Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1592/2022 22.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Soyuducu üçün 1778 (min yeddi yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 177 (yüz yetmiş yeddi) manat cərimə; 2. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********22784 Samsung Galaxy A71 markalı telefon üçün 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə 3. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********70229 X3 9 markalı telefonüçün 229 (iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə 4. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lenovo komputer,Canyon qulaqcıq üçün 225 (iki yüz iyirmi beş) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə 5. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Panasonic blender üçün 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə 6. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Rondell bıçaq dəsti,Logitech klaviatura üçün 28 (iyirmi səkkiz) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə Ümumilikdə 3197 manat borc, 51.97 manat ödənilmiş dövlət rüsumu, cəmi 3248.97 manat cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Soyuducu, İMEİ Kodu **********22784 Samsung Galaxy A71 markalı telefon, İmei Kodu **********70229 X3 9 markalı telefon, Lenovo komputer,Canyon qulaqcıq, Panasonic blender, Rondell bıçaq dəsti,Logitech klaviatura almış və nəticədə 3197 (üç min yüz doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2462.4 (iki min dörd yüz altmış iki manat 40 qəp) manat (18 ay 136.8 manat + 0) manat ilkin ödəniş LG Soyuducu üçün ümumilikdə, 1955 (min doqquz yüz əlli beş) manat olmaqla ondan, 1778 (min yeddi yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 177 (yüz yetmiş yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1035.8 (min otuz beş manat 80 qəpik) manat (12 ay x 76.9 manat + 113 manat ilkin ödəniş) İMEİ Kodu **********22784 Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə, 629 (altı yüz iyirmi doqquz) manat olmaqla ondan, 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 57 (əlli yeddi) manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 525.6 (beş yüz iyirmi beş manat 60 qəpik) manat (12 ay x 38.8 manat + 60 manat ilkin ödəniş) İmei Kodu **********70229 X3 9 markalı telefonüçün ümumilikdə, 251 (iki yüz əlli bir) manat olmaqla ondan, 229 (iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1356 (min üç yüz əlli altı) manat (12 ay x 104.5 manat + 102 manat ilkin ödəniş) Lenovo komputer,Canyon qulaqcıq üçün ümumilikdə, 247 (iki yüz qırx yeddi) manat olmaqla ondan, 225 (iki yüz iyirmi beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 158.4 (yüz əlli səkkiz, qırx qəp) manat (12 ay x 13.2 manat + 0 manat ilkin ödəniş) PANASONİC blenderüçün ümumilikdə, 8 5 (səksən beş) manat olmaqla ondan, 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 234.5 (iki yüz otuz dörd, əlli qəp) manat (15 ay x 14.5 manat + 17 manat ilkin ödəniş) RONDELL bıçaq dəsti, LOGİTECH klaviaturüaçün ümumilikdə, 30 (otuz) manat olmaqla ondan 28 (iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Electrolux markalı Aspiratordan xx.xx.2020-ci il tarixində imtina etmiş və məhsul 306 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 25.1 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 306 manat, ümumilikdə, 331.1 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 2862.7 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 22059678 nömrəli, xx.xx.2020-ci il tarixli, 20254824 nömrəli, xx.xx.2020-ci il tarixli, 20254757 nömrəli,xx.xx.2021-ci il tarixli 22179183 nömrəli,xx.xx.2020-ci il tarixli 22037657 nömrəli, xx.xx.2020-ci il tarixli 21119243 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı LG Soyuducu, İMEİ Kodu **********22784 Samsung Galaxy A71 markalı telefon,İMEİ kodu **********70229 X3 9 markalı telefon,Lenovo komputer,Canyon qulaqcıq,Panasonic blender və Rondell bıçaq dəsti,Logitech klaviatura markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli,xx.xx.2021-ci il tarixli,xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə LG Soyuducu, İMEİ Kodu **********22784 Samsung Galaxy A71 markalı telefon,İMEİ kodu **********70229 X3 9 markalı telefon,Lenovo komputer,Canyon qulaqcıq,Panasonic blender və Rondell bıçaq dəsti,Logitech klaviatura markalı məhsulu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 136.8 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 76.9 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 38.8 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 104.5 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 13.2 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 15 ay müddətinə, aylıq 14.5 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 1778 manat və 177 manat cərimə,xx.xx.2020-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 572 manat və 57 manat cərimə, xx.xx.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 229 manat və 22 manat cərimə, xx.xx.2020-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 225 manat və 22 manat cərimə, xx.xx.2020-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 78 manat və 7 manat cərimə, xx.xx.2020ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 28 manat və 2 manat cərimə olmaqla, ümumilikdə 3197 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli,xx.xx.2021-ci il tarixli,xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilələrin predmeti LG Soyuducu, İMEİ Kodu **********22784 Samsung Galaxy A71 markalı telefon,İMEİ kodu **********70229 X3 9 markalı telefon,Lenovo komputer,Canyon qulaqcıq,Panasonic blender və Rondell bıçaq dəsti,Logitech klaviatura markalı məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə qalıq borcu 1778 manat, 572 manat, 229 manat, 225 manat, 78 manat,28 manat təşkil edir. Bu halda, məhkəmə cavabdehin borc öhdəliyinin aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, xx.xx.2020-ci il tarixli müqvailə üzrə hesablanmış cərimə borcunun məbləği əsas borcun məbləğinə mütənasib olmadığından, azaldılmalı, 50 manat məbləğində müəyyən edilməli, bu hissədə qismən təmin edilməli, xx.xx.2020-ci il,xx.xx.2020-ci il ,xx.xx.2021-ci il,xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə isə cərimə borcunun məbləği mütənasib olduğundan, həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 51.97 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 51.97 manat məbləğində dövlət rüsumunun 50,7 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1778 manat məbləğində borc və 50 manat məbləğində cərimə borcu,xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 572 manat məbləğində borc və 57 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 229 manat məbləğində borc və 22 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 225 manat məbləğində borc və 22 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 78 manat məbləğində borc və 7 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 28 manat məbləğində borc və 2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3070 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 50,7 manat məbləğində olan hissəsi tutularaq ABC Telecom MMC-nin xeyrinə ödənilməli, qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1778 manat məbləğində borc və 50 manat məbləğində cərimə borcu,xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 572 manat məbləğində borc və 57 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 229 manat məbləğində borc və 22 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 225 manat məbləğində borc və 22 manat məbləğində cərimə borcu, xx.xx.2020ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 78 manat məbləğində borc və 7 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 28 manat məbləğində borc və 2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3070 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 50,7 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ABC Telecom MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1592/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1592/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver