Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2006/2022 01.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə HOFFMANN SOYUDUCU üçün, 374.5 (üç yüz yetmiş dörd manat 50 qəpik) manat ödənilməmiş hissə, 37.5 (otuz yeddi manat 50 qəpik) manat cərimə,xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********61861 SAMSUNG GALAXY A21S MARKALİ TELEFON üçün 340.2 (üç yüz qırx iki manat 20 qəpik) manat ödənilməmiş hissə,34.8 (otuz dörd manat 80 qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********03994 Samsung Galaxy A51 markalı telefon üçün 76 (yetmiş altı) manat ödənilməmiş hissə,7 (yeddi) manat cərimə,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən,Samsung Tozsoran üçün 53.2 (əlli üç manat 20 qəpik) manat ödənilməmiş hissə,5.8 (beş manat 80 qəpik) manat cərimə, ümumilikdə 929 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 959 manat cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN SOYUDUCUİ,MEİ kodu **********61861 SAMSUNG GALAXY A21S, İMEİ kodu **********03994 SAMSUNG GALAXY A51 markalı telefonlar, SAMSUNG TOZSORAaNlmış və nəticədə 929 (doqquz yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1094.4 (bir min doxsan dörd, qırx qəp) manat (18 ay x 60.8 manat + 0 manat ilkin ödəniş) HOFFMANN SOYUDUCU üçün ümumilikdə, 412 (dörd yüz on iki) manat olmaqla ondan, 374.5 (üç yüz yetmiş dörd, əlli qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37.5 (otuz yeddi, əlli qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 473.4 (dörd yüz yetmiş üç, qırx qəp) manat (18 ay x 26.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********61861 SAMSUNG GALAXY A21S markalı telefonüçün ümumilikdə, 375 (üç yüz yetmiş beş) manat olmaqla ondan, 340.2 (üç yüz qırx, iyirmi qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.8 (otuz dörd, səksən qəp) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1045 (bir min qırx beş) manat (15 ay x 55 manat + 66 manat ilkin ödəniş) İMEİ kodu **********03994 SAMSUNG GALAXY A51 markalı telefonüçün ümumilikdə, 83 (səksən üç) manat olmaqla ondan, 76 (yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 230.4 (iki yüz otuz, qırx qəp) manat (18 ay x 12.8 manat + 0 manat ilkin ödəniş) SAMSUNG TOZSORAN üçün ümumilikdə, 59 (əlli doqquz) manat olmaqla ondan, 53.2 (əlli üç, iyirmi qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.8 (beş, səksən qəp) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 1999.3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il, 20328021 nömrəli, xx.xx.2020-ci il, 20166455 nömrəli,xx.xx.2020-ci il tarixli 22138088 nömrəli,xx.xx.2021-ci il tarixli 22218782 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ KODU **********61861 SAMSUNG GALAXY A21S MARKALİ TELEFON və HOFFMANN SOYUDUCU, İMEİ kodu **********03994 Samsung Galaxy A51 markalı telefonu,Samsung Tozsoran alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə İMEİ KODU **********61861 SAMSUNG GALAXY A21S MARKALİ TELEFON və HOFFMANN SOYUDUCU, İMEİ kodu **********03994 Samsung Galaxy A51 markalı telefon,Samsung Tozsoran təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 26.3 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 60.8 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 15 ay müddətinə, aylıq 55 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 12.8 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdehnın "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 374.5 manat və 37.5 manat cərimə,xx.xx.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 340.2 manat və 34.8 manat cərimə, xx.xx.2020-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 76 manat və 7 manat cərimə, xx.xx.2020-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 53.2 manat və 5.8 manat cərimə olmaqla, ümumilikdə 929 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilələrin predmeti HOFFMANN SOYUDUCU, İMEİ KODU **********61861 SAMSUNG GALAXY A21S MARKALİ TELEFON, İMEİ kodu **********03994 Samsung Galaxy A51 markalı telefon,Samsung Tozsoran çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə qalıq borcu yaranmışdır. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilələrin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 374.5 manat məbləğində borc və 37.5 manat məbləğində cərimə borcu,xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinə əsasən ödənilməmiş 340.2 manat məbləğində borc və 34.8 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 76 manat məbləğində borc və 7 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 53.2 manat məbləğində borc və 5.8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 929 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 374.5 manat məbləğində borc və 37.5 manat məbləğində cərimə borcu,xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 340.2 manat məbləğində borc və 34.8 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 76 manat məbləğində borc və 7 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsinə əsasən ödənilməmiş 53.2 manat məbləğində borc və 5.8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 929 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-2006/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2006/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver