Məhkəmə qərarları › İş №e-2(002)-24/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-24/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-24/2025 23.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh1 13150 (on üç min bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 129,45 (bir yüz iyirmi doqquz manat, qırx beş qəpik) manat, ümumilikdə 13279,45 (on üç min iki yüz yetmiş doqquz manat, qırx beş qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “Hyundai Sonata” markalı, HH-915-CC dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yeni Salyan şossesi ərazisində "xxxx" ASC tərəfindən MV-P 00110-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Kia Optima” markalı, ** KR ***dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən“Kia Optima” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 13150 (on üç min bir yüz əlli) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab edilmiş və barəsində AR İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülmüşdür. Həmçinin hadisə baş verən vaxt onun idarə etdiyi avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmamışdır. Cavabdehin idarə etdiyi avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmaması səbəbindən "xxxx" ASC tərəfindən “Kia Optima” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə ödənilmiş 13150 (on üç min bir yüz əlli) manat məbləğ Cavabdeh1 tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0474/23 nömrəli məktubla Cavabdeh1 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cabadeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbimiz təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi vəsatət verərək, Cavabdeh1 barəsində AR İXM-nin 332.4-cü maddəsi ilə, "Hyundai Sonata" markalı, HH 915 CC dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sahiblik hüququ olan Cavabdeh2 barəsində isə AR İXM-nin 335.3-cü maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülmüşdür. Buradan da görünür ki, "Hyundai Sonata" markalı, HH 915 CC dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik hüququ olan Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxsə vermiş və nəticə etibarilə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Həmçinin hadisə baş verən zaman avtomobilin "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortasının olmamasına görə də Cavabdeh2 məsuliyyət daşıyır. Nəzərinizə çatdırmaq istəyir ki, Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. Eləcə də həmin məcəllənin 51.3-cü maddəsində başqa cavabdehin işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə bina hazırlanması yekunlaşana qədər cəlb edilməsi halı göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq xahiş edir ki, "Hyundai Sonata" markalı, HH 915 CC dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sahiblik hüququ olan Cavabdeh2 cavabdeh qismində işə cəlb edəsiniz və subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh1yla yanaşı Cavabdeh2 13150 (on üç min bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 129,45 (bir yüz İyirmi doqquz manat, qırx beş qəpik) manat, ümumilikdə isə 13279,45 (on üç min iki yüz yetmiş doqquz manat, qırx beş qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir . Məhkəmənin 27 fevral 2024-cü il tarixli qərar ilə Cavabdeh2 mülki iş üzrə əlavə cavabdeh qismində işə cəlb olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 aprel 2025-ci il e-2(002)-24/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki iş üzrə Cavabdeh1 münasibətdə(xx.xx.2024-cü il tarixdə vəfat etdiyi üçün) icraata xitam verilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında izahatında qeyd edir ki, Cavabdeh2 hadisə vaxtı avtomobili Cavabdeh1 vermişdir. Müslümün özünün sürücülük vəsiqəsi olmamışdır. Maşın tamamilə məhv olmuşdur, adətən 75% dən çox ziyan dəydikdə tamamilə məhv olunmuş hesab olunur.Bununla bağlı inzibati qərar da var. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli MVP0001/23 saylı sığorta aktından görünür ki, "Kia Optima" markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək 19000 manat məbləğində sığorta edilmişdir. xx.xx.2022-ci il tarixdə X7 tərəfindən idarə olunan "Kia Optima" markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuş, hadisə nəticəsində nəqliyyat vasitəsi tamamilə məhv olmaqla, zərərin dəyəri 16,108 manat təşkil etmişdir. Sığorta ödənişinin yekun məbləği 13150 manatdır. İş materiallarına əlavə olunmuş MV-P-00110-22 saylı xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən X4 "Kia Optima" markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 19000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan 4834/22 saylı xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Kia Optima" markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 16108 manat dəyərində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tam məhv olma nəticəsində avtomobilin qalıqlarının qiymətləndirilməsi barədə dəyər aktından görünür ki, “Kia Optima" markalı, **- KR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 16108 manat, hadisədən əvvəlki dəyəri 20000 manat, alıqların real satış dəyəri-5000 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki,"xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli MVP0001/23 saylı sığorta aktına X5 13150 manat məbləğində sığorta ödənişini etmişdir. İş materiallarında olan İXP seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 barəsində AR İXM-nin 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 barəsində İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 180 manat cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Səbail RPİ-si Təhqiqat Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarından görünür ki, "Hyundai Sonata" markalı, HH-915-CC dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanun 42-ci maddəsinin və İXM-nin 332.4-cü maddəsinin tələblərinə görə, "Hyundai Sonata" markalı, HH-915-CC dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanun 36-cı maddəsinin və İXM-nin 335.3-cü maddəsinin tələblərinə görə onların inzibati qaydada cəzalanmasından ötrü toplanmış rədd materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail Rayon Məhkəməsinə göndərilsin. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 3(009)-366/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 21 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Səbail Rayon Polis İdarəsinə qaytarılmışdır. İş materiallarında olan Cavabdeh1 Səbail Rayon Polis İdarəsində xx.xx.2022-ci il tarixli izahatlarından görünür ki, Cavabdeh1 avtonəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli 9/3297 nömrəli ekspert rəyindən görünür ki,nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən aytohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı "Kia Optima" markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 15910,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-13440,0 manat; Təmir-bərpa işlərinin qiyməti- 2470,0 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12380,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 99100 manat və Təmir-bərpa işlərinin qiyməti -24700 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 433901 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh Qarayev Zahı̇ r Zakı̇ r oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən məhkəməyə sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, Miras qoyan Cavabdeh1 adına vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat verilməsinə dair müraciətinizə baxılmışdır. Qeyd olunur ki, "Elektron notariat" informasiya sistemində aparılmış araşdırma nəticəsində qeyd olunan şəxsin adına vərəsəlik işinin açılması faktı aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli e-2(002)- 377/24 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, HH-915-CC nömrə nişanı "Hyundai Sonata" markalı nəqliyyat vasitəsinə DİN Baş X12i İdarəsi tərəfindən təhkim olunmamışdır. Odur ki, toxunulmus məsələ ilə bağlı daha dəqiq məlumatların təqdim edilməsi üçün sərhəd-buraxılış və gömrük orqanlarına müraciət etməyiniz məqsədəmüvafiq olardı. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubdan görünür ki, ərizənizə baxılmış və cavab olaraq Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində "HYUNDAİ SONATA markalı HH-915-CC nömrəli nəqliyyat vasitəsi haqqında məlumatı təqdim edirik: HH-915- CC nömrə nişanlı "Hyundai Sonata" markalı nəqliyyat vasitəsinin sahibi Nasibova Basti adlı Gürcüstan vətəndaşıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin məhkəməyə sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixdə göndərdiyi məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli 2(002)-24/2025 nömrəli məktubunuza cavab olaraq bildirir ki, DİN Baş X12i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur, etibarnamə ilə istifadəsinə verilmiş nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı Sizə göndərilir. Həmçinin bildirir ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1 adında və ya etibarnamə ilə istifadəsində qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Həmin çıxarışdan görünür ki, "HYUNDAİ SONATA markalı HH-915-CC nömrəli nəqliyyat vasitəsi Cavabdeh2 nə adında qeydiyyatdadır, nə də etibarnamə ilə onun istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsindən məhkəməyə sorğuya cavab olaraq göndərilmiş məktubdan görünür ki, "Hundai-Sonata" HH-915-CC nömrə nişanlı nəqliyyat vasitəsini sonuncu dəfə xx.xx.2020-ci il tarixdə "Qırmızı Körpü" DSBM-dən xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 idarə edərək ölkə ərazisinə daxil olması barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 07 yanvar 2025-ci il tarixli 2(002)-24/2025 nömrəli müraciətinizə cavab olaraq bildirir ki, DİN-in Baş X12i İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1982ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı dan BA 433962 nömrəli "B1 B C1 C" kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü tarixədək müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmış,xx.xx.2023-cü il tarixdə isə sürücülük vəsiqəsi ona qaytarılmışdır. xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətinə Səbail Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə həmin qərara xitam verilmişdir. İş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1-№-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanlanmış Sizin, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "sığorta müqaviləsi üzrə mübahisələr" tələbinə dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 məhkəmə bildirişinin təqdim edilməsi barədə Səbail Rayon İcra Hakimiyyətindən Səbail RİHB-nin 1 nömrəli Sahə İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinə daxil olmuş e-2(002)-377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunuzla bağlı tərəfimizdən araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdehlər sözügedən ünvanda yaşamırlar və mənzil satılmışdır. Harada yaşamaları barədə hər hansı bir məlumat əldə olunmadığı üçün məhkəmə sənədlərinin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Sahil Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qaradağ rayon İcra Hakimiyəti başçısının Sahil qəsəbə İƏD-i üzrə nümayəndəliyi xx.xx.2024-cü il tarixli № 2(002)-377/2024 saylı məktubunuza cavab olaraq bildirir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 xx.xx.2024-cü il tarixində Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 433901 saylı şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə bildirisi mərhumun atası X2 təqdim olundu. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yeni Salyan şossesi ərazisində tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən idarə olunan HH-915-CC qeydiyyat nişanlı "HYUNDAİ SONATA markalı avtomobil X7 tərəfindən idarə olunan "Kia Optima" markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh1 332.4-cü maddəsi ilə qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən məhkəməyə daxil olmuş məktubdan göründüyü kimi “Elektron Notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 adına vərəsəlik işininin açılması faktı aşkar olunmamış və vərəsələrin dairəsi müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə tərəfindən Qarayev Zahı̇ r Zakı̇ r oğlunun adına siyahıya alınmalı olan əmlaklar barəsində sorğu verilsə də, məhkəmə qeyd edir ki, iddia tərəf cavabdeh Qarayev Zahı̇ r Zakı̇ r oğlundan hər hansı bir əmlakın miras qalmasını və bu və ya digər siyahıya alınmamış əmlakının mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 aprel 2025-ci il e- 2(002)-24/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki iş üzrə Cavabdeh1 münasibətdə icraata xitam verilmişdir. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məktubundan göründüyü kimi "Hundai-Sonata" HH-915-CC nömrə nişanlı nəqliyyat vasitəsini sonuncu dəfə xx.xx.2020-ci il tarixdə "Qırmızı Körpü" DSBM-dən xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 idarə edərək ölkə ərazisinə daxil olması barədə İAMAS bazasında məlumat qeydə alındığından Cavabdeh2 müvafiq avtomobilin ölkə ərazisində qanuni sahibi hesab olunur. Cavabdeh2 Qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan Cavabdeh1 verərək həmin inzibati xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə AR İXM-nin 335.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin cinayət işinin başlanılmasıın rədd edilməsi barədə Səbail rayon Polis şöbəsinin 21 dekabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Cavabdeh2 nəqliyyat vasitəsini ölkəyə yeni gətirmiş, sərxoş olduğu üçün etibarnamə olmadan avtonəqliyyat vasitəsinin Cavabdeh1 idarə etmək üçün vermiş və həmin vaxt yol-nəqliyyat hadisəsi baş vermişdir. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddələrinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehlərdən geri tələb edir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsini e-2(002)-377/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli 9/3297 nömrəli ekspert rəyi ilə 2012-ci il buraxılışlı "Kia Optima" markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti – 9100 manat və təmir-bərpa işlərinin qiyməti -24700 manat olmaqla cəmi 12380 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh2 təqsiri inzibati xəta haqqında qərarı ilə sübuta yetirildiyindən, etibarnamə olmadan avtomobili Cavabdeh1 idarə etmək üçün verdiyindən və Cavabdeh1 vəfat etdiyi və onun adına vərəsəlik işi açılmadığı üçün Mülki Məcəllənin 1108-ci, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının Cavabdeh2 oğluna qarşı subroqasiya hüququ yarandığından, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 ekspertiza rəyi ilə müəyyən edilən məbləğdə-12380 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verməsinə görə 129,45 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Hazırda iddia tələbi qismən təmin(12380 manat) edildiyindən məhkəmə hesab edir iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 127,14 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, Cavabdeh2 12380 manat məbləğində verilmiş sığorta ödənişi və 127,14 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməli, 50 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 12380(on iki min üç yüz səksən) manat məbləğində verilmiş sığorta ödənişi və 127,14(yüz iyirmi yeddi manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh2 tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar