Məhkəmə qərarları › İş №e-2(002)-2411/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2411/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2411/2022 14.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC "xxxx" sığorta şirkəti Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, q iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 1340.00 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (33.40 manat) Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 20:00 radələrində Bakışəhəri, Z.Yusifzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 məxsus “X7”markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlıavtomobillə toqquşmuş, nəticədə sonuncuya maddiziyan dəymişdir. “Chevrolet Cruze” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlıavtomobil iddiaçı tərəfindənxx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən, “X7” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1340 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 1340.00 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs (yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs) X2 bank hesabına ödənilmişdir. Səbail rayon DYPŞ-nin YNH-nin təfərrüatları barədə arayışından və xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Əsgərov X3 Xətalar Məcəlləsinin333.3-cü və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarıtörətməkdətəqsirli bilinmiş, barəsində 700 manatməbləğindəcəriməedilmə haqqındainzibatitənbeh növü tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdəidarəedilməsinə görə- məsuliyyətmüəyyən olunmuşdur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasına ərizə ünvanlayaraq,mülki işə onların iştirakı olmadan baxılmasını, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbini qismən qəbul etmədiyini.xx.xx.2020-ci il tarixdə onun idarə etdiyi “Chevrolet Cruze” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 məxsus “X7” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Hadisə zamanı ona məxsus avtomobil xeyli zədələnmiş,qarşı tərəfin avtomobili isə yalnız arxa buferi bir az zədələnmişdir.Onun avtomobilinin iddiaçı təşkilat tərəfindən icbari sığortalanmışdır.Hadisə onun təqsiri üzündən baş vermişdir.Həmin vaxt hadisə yerinə polis əməkdaşları və "xxxx" ASC-in nümayəndəsi gəlmiş və bu barədə sənədləşdirmə aparılmışdır.Orada da müəyyən edilmişdir ki,qarşı tərəfin avtomobili az zədələnmişdir.Lakin hazırda iddiaçı təşkilat əsassız olaraq ondan 1340 manat sığorta pulunun ödənilməsini tələb edirlər.Qarşı tərəfin iddiası şişirdilmiş rəqəm yazılmışdır.Zədələnmiş avtomobilin yalnız buferi zədələnmiş və buferin düzəldilməsi üçün cəmi 400 manat xərci vardır.Sığorta hansı səbəbə görə qarşı tərəfə nə üçün bu qədər pul ödənilməsi ona məlum deyildir.Ona görə X1 məxsus “X7” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın müəyyən edilməsi üçün ekspertiza keçirilməklə dəyən ziyanın müəyyən edilməsi zərurəti yaranmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbini qismən qəbul edərək, izahat verərək, öz izahatında ekspert rəyi ilə razı olduğunu bildirərək,bu halların nəzərə alınaraq, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İcbari sığorta müqaviləsinin məzmunundan görünür ki, **-VD-*** dövlət qeydiyyatı nömrə nişanlı, “CHEVROLET CRUZE” markalı avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta olunmuşdur. xx.xx.2020-ci il traixli İnzibati xəta haqqında Protokolun məzmunundan görünür ki, Cavabdeh tərəfindən İXM-nin 327.1-cı və 333.3-ci madddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə (nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsi) dair protokol tərtib edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir, nəticədə X7 minik markalı 99LJ559 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ziyan dəymişdir. 184 № li xx.xx.2019-cu il tarixli zərər aktının məzmunundan aydın olur ki, “X7” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün və görülmüş işlərin xərci ümumilikdə 1340 manat təşkil edir. PXA 73816 Sığorta aktının məzmunundan görünür ki, sığortalanmış avtomobil **-VD-*** dövlət qeydiyyatı nömrə nişanlı, “CHEVROLET CRUZE” markalı avtomobil, sığortalanmış avtomobili idarə edən şəxs Cavabdeh, zərəçəkən avtomobil **-LJ-*** dövlət qeydiyyatı nömrə nişanlı avtomobil, zərərin ümumi həcmi 1340 manat olduğu qeyd olunmuşdur. xx.xx.2020-cu il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Xalq Sığorta” ASC tərəfəindən "xxxx" ASC-nin hesabına PXA73816 № li akta əsasən sığorta ödənişi əsası ilə 1340 AZN məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6391 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Xalq Sığorta” ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “X7” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1260 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığorta olunana qarşı subroqasiya hüququ yaranmasə hallarından biri kimi göstərilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 99VD653 dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik markalı avtomobili Cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə 99LJ559 dövlət qeydiyyat nişanlı X7 markalı avtomobil ilə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində 99LJ559 dövlət qeydiyyat nişanlı X7 minik markalı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 1340 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Həmçinin Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, o, avtomobili alkoqoldan və digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etmişdir. Bu halda, məhkəmə hesab edir ki, sığorta haqqında qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçının yol nəqliyyat hadisəsini törətmiş və sərxoş vəziyyətdə avtomobili idarə etmiş cavabdehdə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iş materiallarından görünür iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmiş sığorta ödənişinin məbləği müstəqil ekspert tərəfindən deyil, onun özü tərəfindən tərtib edilmiş hesablama aktı əsasında müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın rəyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hundai İX 35” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1260 manat məbləğində, aparılmış tədqiqatın dəyəri isə 100 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, bu halda həmin zərərin tam həcmi müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və sığorta ödənişinin əsası olan vurulmuş ziyanın məbləği bu rəylə müəyyən edilmiş 1260 manat məbləğində müəyyən olunmalı, iddia tələbi həmin hissədə təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 33.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi öədnilmiş dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməli, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 32.60 manat məbləğində olan hissəsi cavabdehdən tutularaq iddiaçıya öədnilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1260 manat məbləğində pul vəsaiti və ödənilmiş 32.60 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «Xalq Sığorta” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1260 manat məbləğində pul vəsaiti və ödənilmiş 32.60 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar