Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1637/2022 28.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə MAGNUM YATAQ CARPAYİ,SURGULU DOLAB,TERMO,COMODO-YUMŞAQ MEBEL,MATRAS üçün, 2886 (iki min səkkiz yüz səksən altı) manat ödənilməmiş hissə, 288 (iki yüz səksən səkkiz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə X1,2 ədəd Halı,Battaniye,2 ədəd Yastıq,Yastık Kilifi üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə,14 (on dörd) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung Led TV üçün, 1226 (min iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat cərimə, ümumilikdə 4680 manat borc, 66.8 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il,xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, MAGNUM YATAQ CARPAYİ,SURGULU DOLAB,TERMO,COMODO- YUMŞAQ MEBEL,MATRAS və X1,2 ədəd Halı,Battaniye,2 ədəd Yastıq,Yastık Kilifi, Samsung Led TV almış və nəticədə 2846 (iki min səkkiz yüz qırx altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4320 (dörd min üç yüz iyirmi) manat (24 ay x 180 manat + 0 manat ilkin ödəniş ) MAGNUM YATAQ CARPAYİ,SURGULU DOLAB,TERMO,COMODO-YUMŞAQ MEBEL,MATRAS üçün ümumilikdə 3174 (üç min yüz yetmiş dörd) manat olmaqla, ondan, 2886 (iki min səkkiz yüz səksən altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 288 (iki yüz səksən səkkiz) manat cərimə,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən,alqı-satqı qiyməti 451.2 (dörd yüz əlli bir manat 20 qəpik) manat (12 ay x 37.6 manat + 0 manat ilkin ödəniş) X1,2 ədəd Halı,Battaniye,2 ədəd Yastıq,Yastık Kilifi üçün ümumilikdə, 158 (yüz əlli səkkiz) manat olmaqla ondan, 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,alqı-satqı qiyməti 1584 (min beş yüz səksən dörd) manat (18 ay x 88 manat + 0 manat ilkin ödəniş) Samsung Led TV üçün ümumilikdə, 1348 (min üç yüz qırx səkkiz) manat olmaqla ondan, 1226 (min iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 122 (yüz iyirmi iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən,Magnum-Yataq-Çarpayı,Dolab,Termo,Matrası xx.xx.2021-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 930 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 504 manat,məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 930 manat,digər 2 müqavilə üzrə cəmi ödədiyi məbləğ 665.2 təşkil edir Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ciil tarixli, 20024647 nömrəli, xx.xx.2020-ci il tarixli, 20024557 nömrəli,xx.xx.2019-cu il tarixli 01074247 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı X1,2 ədəd Halı,Battaniye,2 ədəd Yastıq,Yastık Kilifi və MAGNUM YATAQ CARPAYİ,SURGULU DOLAB,TERMO,COMODO-YUMŞAQ MEBEL,MATRAS, Samsung Led TV alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə X1,2 ədəd Halı,Battaniye,2 ədəd Yastıq,Yastık Kilifi və MAGNUM YATAQ CARPAYİ,SURGULU DOLAB,TERMO,COMODO-YUMŞAQ MEBEL,MATRAS, Samsung Led TV təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 24 ay müddətinə, aylıq 180 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 37.6 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 88 AZN məbləğində ödənişlər etməklə, borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdehnun "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 2886 manat və 288 manat cərimə,xx.xx.2020-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 144 manat və 14 manat cərimə, xx.xx.2019-cu il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 1226 manat və 122 manat cərimə olmaqla, ümumilikdə 4680 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ciil tarixli alğı-satqı müqavilələri bağlanılmış, həmin müqavilələrin predmeti MAGNUM YATAQ CARPAYİ,SURGULU DOLAB,TERMO,COMODO-YUMŞAQ MEBEL,MATRAS, X1,2 ədəd Halı,Battaniye,2 ədəd Yastıq,Yastık Kilifi, Samsung Led TV çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 2886 manat, 144 manat, 1226 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun məbləği aşkar oluğundan, həmin hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olduğundan, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 66.8 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 66.8 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməliidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir;284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 2886 manat məbləğində borc və 288 manat məbləğində cərimə borcu,xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 144 manat məbləğində borc və 14 manat məbləğində cərimə borcu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1226 manat məbləğində borc və 122 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4680 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 66.8 manat məbləğində olan hissəsi tutularaq ABC Telecom MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 2886 manat məbləğində borc və 288 manat məbləğində cərimə borcu,xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 144 manat məbləğində borc və 14 manat məbləğində cərimə borcu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1226 manat məbləğində borc və 122 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4680 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 66.8 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1637/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1637/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver