Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1411/2022 20.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nizameddin oğlundan 18.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 895,99 manat əsas, 268,2 manat cərimə borcu, cəmi 1164,19 manat, 18.02.2021-ci il tarixli digər nisyə alqısatqı müqaviləsi üzrə 2693 manat əsas, 758,88 manat cərimə borcu, cəmi 3451,88 manat, hər iki müqavilə üzrə ümumi 4616,07 manat, həmçinin 66,16 manat dövlət rüsumu alınaraq İddiaçı MMCnin xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh Nizameddin oğlu ilə 18 Dekabr 2020-ci ildə bağlanmış 126596 saylı nisyə alqı- Dövlət rüsumunun ödənilməsi haqqında məlumat satqı müqaviləsinə əsasən, iddiaçıcavabdehə ödənişcədvəlinə əsasən 1991 manata nisyə notebook satmışdır. Müqavilə bağlanarkən alıcı 199 manat ilkin ödəniş həyata keçirmiş, qalan 1792 manat məbləğində pulu hər ay 149,33 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 18-dək ödəməyi öz üzərinə götürmüşdür. Müva4iq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 6 ay toplam olaraq 896 manat ödəniş etmiş və qalıq 795,99 manat borcunu ödəməkdən yayınmışdır. Cavabdeh Nizameddin oğlu ilə 18 Fevral 2021-ci ildə bağlanmış 127697 saylı digər nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 2974,76 manata nisyə notebook satmışdır. Cavabdeh həmin məbləği hər ay 247,9 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 18-dək ödəməyi öz üzərinə götürmüşdür. Müva4iq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 1 ay toplam olaraq 281,75 manat ödəniş etmiş və qalıq 2693 manat borcunu ödəməkdən yayınmışdır. Müva4iq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə borcların ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq müqavilələr üzrə yaranmış borcu ödəməkdən yayınmış 22.01.2022-ci ildə xəbərdarlıq məktubu göndərilərək 18.12.2020-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 895,99 azn əsas, 18.12.2021-ci il tarixədək əlivaqüm) müddətinin sonunadək) hesablanmış 268,2 (2,862=nüg081×94,1=%1×33,941) manat cərimə borcu, cəmi 1164,19 manat borc, 18.02.2021ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 2693 azn əsas, həmin gün üçün hesablanmış 684,48 (84,486=nüg672×84,2=%1×9,742) manat cərimə borcu, cəmi 3377,48 manat borc, ümumi 4541,67 manat borctələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 18.12.2020-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 895,99 manat əsas, 18.12.2021-ci il tarixədək əlivaqüm) müddətinin sonunadək) hesablanmış 268,2 (2,862=nüg081×94,1=%1×33,941) manat cərimə borcu, cəmi 1164,19 manat borc, 18.02.2021-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 2693 manat əsas, 18.02.2022ci il tarixədək əlivaqüm) müddətinin sonunadək) hesablanmış 758,88 (247,9×1%=2,48×306gün=758,88) manat cərimə borcu, cəmi 3451,88 manat borc, ümumi 4616,07 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18.02.2021-ci il tarixli, 127627 nömrəli, 18.12.2020-ci il tarixli, 126596 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı Lenova notebook və Lenova notebook markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 18.02.2021-ci il tarixli və 18.12.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə Lenova notebook və Lenova notebook markalı məhsulu təhvil almışdır. İş materiallarına əlavə olunmuş 18.02.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 247.90 AZN məbləğində ödənişlər etməklə, 18.12.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 149.33 AZN məbləğində ödənişlər etməklə, borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 14.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçı MMC-yə 18.12.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 895.99 manat və 268.2 manat cərimə,18.02.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 2693 manat və 758.88 manat cərimə olmaqla, ümumilikdə 3451.88 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 18.12.2020-ci il tarixli və 18.02.2021-ci il tarixli alğı-satqı müqavilələri bağlanılmış, həmin müqavilələrin predmeti Lenova notebook və Lenova notebook markalı məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 895.99 manat və 2693 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun məbləği aşkar oluğundan, həmin hissəsdə təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, 18.12.2020-ci il tarixli müqvailə üzrə hesablanmış cərimə borcunun məbləği əsas borcun məbləğinə mütənasib olmadığından, azaldılmalı, 80 manat məbləğində müəyyən edilməli, bu hissədə qismən təmin edilməli, 18.02.2021-ci il tarixli müqvailə üzrə hesablanmış cərimə borcunun məbləği əsas borcun məbləğinə mütənasib olmadığından, azaldılmalı, 200 manat məbləğində müəyyən edilməli, bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 66.16 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 66.16 manat məbləğində dövlət rüsumunun 58,68 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18.12.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 895.99 manat məbləğində borc və 80 manat məbləğində cərimə borcu,18.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 2693 manat məbləğində borc və 200 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3868,99 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 58,68 manat məbləğində olan hissəsi tutularaq “Ventto Electronics MMC-nin xeyrinə ödənilməli, qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qimsən təmin edilsin. Cavabdeh 3868,99 manat məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 58,68 manat məbləğində hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1411/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1411/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver