Məhkəmə qərarları › İş №e-2(002)-1628/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1628/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1628/2025 08.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2023-ci il tarixli müqavilə üzrə Paltaryuyan Hoffmann, Plitə Hoffmann, Soyuducu İndesit üçün 990.7 manat ödənilməmiş əsas borc və 99.07 manat cərimə, xx.xx.2023-ci il tarixli müqavilə üzrə, Soyuducu Hoffmann, Paltaryuyan Electrolux üçün 331 manat ödənilməmiş əsas borc, 33.10 manat cərimə, xx.xx.2023-ci il tarixli müqavilə üzrə, Huawei Watch FİT 2 Active qol saatı üçün 49.1 manat ödənilməmiş əsas borc, 4.91 manat cərimə borcu olmaqla, ümumilikdə 1507.88 manat borc və 35.08 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflərin bağladığı 01 noyabr 2023-ci il tarixli, 26 mart 2023-ci il tarixli və 17 oktyabr 2023-cü il tarixli müqavilələrə əsasən “Paltaryuyan Hoffmann, Plitə Hoffmann, Soyuducu İndesit və Soyuducu Hoffmann, Paltaryuyan Electrolux, Huawei Watch FİT 2 Active qol saatı üçün 1507.88 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1784.02 manat olan (18 ay x 96.89 manat + 40 manat ilkin ödəniş) “Paltaryuyan Hoffmann, Plitə Hoffmann, Soyuducu İndesit üçün ümumilikdə 1089.77 manat, alqı-satqı qiyməti 1830.06 manat (18 ay x 101.67 manat + 0 manat ilkin ödəniş), Soyuducu Hoffmann, Paltaryuyan Electrolux üçün ümumilikdə 364.10 manat, alqı-satqı qiyməti 330 manat (12 ay x 27.5 manat + 0 manat ilkin ödəniş), Huawei Watch FİT 2 Active qol saatı üçün ümumilikdə 54.01 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 noyabr 2023-ci il tarixli, 03735472 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdehə 1784.02 manat dəyərində “Paltaryuyan Hoffmann, Plitə Hoffmann, Soyuducu İndesit” ilkin ödəniş 40 manat olmaqla, 18 ay müddətinə hər ay 96.89 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 26 mart 2023-ci il tarixli, 04063604 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdehə 1830.06 manat dəyərində Soyuducu Hoffmann, Paltaryuyan Electrolux ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 101.67 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 17 oktyabr 2023-ci il tarixli, ********* nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdehə 330 manat dəyərində Huawei Watch FİT 2 Active qol saatı ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 27.5 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli və xx.xx.2023-cü il tarixli əşyaların təhviltəslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh 03735472 nömrəli Müqavilədə qeyd olunan “Paltaryuyan Hoffmann, Plitə Hoffmann, Soyuducu İndesitu, 04063604 nömrəli Müqavilədə qeyd olunan Soyuducu Hoffmann, Paltaryuyan Electrolux və ********* nömrəli Müqavilədə qeyd olunan “Huawei Watch FİT 2 Active qol saatı” təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 18 mart 2025ci il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 01 noyabr 2023-ci il tarixli müqavilə üzrə cavabdehin 990.7 manat məbləğində ödənilməmiş əsas borc, 99.07 manat cərimə olmaqla, cəmi 1089.77 manat; 26 mart 2023-ci il tarixli müqavilə üzrə cavabdehin 331 manat məbləğində ödənilməmiş əsas borc, 33.1 manat cərimə olmaqla, cəmi 364.10 manat, 17 oktyabr 2023-ci il tarixli müqavilə üzrə cavabdehin 49.1 manat məbləğində ödənilməmiş əsas borc, 4.91 manat cərimə olmaqla, cəmi 54.01 manat ümumilikdə 1507.88 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2023-ci il, 26 mart 2023-ci il və 17 oktyabr 2023-cü il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir, həmin müqavilələr etibarlıdır. Ona görə də, hazırkı mübahisə üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli və xx.xx.2023-cü il tarixli alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı hər iki müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 990.7 manat əsas borc, xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 331 manat məbləğində əsas borc, xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 49.1 manat məbləğində əsas borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli və xx.xx.2023cü il tarixli müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəyir. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini birinci müqavilə üzrə 99.07 manat, ikinci müqavilə üzrə 33.10 manat, üçüncü müqavilə üzrə 4.91 manat məbləğində müəyyən etmişdir. Lakin məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2023ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 4.91 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 35.08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35.08 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 34.06 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03735472 nömrəli müqaviləyə əsasən, Paltaryuyan Hoffmann, Plitə Hoffmann, Soyuducu İndesit üçün 990.7 manat ödənilməmiş hissə və 10 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 04063604 nömrəli müqaviləyə əsasən Soyuducu Hoffmann, Paltaryuyan Electrolux üçün 331 manat əsas borc, 5 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən, Huawei Watch FİT 2 Active qol saatı üçün 49.1 manat əsas borc, 2 manat cərimə borcu olmaqla, ümumilikdə 1387.8 manat məbləğində pul vəsaiti və 33.89 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar