ondan, 1082 (min səksən iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 108 (yüz səkkiz) manat cərimə,10.12.2019-cu il tarixli müqaviləsinə əsasən,alqı-satqı qiyməti 96 (doxsan altı) manat (12 ay x 8 manat + 0 manat ilkin ödəniş) X1 üçün ümumilikdə, 49 (qırx doqquz) manat olmaqla ondan, 45 (qırx manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə; 11.12.2019-cu il tarixli müqaviləsinə əsasən,alqı-satqı qiyməti 751 (yeddi yüz əlli bir) manat (12 ay x 59 manat + 43 manat ilkin ödəniş) İMEİ kodu **********38439 Samsung Galaxy A50 markalı telefon,Samsung Galaxy A50 üçün case,Qoruyucu şüşə üçün ümumilikdə, 389 (üç yüz səksən doqquz) manat olmaqla ondan, 354 (üç yüz əlli dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35 (otuz beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1006 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 10.12.2019-cuil tarixli, 21044073 nömrəli, 25.11.2019-cu il tarixli, 21223068 nömrəli,11.12.2019-cu il tarixli 01118853 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı X1 və LORA KAMOD,LORA KAMOD AYNA,LORA TV STEND, İMEİ kodu **********38439 Samsung Galaxy A50 markalı telefon,Samsung Galaxy A50 üçün case,Qoruyucu şüşə alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 10.12.2019-cu il tarixli,11.12.2019-cu il tarixli və 25.11.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə X1 və LORA KAMOD,LORA KAMOD AYNA,LORA TV STEND, İMEİ kodu **********38439 Samsung Galaxy A50 markalı telefon,Samsung Galaxy A50 üçün case,Qoruyucu şüşə təhvil almışdır. İş materiallarına əlavə olunmuş 10.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 8 AZN məbləğində ödənişlər etməklə, 25.11.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 20 ay müddətinə, aylıq 82 AZN məbləğində ödənişlər etməklə, 11.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 59 AZN məbləğində ödənişlər etməklə, borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 11.04.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdehnun "xxxx" MMC-yə 25.11.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 1082 manat və 108 manat cərimə,10.12.2019-cu il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 45 manat və 4 manat cərimə, 11.12.2019-cu il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 354 manat və 35 manat cərimə olmaqla, ümumilikdə 1628 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 25.11.2019-cu il tarixli və 10.12.2019-cuil tarixli alğı-satqı müqavilələri bağlanılmış, həmin müqavilələrin predmeti LORA KAMOD,LORA KAMOD AYNA,LORA TV STEND, X1, İMEİ kodu **********38439 Samsung Galaxy A50 markalı telefon,Samsung Galaxy A50 üçün case,Qoruyucu şüşə çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 1082 manat, 45 manat, 354 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun məbləği aşkar oluğundan, həmin hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, 25.11.2019-cu il tarixli müqvailə üzrə hesablanmış cərimə borcunun məbləği əsas borcun məbləğinə mütənasib olmadığından, azaldılmalı, 20 manat məbləğində müəyyən edilməli, bu hissədə qismən təmin edilməli, 10.12.2019-cu il və 11.12.2019-cu il tarixli müqavilələr üzrə isə cərimə borcunun məbləği mütənasib olduğundan, həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 36.28 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməl, qalan hissədə iddiaçıya aid edilməliidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir;284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alğı-satqı müqavilələri üzrə yaranmış ümumilikdə cəmi 1540 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 35,40 manat məbləğində olan hissəsi tutularaq ABC Telecom MMC-nin xeyrinə ödənilməli, qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qimsən təmin edilsin. Cavabdeh alğı-satqı müqavilələri üzrə yaranmış ümumilikdə cəmi 1540 manat məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 35,40 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar