Məhkəmə qərarları › İş №e-2(002)-2188/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2188/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2188/2024 22.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə **********88580 İMEİ kodlu «iPhone 14 PRO MAX» markalı telefon, Apple adapter, Aplle airpods 2 qulaqlıq üçün 5.377,86 manat ödənilməmiş hissə, 715,14 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə Ütü masası Eurogold, Paltaryuyan Electrolux üçün 671,91 manat ödənilməmiş hissə, 134,09 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə **********84724 İMEİ kodlu «X1 12» markalı telefon üçün 568,26 manat ödənilməmiş hissə, 75,74 manat cərimə olmaqla, cəmi 7.543 manat pul vəsaiti və ödənilmiş 95,43 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələr bağlamış və həmin müqavilələrə əsasən **********88580 İMEİ kodlu «iPhone 14 PRO MAX» markalı telefon, Apple adapter, Aplle airpods 2 qulaqlıq, Ütü masası Eurogold, Paltaryuyan Electrolux, **********84724 İMEİ kodlu «X1 12» markalı telefon almış və nəticədə 7.543 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 5.408,86 manat (18 ay x 298.77 manat + 31 manat ilkin ödəniş) olan **********88580 İMEİ kodlu «iPhone 14 PRO MAX» markalı telefon, Apple adapter, Aplle airpods 2 qulaqlıq üçün ümumilikdə 6.093 manat olmaqla, bu məbləğdən 5.377,86 manat ödənilməmiş hissə, 715,14 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.008 manat (18 ay x 56 manat + 0 manat ilkin ödəniş) olan Ütü masası Eurogold, Paltaryuyan Electrolux üçün ümumilikdə 806 manat olmaqla, bu məbləğdən 671,91 manat ödənilməmiş hissə, 134,09 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 757,08 manat (18 ay x 42.06 manat + 0 manat ilkin ödəniş) olan **********88580 İMEİ kodlu «iPhone 14 PRO MAX» markalı telefon üçün ümumilikdə 644 manat olmaqla, bu məbləğdən 568,26 manat ödənilməmiş hissə, 75,74 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 555,91 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilələrdə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş nisyə alğı-satqı müqavilələri ilə təsdiq olunur ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh iddiaçı "xxxx" MMC-dən dəyərini hissə-hissə ödəmək şərti ilə **********88580 İMEİ kodlu «iPhone 14 PRO MAX» markalı telefon, Apple adapter, Aplle airpods 2 qulaqlıq, Ütü masası Eurogold, Paltaryuyan Electrolux, **********84724 İMEİ kodlu «X1 12» markalı telefon almışdır. Maliyyə arayışında (maliyyə və ödəniş cədvəllərində) qeyd olunmuşdur ki, hazırda hər üç müqavilə üzrə yaranmış cəmi borc məbləği 7.543 manat təşkil edir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 5.408,86 manat (18 ay x 298.77 manat + 31 manat ilkin ödəniş) olan **********88580 İMEİ kodlu «iPhone 14 PRO MAX» markalı telefon, Apple adapter, Aplle airpods 2 qulaqlıq üçün ümumilikdə 6.093 manat olmaqla, bu məbləğdən 5.377,86 manat ödənilməmiş hissə, 715,14 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.008 manat (18 ay x 56 manat + 0 manat ilkin ödəniş) olan Ütü masası Eurogold, Paltaryuyan Electrolux üçün ümumilikdə 806 manat olmaqla, bu məbləğdən 671,91 manat ödənilməmiş hissə, 134,09 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 757,08 manat (18 ay x 42.06 manat + 0 manat ilkin ödəniş) olan **********88580 İMEİ kodlu «iPhone 14 PRO MAX» markalı telefon üçün ümumilikdə 644 manat olmaqla, bu məbləğdən 568,26 manat ödənilməmiş hissə, 75,74 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçının bildirdiyinə görə, cavabdehin cəmi ödədiyi məbləğ 555,91 manat təşkil edir. Cavabdeh müqavilələr üzrə daha artıq məbləğ ödədiyinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, mübahisənin məhkəmədən kənar həll olunması üçün cavabdehdən üzərinə düşən öhdəlikləri lazımınca icra etməsini tələb etmiş, əks təqdirdə qanunla müəyyən olunmuş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 95,43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə **********88580 İMEİ kodlu «iPhone 14 PRO MAX» markalı telefon, Apple adapter, Aplle airpods 2 qulaqlıq üçün 5.377,86 manat ödənilməmiş hissə, 70 manat cərimə; xx.xx.2023cü il tarixli müqavilə üzrə Ütü masası Eurogold, Paltaryuyan Electrolux üçün 671,91 manat ödənilməmiş hissə, 35 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə **********84724 İMEİ kodlu «X1 12» markalı telefon üçün 568,26 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, cəmi 6.743,03 manat pul vəsaiti və ödənilmiş 95,43 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 70 manat, xx.xx.2023cü il tarixli müqavilə üzrə 35 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə **********88580 İMEİ kodlu «iPhone 14 PRO MAX» markalı telefon, Apple adapter, Aplle airpods 2 qulaqlıq üçün 5.377,86 manat ödənilməmiş hissə, 70 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə Ütü masası Eurogold, Paltaryuyan Electrolux üçün 671,91 manat ödənilməmiş hissə, 35 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə **********84724 İMEİ kodlu «X1 12» markalı telefon üçün 568,26 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, cəmi 6.743,03 manat pul vəsaiti və ödənilmiş 95,43 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar