Məhkəmə qərarları › İş №e-2(002)-1504/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1504/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1504/2022 19.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 23.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********68170 XİAOMİ REDMİ 9C MARKALİ TELEFON üçün, 42.6 (qırx iki manat 60 qəpik) manat ödənilməmiş hissə, 4.4 (dörd manat 40 qəpik) manat cərimə, 19.11.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********88307 Samsung Galaxy A50 markalı telefon üçün 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə,19 (on doqquz) manat cərimə, 16.03.2021-ci il tarixli müqavilə üzrə Lenova Komputer üçün, 991 (doqquz yüz doxsan bir) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat cərimə, ümumilikdə 1348 manat borc, 33.48 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 23.09.2020-ci il və 19.11.2020-ci il,16.03.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********68170 XİAOMİ REDMİ 9C MARKALİ TELEFON və İMEİ kodu **********88307 Samsung Galaxy A50 markalı telefon, Lenova Komputer almış və nəticədə 1348 (min üç yüz qırx səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 478.8 (dörd yüz yetmiş səkkiz manat səksən qəpiuk) manat (12 ay x 39.9 manat + 0 manat ilkin ödəniş ) İMEİ KODU **********68170 XİAOMİ REDMİ 9C MARKALİ TELEFON üçün ümumilikdə 47 (qırx yeddi) manat olmaqla, ondan, 42.6 (qırx iki manat 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.4 (dörd manat 40 qəpik) manat cərimə,19.11.2020-ci il tarixli müqaviləsinə əsasən,alqısatqı qiyməti 345 (üç yüz qırx beş) manat (12 ay x 27.5 manat + 15 manat ilkin ödəniş) İMEİ kodu **********88307 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 211 (iki yüz on bir) manat olmaqla ondan, 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə; 16.03.2021-ci il tarixli müqaviləsinə əsasən,alqı-satqı qiyməti 1071 (min yetmiş bir) manat (18 ay x 59.5 manat + 0 manat ilkin ödəniş) Lenova Komputer üçün ümumilikdə, 1090 (min doxsan) manat olmaqla ondan, 991 (doqquz yüz doxsan bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 99 (doxsan doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 669.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 19.11.2020-ciil tarixli, 22060058 nömrəli, 23.09.2020-ci il tarixli, 21198231 nömrəli,16.03.2021-ci il tarixli 22382188 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********88307 Samsung Galaxy A50 markalı telefon və İMEİ KODU **********68170 XİAOMİ REDMİ 9C MARKALİ TELEFON, Lenova Komputer alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 19.11.2020-ci il tarixli,16.03.2021-ci il tarixli və 23.09.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə İMEİ kodu **********88307 Samsung Galaxy A50 markalı telefon və İMEİ KODU **********68170 XİAOMİ REDMİ 9C MARKALİ TELEFON, Lenova Komputer təhvil almışdır. İş materiallarına əlavə olunmuş 19.11.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 27.5 AZN məbləğində ödənişlər etməklə, 23.09.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 39.9 AZN məbləğində ödənişlər etməklə, 16.03.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 59.5 AZN məbləğində ödənişlər etməklə, borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 23.04.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdehnun "xxxx" MMC-yə 23.09.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 42.6 manat və 4.4 manat cərimə,19.11.2020-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 192 manat və 19 manat cərimə, 16.03.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 991 manat və 99 manat cərimə olmaqla, ümumilikdə 1348 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 23.09.2020ci il tarixli və 19.11.2020-ciil tarixli alğı-satqı müqavilələri bağlanılmış, həmin müqavilələrin predmeti İMEİ KODU **********68170 XİAOMİ REDMİ 9C MARKALİ TELEFON, İMEİ kodu **********88307 Samsung Galaxy A50 markalı telefon, Lenova Komputer çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 42.6 manat, 192 manat, 991 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun məbləği aşkar oluğundan, həmin hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olduğundan, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 33,48 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 33,48 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16.03.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 991 manat məbləğində borc və 99 manat məbləğində cərimə borcu,19.11.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 192 manat məbləğində borc və 19 manat məbləğində cərimə borcu, 23.09.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 42.6 manat məbləğində borc və 4.4 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1348 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 33.48 manat məbləğində olan hissəsi tutularaq ABC Telecom MMC-nin xeyrinə ödənilməlidir.. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiatəmin edilsin. Cavabdeh 1348 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 33.48 manat məbləğində dövlət rüsumu tutularaq ABC Telecom MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar