Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1550/2024 31.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 022680 saylı və 022681 saylı alqı-satqı müqavilələri, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktları imzalanmışdır. xx.xx.2023-cü il tarixli 022680 saylı müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 580 manat olmaqla mal almışdır. Həmin məbləğin 180 manatını ilkin ödəniş olaraq ödəmişdir. Qalıq məbləğini, yəni 400 manatı xx.xx.2023-cü il tarixli X1 əsasən 2 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bu günə xx.xx.2023-cü il tarixli 022680 saylı alqı-satqı müqaviləsi üzrə qalıq borcu 400 manat, cərimə borcu 10 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 022681 saylı müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1400 manat olmaqla mal almışdır. Həmin məbləğin 400 manatını ilkin ödəniş olaraq ödəmişdir. Qalıq məbləğini, yəni 1000 manatı xx.xx.2023-cü il tarixli X1 əsasən 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bu günə xx.xx.2023-cü il tarixli 022681 saylı alqı-satqı müqaviləsi üzrə qalıq borcu 976 manat, cərimə borcu 20 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubları da göndərilmişdir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin 4.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli 022680 saylı müqaviləyə əsasən 400 manat əsas məbləğ üzrə borcun, 10 manat cərimənin, xx.xx.2023-cü il tarixli 022681 saylı müqaviləyə əsasən 976 manat əsas məbləğ üzrə borcun, 20 manat cərimənin və 34.06 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan malların alqı-satqı müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 022680 saylı və 022681 saylı alqı-satqı müqavilələri, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktları imzalanmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verilməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Göstərilən Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2 maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələrinə görə iddianın qiyməti 1000 manatadək olduqda 30 manat, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu rüsumu ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli 022680 saylı müqaviləyə əsasən 400 manat əsas məbləğ üzrə borc, 10 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 022681 saylı müqaviləyə əsasən 976 manat əsas məbləğ üzrə borc, 20 manat cərimə borcu və 34.06 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1550/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1550/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver