Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1753/2022 28.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 6 ədəd «Venesiya FS-5», Soft, Yumşaq, Künc, Sağ uzun, Alyans-Təbriz masa üçün 1.563 manat ödənilməmiş hissə, 156 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən «LG» Led TV, Soyuducu «Toshiba», Paltaryuyan «Electrolux» üçün 1.187 manat ödənilməmiş hissə, 118 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 4 ədəd «Mira», Mətbəx, Miz, Masa üçün 788 manat ödənilməmiş hissə, 78 manat cərimə olmaqla, cəmi 3.890 manat borc və ödənilmiş 58 manat 90 qəpik dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərdiyindən və ərizədə qeyd olunanlarla tanışlıq zamanı, iş üzrə əlavə araşdırmaya, tərəflərin çağırılaraq izahatlarının alınmasına zərurət yarandığından, məhkəmənin müvafiq qərardadına əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmış, bu barədə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsinə müvafiq olaraq qərardad qəbul edilmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən 6 ədəd «Venesiya FS-5», Soft, Yumşaq, Künc, Sağ uzun, Alyans-Təbriz masa, «LG» Led TV, Soyuducu «Toshiba», Paltaryuyan «Electrolux», 4 ədəd «Mira», Mətbəx, Miz, Masa almış və nəticədə 3.890 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2.084 manat (20 ay x 104 manat 20 qəpik + 0 manat ilkin ödəniş) olan 6 ədəd «Venesiya FS-5», Soft, Yumşaq, Künc, Sağ uzun, Alyans-Təbriz masa üçün 1.719 manat olmaqla, həmin məbləğdən 1.563 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 156 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2.712 manat 60 qəpik (18 ay x 150 manat 70 qəpik + 0 manat ilkin ödəniş) olan «LG» Led TV, Soyuducu «Toshiba», Paltaryuyan «Electrolux» üçün 1.305 manat olmaqla, həmin məbləğdən 1.187 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 118 manat dəbbə pulu; xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1.050 manat (20 ay x 52 manat 50 qəpik + 0 manat ilkin ödəniş) olan 4 ədəd «Mira», Mətbəx, Miz, Masa üçün 866 manat olmaqla, həmin məbləğdən 788 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 78 manat dəbbə pulu olmaqla borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.308 manat 60 qəpik təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilələrlə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 6 ədəd «Venesiya FS-5», Soft, Yumşaq, Künc, Sağ uzun, Alyans-Təbriz masa; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən «LG» Led TV, Soyuducu «Toshiba», Paltaryuyan «Electrolux»; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 4 ədəd «Mira», Mətbəx, Miz, Masa almışdır. Müqavilələrin şərtlərinə görə Cavabdeh alınmış əşyalara görə ilkin ödənişsiz, müxtəlif müddətlərə hər ay dəyərlərini hissə-hissə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müxtəlif əşyalar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə maliyyə və ödəniş cədvəlinə əsasən 3.890 manat borc məbləği yaranmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 58 manat 90 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 6 ədəd «Venesiya FS-5», Soft, Yumşaq, Künc, Sağ uzun, Alyans-Təbriz masa üçün 1.563 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən «LG» Led TV, Soyuducu «Toshiba», Paltaryuyan «Electrolux» üçün 1.187 manat ödənilməmiş hissə, 11 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 4 ədəd «Mira», Mətbəx, Miz, Masa üçün 788 manat ödənilməmiş hissə, 7 manat cərimə olmaqla, ümumilikdə 3.571 manat borc və ödənilmiş 58 manat 90 qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan müqavilələr üzrə müvafiq olaraq 15 manat, 11 manat və 7 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcların tutulması ilə yanaşı, yuxarıda qeyd olunan müqavilələr üzrə müvafiq olaraq 15 manat, 11 manat və 7 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 6 ədəd «Venesiya FS-5», Soft, Yumşaq, Künc, Sağ uzun, Alyans-Təbriz masa üçün 1.563 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən «LG» Led TV, Soyuducu «Toshiba», Paltaryuyan «Electrolux» üçün 1.187 manat ödənilməmiş hissə, 11 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 4 ədəd «Mira», Mətbəx, Miz, Masa üçün 788 manat ödənilməmiş hissə, 7 manat cərimə olmaqla, ümumilikdə 3.571 manat borc və ödənilmiş 58 manat 90 qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1753/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1753/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver