Məhkəmə qərarları › İş №e-2(002)-155/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-155/2023

01.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-155/2023 01.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçının nümayəndəsi X5 Cavabdeh və digər Cavabdeh2 qızının nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən isitifadə edərkən kommunal ödənişlərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı na qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən isitifadə edərkən kommunal ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızının Bakı şəhəri, Qaradağ rayonu, ”Puta“ hərbi şəhərciyində 57/4 binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzilin komunal xidmətlərinə görə yaranan 529,52 (beş yüz iyirmi doqquz) manat 52 (əlli iki) qəpik borclarının Dövlət büdcəsinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissənin Xüsusi Təyinatlı Gəmilər Divizionunun komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş kapitan Cavabdeh1 xx.xx.2015-ci il tarixli raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək ailə vəziyyətini əsas gətirərək Puta” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onun mənzillə təmin edilməsinə göstəriş verilməsinə xahiş etmişdir. Cavabdeh1 N nömrəli hərbi hissənin Xüsusi Təyinatlı Gəmilər Divizionunun komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etməsi, eləcədə onun ailə vəziyyəti, diğər cavabdeh İbrahimova (Kazımova) Yeqanə İntiqam qızı ilə nikahda olması, onların birgə nigahlarından xx.xx.2005-ci il, xx.xx.2009-cu il və xx.xx.2013-cü il təvəlüdlü qızlarının olması və diqqətəlayiq hallar nəzərə alınmaqla Cavabdeh1 yuxarıda sözügedən raportuna istinadən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Bakı şəhəri, Qaradağ rayonu,”Puta “ hərbi şəhərciyində ona 57/4 binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzil ayrılmışdır. Belə ki, Cavabdeh1, “Puta” hərbi şəhərciyi 57/4 nömrəli evin, 50 nömrəli mənzilində özü və 4 nəfər ailə üzvləti ilə birlikdə kommunal xidmətlərə görə (mənzil haqqı, isti su, məişət tullantılarının daşınması, elektrik enerjisi, istilik enerjisi, su və kanalizasiya, yaşayış sahəsi) ödənişləri Nazirlər Kabinetinin Tarif Surasının qərarı ilə tənzimlənir. İddia ərizəsinə əlavə edilmiş 11 oktyabr 2022-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Qaradağ rayonu,”Puta “ hərbi şəhərciyində ona 57/4 binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzildə Cavabdeh1 ailə üzvləri ilə birlidə 5(beş) nəfər yaşayarkən 2022-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün komunal xidmətlərinə görə (elektrik enerjisi,su,isti su,kanalizasiya,istilik energisi və məişət tullantılarının daşınması) görə 529,52 (beş yüz iyirmi doqquz) manat 52 (əlli iki) qəpik borcu yaranmışdır. Bakı şəhəri, Qaradağ rayonu,”Puta “ hərbi şəhərciyində ona 57/4 binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzildə yaşayan Cavabdeh1 komunal xidmətlərə görə yaranan borcları ödəniulməsi barədə şifahi yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, xüsusi təyinatlı yaşayış sahəsində yaşayarkən komunal xidmətlərə görə yaranan borclarını ödəməkdən qərəzli boyun qaçırmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz ərizəsi verərək, Müdafiə Nazirliyi durduğu yerdə hüquq idarəsi və N nömrəli hərbi hissə birdən-birə hansı səbəbdən ona qarşı iddia qaldırmaq qərarına gəlmişdir? Bunu zəruri edən hansı səbəblər vardır? Əgər Müdafiə Nazirliyi ona qarşı iddia qaldırmaq istəyirdisə elə əvvəldən özü iddiaçı qismində çıxış edərdi. N nömrəli HƏRBİ HİSSƏ KOMANDİRİNİN MARAĞİ var və Müdafiə Nazirliyi hüquq idarəsi ilə birləşərək iddia qaldırmaqla N nömrəli hərbi hissə komandirinin sifarişini yerinə yetirdiyini təsdiqləmişdir Qeyd edir ki, onun Müdafiə Nazirliyinin hər hansı bir İdarəsi ilə rəsmi qaydada bağlanmış sosial Kirayə Müqaviləm mövcud olmamışdır. Bu zaman sual olunur ki, Müdafiə Nazirliyi hansı hüquqi əsasla ona qarşı iddia qaldırmışdır? Çünki, rəsmi qaydada bağlanmış Kirayə Müqaviləsi olduğu təqdirdə tərəflər arasında müvafiq öhdəlikər yaranmalı idi, bu isə baş verməmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, onunla sosial kirayə müqaviləsi bağlanmışdır əgər belə bir müqavilə varsa xahiş edir ki,məhkəməyə təqdim edilsin. 05.11,2022-ci il tarixində onunla kirayə müqaviləsi bağlanması və bağlandıqdan sonra komunal ödənişin həyata keçirəcəyi barədə məktubla bildiriş göndərilib, lakin onun bu tələbi cavabsız qalmışdır.Qeyd etmək istəyir ki, onun tərəfindən hüquqi şəxs olmayan N nömrəli hərbi hissə tərəfindən göndərilmiş bildirişlərin heç bir hüquqi əsası yoxdu ona görə ki,N nömrəli hərbi hissə hüquqi şəxs deyil çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsində hüquqi şəxs anlayışına geniş və konkret şərh verilmişdir. Həmin maddənin tələblərinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.Lakin, N nömrəli hərbi hissə adından verilmiş bildirişlər və məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş hüquq idarəsi:Ədliyyə və Vergilər Nazirliklərində dövlət qeydiyyatından keçməmişdir;Onun adı hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməmişdir;Onun ayrıca mülkiyyəti yoxdur;Öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək vəzifiləri daşımır;Onun müstəqil balansı yoxdur;Onun istifadəsinə verilmiş bütün əmlak və avadanlıqlar, o cümlədən yaşayış və qeyri yaşayış binaları Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin balansındadır;Göründüyü kimi, hüquq idarəsi və N nömrəli hərbi hissə və hüquq idarəsi hüquqi şəxs deyildir və ona görə də məhkəmədə iddiaçı olmaq hüququna da malik deyildir.Beləliklə, ehtiyatda olan mayor Cavabdeh1 qarşı xüsusi təyinatlı yaşayış sahəsindən istifadə edərkən komunal ödənişin tələbinə dair iddiaçının tələbi qanunsuzdur, əsassızdır və buna görə də təmin edilməməlidir. Lakin, məhkəmənin icraatına qəbul edilmiş iddia ərizəsi:Müdafiə naziri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmamışdır;Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənovdur, Elçin Əliyev deyildir;İddia ərizəsini imzalamış X9 Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənov tərəfindən onu məhkəmələrdə təmsil etmək, onun adından iddia ərizəsini imzalamaq kimi səlahiyyət verilməmişdir;Bu cür səlahiyyətlərin verilməsi mütləq qaydada və rəsmi şəkildə yazılı əmrlə əmrləşdirilməlidir, lakin belə bir əmr mövcud deyildir, bunu təsdiqləyən hər hansı sübut iddia ərizəsinə əlavə olunmamışdır;İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli X9 verilmiş Etibarnamə əsassızdır çünki A.Zeynalov N nömrəli hərbi hissənin nümayəndəsidir, həmiçinin etibarnamə 31 dekabr 2022-ci ilə qədər etibarlıdır;Həmin Etibarnaməni imzalamış ədliyyə polkovniki X20 Nazirliyinin Hüquq İdarəsinin rəisidir, onun Müdafiə Nazirinin səalahiyyətlərini mənimsəməsi qanunsuzdur, Müdafiə nazirinin adından etibarnamələr imzalamaq səlahiyyəti hər hansı rəsmi əmrlə təsdiq olunmur; Hüquq idarəsi ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilər;Mülki Məcəllənin 54.2-ci maddəsində qeyd edildiyi kimi, İDARƏ HÜQUQİ ŞƏXS DEYİLDİR. Göründüyü kimi, Müdafiə Nazirliyinin Hüquq İdarəsi hüquqi şəxs deyildir. Həmin idarə rəisinin Müdafiə nazirinin səlahiyətlərini mənimsəməsi qanunsuzdur, onun Müdafiə nazirinin adından etibarnamə imzalamaq səlahiyyəti yoxdur, iddia ərizəsini imzalamış A.Zeynalov Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənov tərəfindən onu məhkəmələrdə təmsil etmək, onun adından iddia ərizəsini imzalamaq kimi səlahiyyət verilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə Qərardadı qəbul olunmalıdır.Ona görə də hesab edir ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsi hüquqi şəxs deyildir.Həmin idarə rəisinin Müdafiə nazirinin səlahiyətlərini mənimsəməsi qanunsuzdur, onun Müdafiə nazirinin adından etibarnamə imzalamaq səlahiyyəti yoxdur, iddia ərizəsini imzalamış A.Zeynalov Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənov tərəfindən onu məhkəmələrdə təmsil etmək, onun adından iddia ərizəsini imzalamaq kimi səlahiyyət verilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə Qərardadı qəbul olunmalıdır.Hazırki vəsatətlə həmin iddia ərizəsinin baxılmamış saxlanılmalı və buna dair Qərardad qəbul olunmalı olduğunu hesab edirik.Belə ki, məhkəmənin icraatına qəbul edilmiş iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır.Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsində hüquqi şəxs anlayışına geniş və konkret şərh verilmişdir. Həmin maddənin tələblərinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Müdafiə Nazirliyinin Hüquq İdarəsi hüquqi şəxs olmadığı üçün, həmin idarə rəsinin Müdafiə Nazirinin səlahiyyətlərini mənimsəməsi qanunsuzdur,onun Müdafiə Nazirinin adından etibarnamə imzalamaq səlahiyyəti yoxdur, iddia ərizəsini imzalamış A.Zeynalov Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənov tərəfindən onu məhkəmələrdə təmsil etmək, onun adından iddia ərizəsini imzalamaq kimi səlahiyyət verilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə Qərardadı qəbul olunmasını xahiş etmişdir. . İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasında izahatında iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq, qeyd etdi,2015-ci ildən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır və kommunal xidmətlərdən istifadə edir, lakin müqavilə olmadığı üçün ödənişləri etməkdən imtina edir. X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, o, N saylı hərbi hissənin Maddi-Texniki Təminat İdarəsinin maddi-texniki təminat şöbəsinin mühəndisidir, bildirir ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, ”Puta“ hərbi şəhərciyinin 57/4 binasının 50 saylı mənzilində yaşayır. Əlavə edir ki, bildirdi ki, idarə kommunal xərcləri Nazirlər Kabinetinin Tarif Surasının qərarı ilə tənzimləyir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahid ifadəsini dinləyərək, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan N saylı Hərbi Hissənin Mənzil Komissiyasının xx.xx.2016-c il tarixli 10№ li Protokolunun məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi Cavabdeh1 ailə tərkibi 5 nəfər (ailə tərkibi: özü-Cavabdeh1, həyat yoldaşı-Cavabdeh2 qızı, oğlu-X6, qızları-X10 və X3) 3 otaqlı yaşayış sahəsi 110,39 kv.m olan Puta Hərbi şəhərciyinin 57/4 nömrəli binanın, 50 nömrəli mənzilin verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi–Psixoloji Təminat İdarəsinin Sosial müdafiə və hərbi intizamın təhlili şöbəsinin Sosial müdafiə bölməsinin baş zabiti, Azərbaycan Respublikası müdafiə nazirinin 18 oktyabr 2021-ci il tarixli 01553 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə(öz arzusu ilə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, 2021-ci ilin növbəti məzuniyyəti (65 gün) verilməklə, 04 fevral 2022-ci il tarixdə Müdafiə Nazirliyi Aparatının şəxsi heyətinin siyahısından, btün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinə göndərilməsi, Mayor Cavabdeh1, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarının 27.2ci bəndinə əsasən 2021-ci ilin yanvar-dekabr ayları üçün nəzərdə tutlmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq olması, Mayor Cavabdeh1 ehtiyat buraxılması ilə əlaqədar ikiaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilməsi, 2021-ci il üçün nəzərdə tutlmuş maddi yardım və məzuniyyətə görə əlavə pul təminatı ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 18 oktyabr 2021-ci il tarixli 01553 nömrəli əmrindən çıxarış(dax.ol. № 1013), general-mayor E.X. Xəlilovun raportu (dax.ol. № 8761), mayor Cavabdeh1 raportu (dax.ol. № 9471), hesablaşma vərəqəsi №188. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 2968 bildirişdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ”Puta“ hərbi şəhərciyinin 57/4 binasının 50 saylı mənzilinin sakini Cavabdeh1 2022-ci il üzrə cəmi 456 manat məbləğində kommunal xərclərinin yaranması və həmin borcun ödilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 11 oktyabr 2022-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Qaradağ rayonu,”Puta “ hərbi şəhərciyində ona 57/4 binasının 50 saylı mənzilin sakini Cavabdeh1 ailə üzvləri ilə birlidə yaşayarkən 2022-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün komunal xidmətlərinə görə (elektrik enerjisi,su,isti su,kanalizasiya,istilik energisi və məişət tullantılarının daşınması) görə 529,52 (beş yüz iyirmi doqquz) manat 52 (əlli iki) qəpik borcu yaranmışdır. Cavabdeh1 ailə üzvləri ilə birlidə komunal xidmətlərinə görə (elektrik enerjisi,su,isti su,kanalizasiya,istilik energisi və məişət tullantılarının daşınması) ödənişləri Nazirlər Kabinətinin Tarif Şurasını qəraralrı ilə tənzimlənir. Tarif Şurasının xx.xx.2006-cı il tarixli 13 nömrəli qərarına əsasən İsti suya görə (1 nəfər üçümn aylıq) 1m3-0,40 AZN, Tarif Şurasının xx.xx.2011-cı il tarixli 5 nömrəli qərarına əsasən məişət tullantılarının daşınması (1 nəfər üçümn aylıq) 1 m3- 0,30AZN, Tarif Şurasının xx.xx.2011cı il tarixli 4 nömrəli qərarına əsasən isitilik enerjisinə görə (1 nəfər üçümn aylıq) 1 m3-0,15 AZN, Tarif Şurasının xx.xx.2021-cı il tarixli 5 nömrəli qərarına əsasən kanalizasiya xidmətlərinə (1 nəfər üçümn aylıq) 1 m3-0,30 AZN, Tarif Şurasının xx.xx.2021-cı il tarixli 5 nömrəli qərarına əsasən içməli suya (1 nəfər üçümn aylıq) 1 m3-0,70 AZN, Tarif Şurasının xx.xx.2021-cı il tarixli 14 nömrəli qərarına əsasən elektrik enerjisinə görə 1kvt/saat -0,13 AZN, Tarif Şurasının xx.xx.2014-cü il tarixli 55 nömrəli qərarına əsasən mənzil haqqına görə 1m2 -0,02 AZN. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 100666 nömrəli nikah haqqında şəhadətnamədən görünürki, Cavabdeh1 ilə X4 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış və bu barədə Naxçıvan şəhər VVADQ şöbəsində 148 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 340324 nömrəli, AZ-İ seriyalı 791206 və AZ-İİ seriyalı 859835 nömrəli doğum haqqında şəhadətnamələrdən görünürki Cavabdeh1 və Cavabdeh2 qızının birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7,xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2005-ci il təvəllüdlü X6 adlı övladları var. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Bakı şəhəri, Qaradağ rayonu,”Puta “ hərbi şəhərciyində ona 57/4 binasının 50 saylı mənzilin sakini Cavabdeh1 (ailə üzvləri ilə birlidə yaşayarkən 2022-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2023- cü il yavar, fevral ayları üzrə) komunal xidmətlərinə görə (elektrik enerjisi,su,isti su,kanalizasiya,istilik energisi və məişət tullantılarının daşınması) görə hal-hazırda 938,03 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 18-ci maddəsiniə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil qanunvericiliyinə əsasən yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Belə ki, Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). AR Mənzil Məcəlləsinin 135-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (135.1). Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; mənzil- tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan (135.2). Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.8-ci maddəsinə görə yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Həmin Məcəllənin 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilən hallarından görünür ki, cavabdehlərin iddia ərizəsində qeyd olunan iddiaçının bazasında olan yaşayış sahəsində 2015-ci ildən hal-hazırki vaxta kimi yaşaması və faktiki olaraq kommunal xidmətlərdən istifadə etməsi mülki şin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən məhkəmə iclasında etiraf olunur. İş üzrə mübahisəli hallar isə ondan ibarətdir ki, iddiaçı cavabdehdən faktiki olaraq isitifadə etdiyi kommunal xərclərin ödənilməsini tələb edir, cavabdeh isə onunla iddiaçı arasında hər hansı bir müqavilənin olmamasını mübahisələndirərək, iddia tələbini qəbul etmir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanması faktı aşkar olunmasa da, cavabdehin belə müqavilə olmadığı halda kommunal xidmət haqlarını ödəməli olmamasına dair dəlillərini məhkəmə əsassız sayır. Belə ki,məhkəmə iclaslarında cavabdehin özününü də təsdiq etdiyi kimi, o ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşaması və həmin ünvan üzrə kommunal xidmətlərin faktiki istehlakçısı olması mülkli iş üzrə mübahisəsiz olduğundan məhkəmə hesab edir ki, cavabdehlərin istifadə etdiyi elektrik enerjisi, su, isti su, kanalizasiya, istilik energisi və məişət tullantılarının daşınması və idarəçiliyi ilə bağlı digər ödənişləri ödəməkdən yayınması hüquqlarından sui-istifadə kimi qiymətləndirilir. Həmçinin cavabdehlərin qeyd edilən kommunal xidmətlər üzrə həmin xidmətlərdən istifadə etsə də, ödənişləri etməməklə əsassız varlanmış olur. Bu isə əsassız varlanma halına səbəb olduğundan məhkəmə hesab edir ki, mülki iş üzrə mülki qanunvericiliyin normalarını əsas tutaraq, iddia tələbi təmin edilməli, cavabdehlərdən 529,52 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Oxşar mövqe X11 Məhkəməsi tərəfindən ifadə edilmiş, "Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui- istifadə etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mülki qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızının Bakı şəhəri, Qaradağ rayonu, ”Puta“ hərbi şəhərciyində 57/4 binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzilin komunal xidmətlərinə görə yaranan 529,52 (beş yüz iyirmi doqquz) manat 52 (əlli iki) qəpik borcu Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızından Bakı şəhəri, Qaradağ rayonu, ”Puta“ hərbi şəhərciyində 57/4 binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzilin komunal xidmətlərinə görə yaranan 529,52 (beş yüz iyirmi doqquz) manat 52 (əlli iki) qəpik borc tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar