Məhkəmə qərarları › İş №e-2(002)-2431/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2431/2024

30.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2431/2024 30.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı “miras əmlaka payının müəyyən edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, X6 və X3 cavabdehlər İddiaçı,Cavabdeh1 və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı “miras əmlakda paylarının müəyyən edilməsi” tələblərinə dair iddiaları üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 45 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X9 və X5 qarşı “miras əmlaka payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X10 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka vərəsə İddiaçı ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının atası X2 ürək çatışmazlığı səbəbindən 22 iyul 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. Bununla bağlı Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında 26 iyul 2016-cı il tarixli 356 №li akt tərtib olunmuşdur. Onun atası vəfat edərkən adına Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzil olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda X12 adına ünvan 1 ünvanın xx.xx.1999-cu il tarixdə qeydiyyata alındığı və hazırda X12 mülkiyyətində olduğu göstərilmişdir. İddiaçı miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-2807/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X10 miras qalmış Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Qətnamə icra olunması üçün Bakı şəhəri 45 saylı Notariat Ofisinə göndərilmişdir. Lakin Bakı şəhəri 45 saylı Notariat Ofisi xx.xx.2024-cü il tarixli 178 saylı məktub ilə bildirmişdir ki, Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən (miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında mübahisə olduğu üçün) məhkəməyə müraciət edilməlidir. Hazırda Cavabdeh1 payların müəyyən edilməsinə etiraz edir. Hesab edir ki, mərhum X10 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka vərəsə İddiaçı ½ hissədə payının müəyyən olunmalıdır. Göstərilənərə əsasən məhkəməyə hazırki iddiatələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. X13, X14 və X11 müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edərək mərhum X10 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka 1/5 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X13, X14 və X3 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizələrini onunla əsaslandırmışdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxslərin ataları X2 ürək çatışmazlığı səbəbindən 22 iyul 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. Bununla bağlı Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında 26 iyul 2016-cı il tarixli 356 N°li akt tərtib olunmuşdur. Ataları vəfat edərkən adına Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzil olmuşdur. İddiaçı miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)- 2807/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X10 miras qalmış Bakı şəhəri Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilinin İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Bakı şəhəri 45 saylı Notariat Ofisinə göndərilmişdir. Lakin Bakı şəhəri 45 saylı Notariat Ofisi xx.xx.2024cü il tarixli 178 saylı məktub ilə bildirmişdir ki, Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən (miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında mübahisə olduğu üçün) məhkəməyə müraciət edilməlidir.Qeyd edim ki, hazırda onların da mərhum X10 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka vərəsə qismində payları müəyyən edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O həmçinin üçüncü şəxslərin iddiasın qəbul etmədiyini bildirərək qeyd etdi ki, mülki iş üzrə məhkəmə araşdrılması aparılıb, tərəflər hamısı Kamilin övladlarıdır. Kamilin başqa övladları və ailəsi yoxdur. İddiaçının mirası qəbul etməsi barədə qətnamə var. Rəsmi sənəddə sahə azdır, əslində köməkçi sahələr var. Faktiki indi 2 şəxs həmin əmlakı vərəsə kimi qəbul edib, Firdovsi və Zemfira.Mirası Firdovsi faktiki qəbul edib, Zemfira isə qətnamə ilə qəbul edib. Cavabdeh1 əvvəlki məhkəmə iclasında qeyd etdi ki, iddianı qəbul etmir. 35 ildir ki, orada o, yaşayıb, atasının yasını da o evdə onun özü vermişdir.5 uşaqdılar.Heç bir bacısına pay vermək fikri yoxdur. Ev Sahil qəsəbəsindədir, ev həyət evidir və çıxarışı da var. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X13, X14 və X3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahatında qeyd etdi ki, X8, X7 və Maraqlı şəxs iddia ərizələrini müdafiə edir və əlavə edir ki, iddiaçı ilə mübahsə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin bacı kimi münasibətləri var. Hər biri öz payını istəyir. Konstitusiya Məhkəməsinin qərarına əsasən, bütün vərəsələrin payı qəbul ediləndi. Cavabdehlər Bakı şəhəri 45 saylı Notariat Ofisinə və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddia tələbi üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli və müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbləri isə tam təmin olunmalıdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları: İş materialalrında olan Bakı şəhəri 45 saylı Notariat Ofisinin vətəndaş İddiaçı qızna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan aydın olur ki, mərhum atası X12 adına olan vərəsəlik işi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəsinə baxılmışdır. Cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən (miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında mübahisə olduğu məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Vİ-ЖГ seriyalı 347025 nömrəli doğum haqqında şəhadətnmaədən görünür ki, xx.xx.1976-ci il təvəllüdlü İddiaçı anası İslamova Əfruzə Babaş qızı, atası X15r. İş materiallarında olan AZ-İ seriyalı 818537 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir İş materiallarında olan AZ-İİ seriyalı 355772 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İslamova Əfruzə Babaş qızı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventaralşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya ÖM 016721 nömrəli olan Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi, 6 saylı evin 1 saylı mənzili 13.10.199-cu iİ tarixdə X12 adına qeydə alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2807/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, mərhum X10 miras qalmış Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən təyinatı Qaradağ rayon məhkəməsi olaraq 100 manat dövlət rüsumu ödənilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X13, X14 və X11- hər biri tərəfindən təyinatı Qaradağ Rayon məhkəməsi olaraq ayrı-ayrılıqda 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, X17 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi, 6 saylı evin 1 saylı mənzil miras əmlak kimi oğlu Cavabdeh1 tərəfindən faktiki olaraq qəbul edilərək istifadə olunur. Qızı İddiaçı isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2807/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən mirası qəbulu faktı müəyyən edilmişdir. Bu səbəbdən də ½ hissədə payının müəyyən olunmasını istəyir. Digər övladlar müstəqil tələb irəli sürən üçüncü şəxslər X13, X14 və X11 həmin əmlakdan miras paylarını 1/5 hissədə tələb edirlər. Məhkəmə tərəfindən X12 1-ci dərəcəli digər vərəsələrinin olduğu müəyyən edilməmişdir. X1 tərəfindən hər hansı bir vəsiyyətnamə mövcud deyildir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüuq normalarının tətbiqini zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarına əsasən, mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, X17 xx.xx.2016ci il tarixdə vəfat etmiş, iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürən şəxslər isə miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir. Miras əmlakın tərkibinə isə miras qoyan X12 adına olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan daxildir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı vəfat etmiş atasına məxsus olan bütün əmlakın iki bərabər hissədə (özünün və qardaşı cavabeh Firdovsi arasında) payının müəyyən edilməsini tələb edir, cavabdeh olan Cavabdeh1 isə bütün tələbləri rədd etmişdir, müstəqil tələb irəli sürən üçüncü şəxslər isə özlərinin də mərhumun övladalrı olduğunu, yəni birinci dərəcəli vərəsələri olmasını əsas göstərərək miras əmlakdan onların 1/5 hissədə olmaqla paylarının da ayrılmasını xahiş etmişdir. Məhkəmə miras əmlakın tərkib hissəsinə daxil olan əmlakla bağlı ilk olaraq onu qeyd edir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi qismində-miras qoyan X17 çıxış etdiyindən, həmin əmlak miras əmlaka daxil olmaqla vərəsələrin bərabər pay hüququ müəyyən edilməli, hazırdar isə miras qoyan şəxsin övladları olmaqla 5 nəfər birinci növbəli vərəsələri sağdır və vərəsələrin heç biri öz paylarından imtina etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda mülki iş üzrə ilkin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər mərhumun övladalrı olmaqla, hər birinin miras əmlaka 1/5 hissədə payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu tərəflərə bərabər şəkildə aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən, müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbi isə tam təmin edilməli, vərəsələr qismində çıxış edən tərəflərin-İddiaçı, X4, X6 və X3 hər birinin ataları X10 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka 1/5 hissədə payları müəyyən edilməlidir. Məhkəmə dövlət rüsumu ilə əlaqədar olaraq qeyd edir ki, hazırda iddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat məbləğində olan hissəsi Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbləri tam təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 300 manat məbləğində dövlət rüsumu isə İddiaçı və Cavabdeh1 müştərək qaydada tutlaraq X7, X9 və X5 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı atası X10 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka 1/5 hissədə payı müəyyən olunsun. 50(əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbi təmin edilsin. X4, X6 və X3 ataları X10 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka vərəsəlik hüququ tanınmaqla hər birinin 1/5 hissədə payı müəyyən edilsin. Ödənilmiş 300 manat məbləğində dövlət rüsumu İddiaçı və Cavabdeh1 müştərək qaydada tutularaq X7, X9 və X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar