Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1585/2025 18.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 Cavabdeh iştirakları ilə , İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün , 1293.4 (bir min iki yüz doxsan üç manat, 40 qəpik) manat ödənilməmiş hissə, 129.34 (yüz iyirmi doqquz manat, 34 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, ASUS VİVOBOOK kompüter üçün 1293.48 (bir min iki yüz doxsan üç manat, 48 qəpik) manat ödənilməmiş hissə, 129.35 (yüz iyirmi doqquz manat, 35 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod SK6L6CVJLKG İPAD 10.9 markalı planşet üçün 1235.6 (bi rmin iki yüz otzu beş manat, 60 qəpik) manat ödənilməmiş hissə, 123.56 (yüz iyirmi üç manat, 56 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod R52X900T5MA SAMSUNG GALAXY TAB S6 LİTE markalı planşüeçtün 967.5 (doqquz yüz altmış yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 96.75 (doxsan altı manat, 75 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod R92X705QTAF Samsung Galaxy TAB A9+ markalı planşetüçün 384 (üç yüz səksən dörd) manat ödənilməmiş hissə, 38.4 (otuz səkkiz manat, 40 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, olan APPLE MACBOOK AİR 13 kompüter üçün 2033.8 (iki min otuz üç manat, 80 qəpik) manat ödənilməmiş hissə, 203.38 (iki yüz üç manat, 38 qəpik) manat dəbbə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, olan İmei kod SHTK7Q66KC4 İPAD AİR 11 markalı planşeütçün 1438.2 (bir min dörd yüz otuz səkkiz manat 20 qəpik) manat ödənilməmiş hissə, 143.82 (yüz qırx üç manat, 82 qəpik) manat dəbbə Ümumilikdə 9510.58 manat borc və 115.11 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrə əsasən, PLAYSTATİON 5, ASUS VİVOBOOK kompüter, İmei kod SK6L6CVJLKG İPAD 10.9 markalı planşet, İmei kod R52X900T5MA SAMSUNG GALAXY TAB S6 LİTE markalı planşet, İmei kod R92X705QTAF SAMSUNG GALAXY TAB A9+ markalı planşet, APPLE MACBOOK AİR 13 kompüter, İmei kod SHTK7Q66KC4 İPAD AİR 11 markalı planşeatlmış və nəticədə 9510.58 (doqquz min beş yüz on manat, 58 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1553.94 (bir min beş yüz əlli üç manat, 94 qəpik) manat (18 ay 86.33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5üçün 1422.74 (bir min dörd yüz iyirmi iki manat, 74 qəpik) manat olmaqla ondan, 1293.4 (bir min iki yüz doxsan üç manat, 40 qəpik) manat ödənilməmiş hissə, 129.34 (yüz iyirmi doqqu zmanat, 34 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1293.48 (bir min iki yüz doxsan üç manat, 48 qəpik) manat (18 ay x 71.86 manat + 0 manat ilkin ödəniş) olan ASUS VİVOBOOK kompüteürçün 1422.83 (bir min dörd yüz iyirmi iki manat, 83 qəpik) manat olmaqla ondan 1293.48 (bir min iki yüz doxsan üç manat, 48 qəpik) manat ödənilməmiş hissə, 129.35 (yüz iyirmi doqquz manat, 35 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1308.6 (bi rmin üç yüz səkkiz manat, 60 qəpik) manat (18 ay x 72.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod SK6L6CVJLKG İPAD 10.9 markalı planşetüçün 1359.16 (bir min üç yüz əlli doqquz manat, 16 qəpik) manat olmaqla ondan 1235.6 (bi rmin iki yüz otzu beş manat, 60 qəpik) manat ödənilməmiş hissə, 123.56 (yüz iyirmi üç manat, 56 qəpik) manat dəbbə pulu; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 967.5 (doqquz yüz altmış yeddi manat, 50 qəpik) manat (18 ay x 53.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod R52X900T5MA SAMSUNG GALAXY TAB S6 LİTE markalı planşüeçtün 1064.25 (bir min altmış dörd manat, 25 qəpik) manat olmaqla ondan 967.5 (doqquz yüz altmış yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 96.75 (doxsan altı manat, 75 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 470.8 (dörd yüz yetmiş manat, 80 qəpik) manat (18 ay x 25.6 manat + 10 manat ilkin ödəniş) olan İmei kod R92X705QTAF SAMSUNG GALAXY TAB A9+ markalı planşeütçün 422.4 (dörd yüz iyirmi iki manat, 40 qəpik) manat olmaqla ondan 384 (üç yüz səksən dörd) manat ödənilməmiş hissə, 38.4 (otuz səkkiz manat, 40 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2289.06 (iki min iki yüz səksən doqquz manat, 6 qəpik) manat (18 ay x 127.17 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 kompüterüçün 2237.18 (iki min iki yüz otuz yeddi manat, 18 qəpik ) manat olmaqla ondan 2033.8 (iki min otuz üç manat, 80 qəpik) manat ödənilməmiş hissə, 203.38 (iki yüz üç manat, 38 qəpik) manat dəbbə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1788.2(bir min yeddi yüz səksən səkkiz manat, 20 qəpik) manat (18 ay x 79.9 manat + 350 manat ilkin ödəniş) olan İmei kod SHTK7Q66KC4 İPAD AİR 11 markalı planşeütçün 1582.02 (bir min beş yüz səksən iki manat, 2 qəpik ) manat olmaqla ondan 1438.2 (bir min dörd yüz otuz səkkiz manat 20 qəpik) manat ödənilməmiş hissə, 143.82 (yüz qırx üç manat, 82 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1025.6 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixli müqaviləsinin qüvvədə olma müddəti 10 ildir. Həmi müqavilədə “müqavilənin qüvvədə olduğu müddət ərzində vətəndaş iddiaçıdan həmin müqavilə nəzərdə tutulmuş şərtlərlə mal(əmtəə) ala bilər” qeyd edilmişdir. Ona görə həmin tarixdən sonra xx.xx.2024cü il tarixli müqavilə ilə eyni şərtlər daşıdığı halda tərəflər arasında yeni müqavilə bağlanmır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, əşyaları təhvil alıb, borcu var, maddi imkansızlıqdan ödəmələri gecikdirmişdir. Dəbbə puluna dair hissədə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğısatqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı 1553,94 manat məbləğində əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.Həmin müqavilənin 5.1-ci maddəsində qeyd edilmişdir ki, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) it müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində "Müştərinin bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABC-dən mal və (və ya) xidmət əldə etmək hüququ var. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı 2289,06 manat məbləğində əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı 1293,48 manat məbləğində əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı 1308,6 manat məbləğində əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı 470,8 manat məbləğində əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı 967,5 manat məbləğində əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişdən və təhvil təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh alqı-satqı qiyməti 1788.2 manat olan İmei kod SHTK7Q66KC4 İPAD AİR 11 markalı planşeti təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktlarının surətindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1293.4 manat ödənilməmiş hissə, 129.34 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1293.48 manat ödənilməmiş hissə, 129.35 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1235.6 manat ödənilməmiş hissə, 123.56 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 967.5 manat ödənilməmiş hissə, 96.75 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 384 manat ödənilməmiş hissə, 38.4 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 2033.8 manat ödənilməmiş hissə, 203.38 manat dəbbə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1438.2 manat ödənilməmiş hissə, 143.82 manat dəbbə olmaqla, ümumilikdə 9510.58 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün təyinatı Qaradağ Rayon Məhkəməsi olmaqla 115,11 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş müqavilələrə əsasən tərəflər arasında əmlakın müddətli nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə müvafiq olaraq iddiaçı əmlakları Cavabdeh satmış, cavabdeh(alıcı) isə verilmiş əşyaları qəbul edərək müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşdür. Hazırda iddiaçı müqavilələr üzrə yaranmış borcunu tələb edir, cavabdeh isə iddia tələbini əsas borca dair hisəsəsini qəbul edərək, məhkəmədən dəbbə pulunun azaldılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Həmçinin məhkəmə iclaslarında da cavabdeh iddia tələbini mübahisələndirməyərək əsas borca dair hissədə iddia tələbini etiraf etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcu hissəsində əsaslı olmaqla təmin edilməli, dəbbə pulu hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 30 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 30 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 25 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə-30 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə -15 manat və xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə isə 20 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqavilələrə görə cəmi 140 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün ödənilmiş 115,11 manat məbləğində dövlət rüsumu ödənilmişdir, hazırda iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 108 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1293.4 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1293.48 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu; xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, 1235.6 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 967.5 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 384 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 2033.8 manat ödənilməmiş hissə, 30 manat dəbbə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1438.2 manat ödənilməmiş hissə, 20 manat dəbbə olmaqla ümumilikdə cəmi 8800,98 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 108 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1293.4 manat əsas, 30 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1293.48 manat əsas, 30 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1235.6 manat əsas, 25 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 967.5 manat əsas, 15 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 384 manat əsas ,5 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 2033.8 manat əsas, 30 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1438.2 manat ödənilməmiş hissə, 20 manat dəbbə olmaqla ümumilikdə borca görə cəmi 8800,98(səkkiz min səkkiz yüz manat doxsan səkkiz qəpik) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 108(yüz səkkiz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-1585/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1585/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver