Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2393/2024 27.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 5070 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “DODGE JOURNEY” markalı, 99– KL–228 dövlət nömrə nişanlı avtomobili xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il aprelin 11-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “DODGE JOURNEY” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 58-ci kilometriyində yolu keçən piyada X2 vurmuşdur. Aldığı xəsarətlərdən X4 ölmüşdür. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(002)-271/2021 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilnmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.1-ci maddəsinə əsasən bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 5951 nömrəli ödəniş tapşırığı ilə 5000 manat sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödəmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında izahatında iş ilə əlaqədar sənədlərin təqdim edilməsi məqsədi ilə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" ASC ilə X8 arasında sığorta müqaviləsi bağlanmış və PXA ********** saylı müqaviləsi üzrə “DODGE JOURNEY” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-cı il tarixdən xx.xx.2020-ci il tarixədək sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat həddində sığortalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş PXA92235 nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdiyi “DODGE JOURNEY” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobilin törətdiyi yol nəqliyyat hadissəi nəticəsində piyada X4 həlak olmuşdur. PXA ********** saylı sığorta şəhadətnaməsi üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi X3 edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-271/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılması və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və o, məhkəmə iclas zalından dərhal həbsə alınması,barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması,cəzasının əvvəli həbsə alındığı gündən, yəni 12 iyul 2021-ci il tarixdən hesablansın.Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin.İş üzrə 100 (yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxs Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin.İş üzrə maddi sübut kimi tanınmış “Dodge Journey” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi üzrə sahibi X5 qaytarılması nəzərə alınsın.İş üzrə mülki iddia yoxdur.Zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilsin ki, vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia çaldırmaq hüququna malikdir.Təqsirləndirilən şəxs Cavabdeh göstərilmiş hüquqi yardımla zağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 30 (otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 110220, VÖEN **********) hesabına ödənilməsi hökm edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Əfv Sərəncamına əsasən 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən xx.xx.2023-cü il tarixdə azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 5951 saylı xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş X3 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 2021-ci il aprelin 11-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “DODGE JOURNEY” markalı, 99–KL–228 dövlət nömrə nişanlı avtomobillə piyada X2 vurmuş, icbari sığorta müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə 5000 manat sığorta ödənişi edilmişdir. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehdən geri tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır təmin edilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirildiyindən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən cavabdehə qarşı subroqasiya hüququ yarandığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu hazırki iddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutlmalıdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia təmin olunmalı, Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişi və ödənilmiş 70(yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-2393/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2393/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver