Məhkəmə qərarları › İş №e-2(002)-1800/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1800/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1800/2025 08.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı “Azərbaycan Avtomobil Evi» MMC-nin nümayəndələri X6 və X1, Cavabdeh, X2 iştirakları ilə , İddiaçı “Azərbaycan Avtomobil Evi» MMC-nin Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğvi nəticəsində qalıq pulun və vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğvi nəticəsində qalıq pulun və vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-009-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 10788 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2940 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, **-AG-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 2649,40 manat və nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 16414 manat pul vəsaiti olmaqla, ümumilikdə 32.791,40 (otuz iki min yeddi yüz doxsan bir manat, 40 qəpik) manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 588,44 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 190,14 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-009-AAE-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan UNİ-K” markalı, **-AG-*** d.q.n.-lı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixində cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2024-cü il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bildiririk ki, tərəfimizdən “Changan UNİ-K” markalı, **-AG-*** d.q.n.-lı d.q.n.-lı avtomobilə dəymiş zərərin aradan qaldırılmasına çəkilmiş xərclərin ümumi dəyəri 2649,40 manat təşkil etmiş, eyni zamanda, vergi qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 16414 manat zərər hesablanmışdır. Eyni zamanda, B-009-AAE-23 nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 10788 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 2940 manat dəbbə pulu hesablanmışdır. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-009-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək hesablanmış 9751,86 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2629,96 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, 77- AG-233 d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 2649,40 manat pul vəsaiti olmaqla, ümumilikdə 15031,22 (on beş min otuz bir manat, 22 qəpik) manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 269,73 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 190,14 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı MMC iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanan miqdardan imtina etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə hazırlıq iclaslarında iştirak edərək iddia tələbini müdafiə etdi və bildirdi ki, xx.xx.2023-cü il tarixdə cavabdeh ilə müqavilə bağlanmışdır. Avtomobilin dəyəri 104950 manat təşkil edir. İlkin ödəniş kimi 6790 manat ödənilib. Cavabdeh ardıcıl 3 ay ödəniş etmədiyi üçün müqavilə birtərəfli qaydada ləğv edilib. Cavabdeh 1 il 11 ay ödəniş edib. İddiaçı “Azərbaycan Avtomobil Evi» MMC-nin nümayəndəsi X6 və X1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Son dəfə 2024-cü ilin iyun ayında 2700 manat ödəniş edilmiş, 9750 manat borcu qalıb. 2024-cü ilin iyununa kimi 970 manat gecikmə var. Maşın 28 noyabrda geri alınıb və məbləğ həmin tarixə kimi hesablanıb. Maşın cavabdehin istifadəsində olan zaman onun təqsiri üzündən cərimə meydançasına aparılmışdır. 5% xx.xx.2025-ci ilə kimi hesablanıb. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərə bildirdi ki, avtomobilə görə şirkətə 38000 manat ödəniş etmişdir. Həm avtomobili qaytarıb, həm də pul ödənib. X3 məhkəmə iclasında iştirak edərək, cavabdehin 9751 manat borcu qaldığını, cavabdeh aylıq 1636 manat ödəməli idi. 9751 manat 86 qəpik 5%-ə vurulur, alınan məbləğ də 4 aya vurulur, cəmi 195 manat edir. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti tərəflərin razılığı ilə ƏDV daxil olmaqla 104.950 (yüz dörd min doqquz yüz əlli) manat məbləğində əşya- modeli Changan Uni-K buraxılış ili 2022 olan avtomonil(lər)i alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 60 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktlarının surətindən görünür ki, Cavabdeh ona verilmiş avtomobili tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 71,320.00 manat ödənilməmiş hissə, 2,940.00 manat dəbbə pulu olmaqla, ümumilikdə 74,260.00 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün təyinatı Qaradağ Rayon Məhkəməsi olmaqla 190,14 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icra edilmiş xidmətlərə dair akta əsasən, “Changan Uni-K” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpasına 2649.40 manat xərc çəkilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti tərəflərin razılığı ilə ƏDV daxil olmaqla 41900 manat məbləğində Changan Uni-K buraxılış ili 2022 olan avtomonil(lər)i alıcıya verməyi, alıcı isə 5 iş günü ərzində Satıcının hesablaşma hesabına məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktlarının surətindən görünür ki, "xxxx" MMC ona verilmiş avtomobili tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2- 128149 nömrəli məktubuna əsasən, İddiaçı MMC-in mülkiyyətində olan“Changan Uni-K” minik markalı **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə sürücülük hüququ məhdudlaşdırılmış Cavabdeh tərəfindən idarə olunduğuna görə saxlanılmış, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə inzibati tədbir görülmüş və nəqliyyat vasitəsi stasionar polis postunun mühafizə olunan duracağına yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə həmin nəqliyyat vasitəsi etibarnamə əsasında sürücülük hüququ olan vət. X4 təhvil verilmişdir. İş materiallanda olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli AS 08-043/25 saylı ekspert rəyinə əsasən, aparılmış hesablamalara və təhlillərə əsasən, “Changan UNİ-K” markalı avtomobilin ikinci sahibinə satılması və 3402 km yürüşdən çox olması (8552 km yürüşü keçməməklə) xx.xx.2023-cü il tarixə satış qiyməti 37100 manatdır. Avtomobilə çəkilmiş xərc isə 2649 manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş müqavilələrə əsasən tərəflər arasında əmlakın müddətli nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə əmlakı Cavabdeh satmış, cavabdeh(alıcı) isə verilmiş avtomobili qəbul edərək müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcunu tələb edir, cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Həmçinin məhkəmə iclaslarında da cavabdeh iddia tələbini mübahisələndirməyərək əsas borca dair hissədə iddia tələbini etiraf etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcu hissəsində əsaslı olmaqla təmin edilməli, dəbbə pulu hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 150 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, 150 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbinin avtomobilə çəkilmiş xərc hissəsində isə məhkəmə onu qeyd edir ki, iddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli icra edilmiş xidmətlərə dair akta və ekspert rəyinin üst-üstə düşməsini əsas götürərək 2649.40 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün ödənilmiş 190.14 manat məbləğində dövlət rüsumu ödənilmişdir, hazırda iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127.66 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 9751.86 manat ödənilməmiş hissə, 150 manat dəbbə pulu, avtomobilə çəkilmiş xərcə görə 2649.40 manat olmaqla ümumilikdə cəmi 12551.26 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127.66 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 9751.86 manat ödənilməmiş hissə, 150 manat dəbbə pulu, avtomobilə çəkilmiş xərcə görə 2649.40 manat olmaqla ümumilikdə cəmi 12551.26 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127.66 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Mütəxəssis xərci 175 manat Cavabdeh tutularaq "xxxx" MMC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar