Məhkəmə qərarları › İş №e-2(002)-2075/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2075/2023

14.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2075/2023 14.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq, МÜƏYYƏNЕТDİМ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə ərizəni və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, ərizəyə əlavə edilmiş dövlət rüsumunun elektron ödəniş sistemləri vasitəsilə ödənildiyini təsdiq edən sənəddə ödənilmiş dövlət rüsumunun məbləği 30,54 manat göstərilmişdir. Halbuki, göstərilən iddia tələbləri üzrə ödənilməli dövlət rüsumunun məbləği 31,07 manat təşkil edir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən edilmişdir. Belə olan halda, ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməli, iddiaçıya həmin nöqsan aradan qaldırıldıqdan sonra qanunamüvafiq qaydada tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsan aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 284-1 – 284-3-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizə və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar