Məhkəmə qərarları › İş №e-2(002)-1467/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1467/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1467/2022 25.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə RHL001536 saylı 21.10.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 1060 manat əsas borcu, 82.33 manat cərimə borcunun, 31.43 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Fiziki şəxs "X2" ilə Cavabdeh arasında bağlanmış RHL001536 saylı 21.10.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1160 manat dəyərində nisyə aldığı mala görə 100 manat ilkin ödəniş olaraq ödəmiş,qalıq 1060 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Fiziki şəxs "X2" arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Fiziki şəxs "X2"-nin Cavabdeh qarşı olan 1060 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Ferrum Kapital MMC 18.11.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Qeyd olunan halları nəzərə alaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 03.03.2022-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, 21.10.2021-ci il tarixli RHL001536 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh 03.03.2022-ci il tarixə Ferrum Kapital QSC-ə əsas borcu 1060 manat, cərimə borcu 82.33 manat olmaqla, cəmi borcu 1142.33 manat təşkil edir. İş materiallarında olan 21.10.2021-ci il tarixli RHL001536 saylı nisyə alqı-satqı müqaviləsinin məzmunundan aydın olur ki, satıcı qismində çıxış edən "X1" dəyəri 1160 manat olan malı alıcıya verir, alıcı həmin malları qəbul etməklə, həmin malların qalıq dəyərini ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.10.2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan aydın olur ki, 1160 manat dəyərində olan Samsung A72 markalı malı alıcıya təhvil verilmişdir. İş materiallarında olan 21.10.2021-ci il tarixli RHL001536 saylı nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavənin məzmunundan aydın olur ki, alıcı borclu Cavabdeh malın dəyərini 12 ay müddətində hər ay 89 manat aylıq ödəniş etməklə , malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.03.2022-ci il tarixli bildirişin məzmunundan aydın olur ki, iddiaçı cavabdehə 21.10.2021-ci il tarixli RHL001536 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 1143 manat məbləğində borcunun qaldığını, həmin borcu 3 gün müddətində ödəmədikdə, müqavilə üzrə qalıq borcunun vaxtından əvvəl qaytarılması və bununla əlaqədar çəkilmiş xərcin tutulması tələbi ilə məhkəməyə müraciət edilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 13.02.2019-cu il tarixli R-38/19 saylı faktorinq müqaviləsinin məzmunundan aydın olur ki, Fiziki şəxs “X2” ilə Ferrum Kapital QSC arasında faktoniq müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsaəsn faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul vəsaitini veriri, müştəri isə borcluya qarşı pul tələb etmək hüququnu faktora güzəşt edir. İş materiallarında olan 13.02.2019-cu il tarixli R-38/19 saylı Sazişin məzmunundan aydın olur ki, faktor qismində Ferrum Kapital QSC, müştəri qismində Fiziki şəxs “X2”, borclu qismində Cavabdeh, güzəşt edilən tələb məbləği 1060 manat məbləğ qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür; 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 657.4-cü maddəsinə əsaəsn əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Həmin Məcəllənin 657.7-ci maddəsinə əsasən əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Fiziki şəxs “X2” ilə Cavabdeh arasında 21.10.2021-ci il nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 6 ay müddətinə aylıq 89 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi üzrə müqavilənin predmeti olan avadanlıq cavabdehə təhvil verilmiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin nisyə alıq-satqı müqaviləsi üzrə onun mülki hüquqi məsuliyyətinə əsas olan borc öhdəliyi yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Ferrum Kapital QSC ilə Fiziki şəxs “X2” arasında 13.02.2019-cu il tarixli faktorinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən satıcı qismidnə çıxış edən Fiziki şəxs “X2” borclu Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 1060 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququnu 13.02.2019-cu il tarixli Sazişə əsasən faktor qismində çıxış edən iddiaçı Ferrum Kapital QSC-yə güzəşt etmişdir. Bununla da, tərəflər arasından bağlanılmış nisyə alıq-satqı müqaviləsi üzrə tələb hüququ iddiaçıya keçmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanılmış nisyə alıq-satqı müqaviləsi üzrə tələb hüququnun satıcıdan ona keçməsinə dair müvafiq bildiriş cavabdehə göndərilməklə, bu barədə ona məlumat verilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı qarşısında 1060 manat məbləğində əsas borcu yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə borc öhdəliyinin yaranması, borc məbləği və həmin borc öhdəliyi üzrə tələb hüququnun faktorinq müqaviləsi əsasında iddiaçıya keçməsi halı aşkar olduğundan, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, hesablanmış cərimə borcunun məbləği əsas borcun məbləğinə mütənasib olduğundan, həmin hissədə də təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 31.43 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21.10.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1060 manat məbləğində əsas borc, 82,33 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1142,33 manat borc pul vəsaiti və 31,83 manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1142,33 manat borc pul vəsaiti və 31,83 manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar