Məhkəmə qərarları › İş №e-2(002)-2425/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2425/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2425/2024 30.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı QSC-nin xeyrinə BOS000378 saylı xx.xx.2023-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 200 AZN borcun, 0 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 ilə cavabdeh TAĞİZADƏ XƏYYAM ŞƏFAoğlu arasında bağlanmış BOS000378 saylı xx.xx.2023-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 210 manat dəyərində nisyə aldığı mala görə 10 manat ilkin ödəniş olaraq ödəmiş,qalıq 200 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 3 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X2 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X2-nin TAĞİZADƏ XƏYYAM ŞƏFAoğluna qarşı olan 200 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə X3 müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bugünə 200 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Qeyd olunan halları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan, 17 oktyabr 2022-ci il tarixli, R-1628/22 nömrəli tələbin güzəşti barədə faktorinq müqaviləsindən görünür ki, faktor (İddiaçı QSC), borclu (Müştərinin ona qarşı pul tələbi olan şəxs) barəsində Müştərinin (X2) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İşdə olan, xx.xx.2023-ci il tarixli BOS000378 saylı nisyə alqı-satqı müqaviləsinin və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavənin məzmunundan aydın olur ki, satıcı qismində çıxış edən X2 dəyəri 210 manat olan malı alıcı - Cavabdeh vermək, alıcı həmin malları qəbul etməklə, həmin malların qalıq dəyərini ödəniş cədvəlinə uyğun olaraq 3 ay müddətində hər ay 67 manat aylıq ödəməyi öhdəsinə götürmüş; xx.xx.2023-ci il tarixli təhviltəslim aktının məzmunundan aydın olur ki, 210 manat dəyərində olan Avtomobil aksesuarları adlı malı alıcıya təhvil verilmişdir. xx.xx.2023-ci il tarixli Sazişin (R-1628/22 saylı xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsinə əlavə olunan) məzmunundan aydın olur ki, faktor qismində Ferrum Kapital QSC, müştəri qismində X2, borclu qismində Cavabdeh, güzəşt edilən tələb məbləği 210 manat məbləğ qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilənlərdən aydın olur ki, xx.xx.2023-ci il tarixli BOS000378 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2024-cü il tarixə Ferrum Kapital QSC-ə əsas borcu 200 manat, cərimə borcu 0 manat olmaqla, cəmi borcu 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 656-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Həmin Məcəllənin 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Həmin Məcəllənin 657.7-ci maddəsinə əsasən əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, işin faktiki halları bundan ibarətdir ki, İddiaçı QSC (faktor) ilə X1 (müştəri) arasında xx.xx.2022-ci il tarixdə faktorinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən faktor müştəriyə pul vəsaiti verməyi, müştəri isə borcluya (hazırkı halda Cavabdeh) qarşı olan pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü maddəsinə görə, sazişin imzalanması ilə faktor borcluya qarşı münasibətdə kreditor qismində çıxış edir, borcludan öhdəliklərinin icra edilməsini tələb edir. Faktor borcludan tələb məbləğini həm özü toplaya bilər həm də bu işi müştəriyə həvalə edə bilər. X1 (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı dəyəri 210 manat olan alıcıya nisyə satmağı, alıcı ilə həmin malları qəbul edib və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Həmin müqaviləyə ƏLAVƏ 1-ə əsasən, satıcı avadanlığı alıcıya təhvil verməyi, alıcı isə 3 ay müddətinə aylıq 67 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli Sazişə əsasən Cavabdeh qarşı yuxarıda qeyd edilən nisyə alqı-satqı müqaviləsi üzrə 210 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququnu faktor qismində çıxış edən İddiaçı QSC-yə güzəşt etmişdir. Bununla da, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ iddiaçıya keçmişdir və xx.xx.2023 tarixli BOS000378 saylı “X3 müqaviləsinə Əlavə 1” dən görünür ki, ilə həmin nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun satıcıdan İddiaçı QSC-yə güzəşt edilməsi barədə borclu Cavabdeh məlumatlandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi üzrə müqavilənin predmeti olan avadanlıq cavabdehə təhvil verilmiş (təhvil-təslim aktı işə əlavə edilmişdir), cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə onun mülki hüquqi məsuliyyətinə əsas olan borc öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə borc öhdəliyinin yaranması, borc məbləği və həmin borc öhdəliyi üzrə tələb hüququnun faktorinq müqaviləsi əsasında iddiaçıya keçməsi halı aşkar olduğundan, iddia tələbi əsas borcun (200 manat) tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi çəkilmiş məhkəmə xərcini tutulması hissəsində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 200 manat məbləğində əsas borcu olmaqla, cəmi 200 manat borc pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BOS000378 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat məbləğində əsas borc, 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 200 manat pul vəsaiti, 30.40 AZN məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar