Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1563/2025 08.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ESMİRA BAXİŞOVA İSMAYİL qızından 2997.85 AZN əsas borc, 683.15 AZN dəbbə pulu və 56.81 AZN dövlət rüsumu olmaqla ümumilikdə 3737.81 AZN (üç min yeddi yüz otuz yeddi manat, səksən bir qəpik) pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı” adlanacaq) ilə fiziki şəxs BAXİŞOVA ESMİRA İSMAYİL qızı (bundan sonra “Cavabdeh” adlanacaq) arasında bağlanmış aşağda göstərilən hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən (bundan sonra “Müqavilə” adlanacaq) əsasən İddiaçı Cavabdehə şəxsi istifadə məqsədləri üçün müxtəlif əşyaları təmin etməyi (satmağı), Cavabdeh isə həmin əşyaların dəyərinin Müqavilədə razılaşdırılmış müddətlərdə hissəli ödənişlə İddiaçıya ödənilməsini öz öhdələrinə götürmüşlər: 1. 05 sentyabr 2023-cü il tarixli, 003-DFM-0616-23 saylı Müqavilə üzrə tərəfindən 05 sentyabr 2023-cü il tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd ümumi dəyəri 4264.00 AZN olan “Məişət əşyası” adlı malı 18 (on səkkiz) ay müddətinə hissəli ödəniş şərti ilə Cavabdehə təmin edilmişdir (satılmışdır). 05 sentyabr 2023-cü il tairxli, 003-DFM-0616-23 saylı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı Əlavəyə əsasən Cavabdeh 05 sentyabr 2023-cü il tarixindən etibarən 18 təqvim ayı müddətində hər ayın 05-i Müqavilə üzrə təchiz edilmiş Mallara görə 236.00 AZN (sonuncu ayda 252.00 AZN) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl 4 tarix üzrə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il) Cavabdeh İddiaçıya hər hansı vəsait ödəməmişdir. 2. 13 fevral 2024-cü il tarixli, 003-DFM-0137-24 saylı Müqaviləüzrə tərəfindən 13 fevral 2024-cü il tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 4663.00 AZN (dörd min altı yüz altmış üç manat, sıfır qəpik) dəyərində “Məişət əşyası” adlı malı 12 (on iki) ay müddətinə hissəli ödəniş şərti ilə Cavabdehə təmin edilmişdir (satılmışdır). 13 fevral 2024-cü il tairxli, 003-DFM-0137-24 saylı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı Əlavəyə əsasən Cavabdeh 13 fevral 2024- cü il tarixindən etibarən 12 təqvim ayı müddətində hər ayın 13-ü Müqavilə üzrə təchiz edilmiş Mallara görə 388.00 AZN (sonuncu ayda 395.00 AZN) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl 5 tarix üzrə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il) Cavabdeh İddiaçıya hər hansı vəsait ödəməmişdir. Tərəfindən hər iki Müqavilənin 8.8-ci yarımbəndinə uyğun olaraq mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə 15 yanvar 2025-ci il tarixində Cavabdehin rəsmi və faktiki ünvanlarına DFXO 362 və 364 nömrəli bildirişlərilə müraciət edilmiş və əsas borcla dəbbə pulu məbləğinin 3 (üç) iş günü ərzində tam həcmdə ödənilməsi tələb edilmişdir. Cavabdeh Malları təhvil-təslim aktları əsasında tam həcmdə, komplekt, yeni, istifadə (istismara) yararlı, Müqavilə şərtlərinə, həcminə və spesifikasiyalara uyğun, lazımi keyfiyyətdə (hər hansı zədə, qüsur və ya aşınma olmadan) qəbul etmiş və Müqavilələrin 8.3-cü yarımbəndində müəyyən olunan 14 (on dörd) təqvim günü ərzində Malların keyfiyyətinə dair hər hansı irad bildirməmişdir. Malların keyfiyyətində hər hansı qüsurun olmamasına və Satıcı tərəfindən Müqavilə üzrə hər hansı öhdəliyin pozulmamasına baxmayaraq Alıcı ödənilməli olan pul vəsaitini əsassız olaraq ödəməmiş və Müqavilə üzrə öhdəliklərini icra etməkdən əsassız olaraq imtina etmişdir. Müqavilələrin 2.6-cı yarımbəndinə əsasən Alıcı Müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və Alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman Satıcı Malları qiymətləndirməklə geri götürmək və ya Malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Alıcı tərəfindən iki Müqavilə üzrə vaxtı çatmış öhdəlik beş ardıcıl dəfə, bir Müqavilə üzrə isə ardıcıl dörd və beş dəfə icra edilməmişdir. Alıcı tərəfindən Müqavilə üzrə öhdəliklərin icra edilməyəcəyi aşkar məlum olduğundan, Satıcı Müqavilənin 2.6-cı yarımbəndində müəyyən edilən hüququndan istifadə edərək Malın qiymətinin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. İndiki halda İddiaçı tərəfindən Cavabdehə hər iki Müqavilə üzrə ayrılıqda aşağıdakı tarixlərdə məbləğlərdə ödənişlər icra edilmişdir və hər bir Müqavilə üzrə cari tarixə mövcud olan əsas borc və dəbbə pulu aşağıdakı kimidir: 1. 05 sentyabr 2023-cü il tairxli, 003-DFM-0616-23 saylı Müqavilə üzrə ümumilikdə 4264.00 AZN dəyərində Mal təhvil verilmiş, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər (həmin tarix də daxil olmaqla) aylıq ödəniş cədvəli üzrə, ümumilikdə 3137.00 AZN (üç min bir yüz otuz yeddi manat, sıfır qəpik) ödəniş edilmiş, ödənilmiş vəsaitin 3068.72 AZN hissəsi Müqavilə üzrə əsas borc məbləğindən, 68.28 AZN hissəsi isə Müqavilə üzrə hesablanmış dəbbə pulu borcundan silinmişdir. Lakin Malın qalan dəyəri üzrə Cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 05 sentyabr 2023cü il tairxli, 003-DFM-0616-23 saylı Müqavilə üzrə 1195.28 AZN əsas borc və cari tarixə olan 275.72 AZN dəbbə pulu borcu olmaqla, cəmi 1471.00 AZN (bir min dörd yüz yetmiş bir manat, sıfır qəpik) məbləğində pul Cavabdeh tərəfindən İddiaçıya ödəməlidir. 2. Həmçinin, İddiaçı tərəfindən Cavabdehə 13 fevral 2024-cü il tairxli, 003-DFM-0137-24 saylı Müqavilə üzrə 4463.00 AZN dəyərində Mal təhvil verilmiş, aylıq ödəniş qrafiki üzrə xx.xx.2024xx.xx.2024-cü il tarixinə qədər (həmin tarix də daxil olmaqla) ümuilikdə 3221.00 AZN (üç min iki yüz iyirmi bir manat, sıfır qəpik) ödəniş edilmiş, ödənilmiş vəsaitin 2860.43 AZN hissəsi Müqavilə üzrə əsas borc məbləğindən, 360.57 AZN hissəsi isə Müqavilə üzrə dəbbə pulu borcundan silinmişdir. Lakin Malın qalan dəyəri üzrə Cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 13 fevral 2024-cü il tairxli, 003-DFM0137-24 saylı Müqavilə üzrə 1802.57 AZN əsas borc və cari tarixə olan 407.43 AZN dəbbə pulu borcu olmaqla, cəmi 2210.00 AZN (iki min iki yüz on manat, sıfır qəpik) məbləğində pul Cavabdeh tərəfindən İddiaçıya ödəməlidir. Hər iki Müqavilə üzrə ümumi2997.85 AZN (iki min doqquz yüz doxsan yeddi manat, səksən beş qəpik) məbləğində əsas borc, 683.15 AZN (altı yüz səksən üç manat, on beş qəpik) məbləğində dəbbə pulu olmaqla, ümumi3681.00 AZN (üç min altı yüz səksən bir manat, sıfır qəpik) vəsait Cavabdeh tərəfindən İddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-ci il tarixli, 003-DFM-0616-23 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, İddiaçı MMC Cavabdeh 4264 manat dəyərində “Məişət əşyası” ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 236 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2024-ci il tarixli, 003-DMF-0137-24 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, İddiaçı MMC Cavabdehə 4663 manat dəyərində Məişət əşyası xidməti ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 388 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. xx.xx.2023-ci il tarixli və xx.xx.2024-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh 003-DFM-0616-23 nömrəli Müqavilədə qeyd olunan “Məişət əşyası, 003-DFM-0137-24 nömrəli Müqavilədə qeyd olunan Məişət əşyası təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 15 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, xx.xx.2023-ci il tarixli müqavilə üzrə cavabdehin 1195.28 manat məbləğində ödənilməmiş əsas borc, 275.64 manat cərimə olmaqla, cəmi 1470.92 manat; xx.xx.2024-ci il tarixli müqavilə üzrə cavabdehin 1802.57 manat məbləğində ödənilməmiş əsas borc, 407.38 manat cərimə olmaqla, cəmi 2209.95 manat; ümumilikdə 3680.87 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir, həmin müqavilələr etibarlıdır. Ona görə də, hazırkı mübahisə üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı hər iki müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1195.28 manat əsas borc, xx.xx.2024-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1802.57 manat məbləğində əsas borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli, xx.xx.2024-ci il tarixli müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəyir. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini birinci müqavilə üzrə 275.64 manat, ikinci müqavilə üzrə 407.38 manat məbləğində müəyyən etmişdir. Lakin məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2023-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 58.61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58.61 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 50.78 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPMnin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 003-DFM-0616-23 nömrəli müqaviləyə əsasən, Məişət Əşyası üçün 1195.28 manat ödənilməmiş hissə və 30 manat cərimə, xx.xx.2024-cü il tarixli, 003-DFM-0137-24 nömrəli müqaviləyə əsasən Məişət Əşyası üçün 1802.57 manat əsas borc, 50 manat cərimə olmaqla, ümumilikdə 3077.85 manat məbləğində pul vəsaiti və 50.78 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-1563/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1563/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver