Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1506/2025 10.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı İB-in Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB-in Cavabdeh qarşı “pul” qarşı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi H.Məmmədov küçəsi ev 7 mənzil 46-da qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1199 (bir min bir yüz doxsan doqquz) manat əsas borcun, əvvəlcədən ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumun, ümumilikdə isə 1231 (bir min iki yüz otuz bir) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ**********41********) dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göründüyü kimi, məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh işin mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işin baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclasında iddiaçı üzrsüz səbəbdən iştirak etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı İB-in Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı İB-in Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə xx.xx.2023-ci il tarixdə ödənilmiş 39.35 (otuz doqquz manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu (təyinatı: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı İB, VÖEN: ********** mədaxil qəbzinin nömrəsi: **********, Ödəniş Tarixi: xx.xx.2023, Büdcə təsnifat kodu: 14221301, Büdcə təsnifatı səviyyə kodu:1, Xəzinə hesabı: AZ17CTRE********************:) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı İB-ə geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-1506/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1506/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver