Məhkəmə qərarları › İş №e-2(002)-1832/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1832/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1832/2025 28.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2019-ci il tarixli LKK5753424 saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC müqavilənin predmeti olan məişət avadanlığını alıcıya təhvil verməyi, alıcı isə 775 manat məbləğində məhsulun dəyərini müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə satıcıya öədməyə dair öhdəlik götürmüşdür. Həmin müqaviləyə dair xx.xx.2019-ci il tarixli Təhvil-təslim aktına əsasən, məişət avadanlığını alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır.

2. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli LKK5763030 saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC müqavilənin predmeti olan Samsung SM-A405 Black 64 GB məişət avadanlığını alıcıya təhvil verməyi, alıcı isə 614 manat məbləğində məhsulun dəyərini müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə satıcıya öədməyə dair öhdəlik götürmüşdür. Həmin müqaviləyə dair xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktına əsasən, Samsung SM-A405 Black 64 GB alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır.

3. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-ci il tarixli LKK5753424 saylı alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 278 manat məbləğində və xx.xx.2020-ci il tarixli LKK5763030 saylı alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 259 manat borcu mövcuddur.

4. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixində bağlanmış ümumi məbləği 775 (yeddi yüz yetmiş beş) AZN olan LKK5753424 saylı müqavilə üzrə ödənilməmiş 278 (iki yüz yetmiş səkkiz) AZN əsas (qalıq) borcu vardır. Müqavilə üzrə ödənilmiş vəsaitlərin ödəniş tarixləri aşağıdakı kimidir: 1. 28.12.19 19.00 AZN 2. 29.01.20 45.00 AZN 3. 27.02.20 42.00 AZN 4. 30.03.20 42.00 AZN 5. 28.04.20 39.00 AZN 6. 29.05.20 42.00 AZN 7. 22.09.20 50.00 AZN 8. 25.11.20 42.00 AZN 9. 13.01.21 42.00 AZN 10. 11.02.21 42.00 AZN 11. 08.03.21 42.00 AZN 12. 11.07.25 50.00 AZN Cəmi 497.00 AZN.

5. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixində bağlanmış ümumi məbləği 614 (altı yüz on dörd) AZN olan LKK5763030-O saylı müqavilə üzrə ödənilməmiş 259 (iki yüz əlli doqquz) AZN əsas (qalıq) borcu vardır. Müqavilə üzrə ödənilmiş vəsaitlərin ödəniş tarixləri aşağıdakı kimidir: 1. 04.05.20 02.00 AZN 2. 21.06.20 51.00 AZN 3. 19.08.20 51.00 AZN 4. 09.09.20 51.00 AZN 5. 06.03.21 100.00 AZN 6. 08.06.23 50.00 AZN 7. 15.06.23 50.00 AZN Cəmi 355.00 AZN 8. xx.xx.2025 50 AZN. İddia tələbi

6. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 587 (beş yüz səksən yeddi) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 617 (altı yüz on yeddi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 487 (dörd yüz səksən yeddi) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 517 (beş yüz on yeddi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 1389 (bir min üç yüz səksən doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 587 (beş yüz səksən yeddi) manat əsas borcu qalıb. Cavabdeh müqavilə (müqavilələr) üzrə 587 (beş yüz səksən yeddi) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 617 (altı yüz on yeddi) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.

9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 119.1 və 4.1-ci maddələrinə istinad etmişdir.

10. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı MMC məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601 Əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

15. İddia əsaslıdır.

16. İşin faktiki halları bundan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında iki alqısatqı müqaviləsi bağlanmışdır: - xx.xx.2019-ci il tarixli, LKK5753424 saylı - 18 ay müddətinə, - xx.xx.2020-ci il tarixli, LKK5763030 saylı (Samsung SM-A405 Black 64 GB) – 12 ay müddətinə

17. İddiaçı müqavilələri “Borc müqaviləsi” adlandırsa da, məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, həmin müqavilələr hissə-hissə ödəniş şərti ilə bağlanmış alqı-satqı müqavilələridir.

18. Həmin müqavilələrin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması gedişində müəyyən edilməmişdir.

19. Qeyd edilən müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür.

20. İş materiallarından (təhvil-təslim aktları) aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəsini ödəməkdən yayınmışdır.

21. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği xx.xx.2019-ci il tarixli LKK5753424 saylı müqavilə üzrə 278 manat, xx.xx.2020-ci il tarixli LKK5763030 saylı müqavilə üzrə 209 manat təşkil edir. Cavabdeh qalıq borcun məbləğini mübahisələndirməmiş və bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir.

22. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar olduğundan və cavabdeh tərəfindən öhdəliyin icra etməsinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməlidir.

Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Bununla yanaşı, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. İddia tam təmin edildiyindən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə

25. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (FİN: xxxxxxx) xx.xx.2019-ci il tarixli LKK5753424 saylı müqaviləyə əsasən 278 manat əsas borcu, xx.xx.2020-ci il tarixli LKK5763030 saylı müqaviləyə əsasən 209 manat əsas borc olmaqla, ümumilikdə 487 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir

26. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh (FİN: xxxxxxx) xx.xx.2019-ci il tarixli LKK5753424 saylı müqaviləyə əsasən 278 manat əsas borcu, xx.xx.2020-ci il tarixli LKK5763030 saylı müqaviləyə əsasən 209 manat əsas borc olmaqla, ümumilikdə 487 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar