Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1595/2023 09.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********10395 Huawei P40 lite markalı telefon üçün 290 manat ödənilməmiş əsas borc və 29 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********13317 Nokia 5.1 Plus markalı telefon üçün 199 manat ödənilməmiş əsas borc və 19 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********03029 Xiaomi Redmi 9 markalı telefon üçün 95.2 manat ödənilməmiş əsas borc, 9.8 manat cərimə borcu olmaqla, ümumilikdə 642 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflərin bağladığı 16 noyabr 2020-ci il tarixli, 11 fevral 2021-ci il tarixli və 06 noyabr 2020-ci il tarixli müqavilələrə əsasən “İMEİ kodu **********10395 Huawei P40 lite markalı telefon, İMEİ kodu **********13317 Nokia 5.1 Plus markalı telefon və İMEİ kodu **********03029 Xiaomi Redmi 9 markalı telefon üçün ümumilikdə 642 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 867 manat olan (15 ay x 57.8 manat + 0 manat ilkin ödəniş) “İMEİ kodu **********10395 Huawei P40 lite markalı telefon üçün ümumilikdə 319 manat, alqı-satqı qiyməti 384 manat olan (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) “İMEİ kodu **********13317 Nokia 5.1 Plus markalı telefon üçün ümumilikdə 218 manat, alqı-satqı qiyməti 499.2 manat (12 ay x 41.6 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********03029 Xiaomi Redmi 9 markalı telefon üçün ümumilikdə 105 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdehin ünvanına bildiriş çatmamış və elektron məhkəmə sistemində olan telefon nömrələrindən caavbdehlə əlaqə saxlamaq mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 noyabr 2020-ci il tarixli, 22021868 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 499.2 manat dəyərində Xiaomi Redmi 9 4/64GB mobil telefon ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 41.6 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 16 noyabr 2020-ci il tarixli, 22050505 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 867 manat dəyərində “İMEİ kodu **********10395 Huawei P40 lite markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 15 ay müddətinə hər ay 57.8 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 11 fevral 2021-ci il tarixli, 22279911 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 384 manat dəyərində İMEİ kodu **********13317 Nokia 5.1 Plus markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 32 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli əşyaların təhviltəslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh 22050505 nömrəli Müqavilədə qeyd olunan “İMEİ kodu **********10395 Huawei P40 lite markalı telefon, 22279911 nömrəli Müqavilədə qeyd olunan İMEİ kodu **********13317 Nokia 5.1 Plus markalı telefon və 22021868 nömrəli Müqavilədə qeyd olunan İMEİ kodu **********03029 Xiaomi Redmi 9 markalı telefon təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 20 aprel 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 16 noyabr 2020-ci il tarixli müqavilə üzrə cavabdehin 290 manat məbləğində ödənilməmiş əsas borc, 29 manat cərimə olmaqla, cəmi 319 manat; 11 fevral 2021-ci il tarixli müqavilə üzrə cavabdehin 199 manat məbləğində ödənilməmiş əsas borc, 19 manat cərimə olmaqla, cəmi 218 manat; 06 noyabr 2020-ci il tarixli müqavilə üzrə cavabdehin 95.2 manat məbləğində ödənilməmiş əsas borc, 9.8 manat cərimə olmaqla, cəmi 105 manat, ümumilikdə 642 manat məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2020ci il, 11 fevral 2021-ci il və 06 noyabr 2020-ci il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir, həmin müqavilələr etibarlıdır. Ona görə də, hazırkı mübahisə üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı hər iki müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 290 manat əsas borc, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 199 manat əsas borc və xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 95.2 manat məbləğində əsas borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəyir. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini birinci müqavilə üzrə 29 manat, ikinci müqavilə üzrə 19 manat, üçüncü müqavilə üzrə 9.8 manat məbləğində müəyyən etmişdir. Lakin məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın 30 manat ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı rüsumla bağlı tələbi olduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPMnin 216-220, 284-1, 284-6, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 22050505 nömrəli müqaviləyə əsasən, “İMEİ kodu **********10395 Huawei P40 lite markalı telefon üçün 290 (iki yüz doxsan) manat əsas borc və 10 (on) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 22279911 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********13317 Nokia 5.1 Plus markalı telefon üçün 199 (yüz doxsan doqquz) manat əsas borc, 5 (beş) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 22021868 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********03029 Xiaomi Redmi 9 markalı telefon üçün 95.2 (doxsan beş manat iyirmi qəpik) manat əsas borc, 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə 602.2 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-1595/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1595/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver