Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2487/2023 05.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı MMC-in Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı MMC-in Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 sentyabr 2021-ci il tarixdə sifariş verib, saz vəziyyətdə təhvil aldığı və istifadəsində olan məhsul ödənilməli olduğu 1899.99 AZN borcu, 174.24 AZN məbləğini və eləcə də dövlət rüsumu olaraq ödənilmiş 40.74 AZN pulun, cəmi 2114.97 AZN pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 avqust 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı MMC-in nümayəndəsi X1 cavabdehlə razılığa gəldiyini, barışıq sazişi imzalandığını qeyd edərək, barışıq sazişi barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi və müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 28 avqust 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddiaçı ilə razılığa gəldiyini, barışıq sazişi imzalandığını bildirərək, barışıq sazişinin şərtlərinin müəyyən edilməsi barədə yazılı ərizəsini təqdim edərək sazişin və müvafiq qərarın qəbul edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə baxış iclasında iştirak edə bilməyəcəkləri və işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə ərizə ünvanlamışlar. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə sasən, hər hansı fiziki və hüquqi şəxs qanunda başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (191.1). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (191.2.). Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir (191.4.). Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, X3 bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində tərəflər məhkəmə iclasında iştirak edərək aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təqdim etdilər:
1. Cavabdeh 12 sentyabr 2021-ci il tarixdə onlayn qaydada sifariş verdiyi LG LED 65UP77506LA markalı televizora görə borclu olduğu 1899.99 manat borcu etiraf edib, ödəməyi qəbul edir.
2. Cavabdeh e-2(002)-2487/2023 saylı mülki iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu və onun xidmət haqqısı kimi ödənilmiş 41.14 manat pul vəsaitini ödəməyi öz öhdəsinə götürür.
3. İddiaçı MMC borclu Cavabdeh tərəfindən borclu olduğu vəsaiti və dövlət rüsumunu, cəmi 1941.13 manat 16 ay ərzində ödənilməsini qəbul edir
4. İddiaçı MMC Cavabdeh tərəfindən 1941.13 manat pul vəsaitini 2023-cü ilin sentyabrından başlayaraq hər ayın 28-indən sonra 3 iş günündən gec olmamaq şərti ilə 16 ay ərzində ödənilməsinə etiraz etmir
5. Tərəflər 16 ay ərzində hissə-hissə ödənilməli olan pul vəsaitini və ödəniş tarixi barədə Sazişdə göstərilən cədvəl (qrafik) üzrə həyata keçirilməsinə razıdırlar.
6. Ödənişlər aşağıdakı cədvəldəki qaydada müəyyən edilir: Sıra № Məbləğ(manatla) Ödəniş Tarixləri
1. 125 manat xx.xx.2023-dən sonraki 3 iş günü ərzində
2. 125 manat xx.xx.2023-dən sonraki 3 iş günü ərzində
3. 125 manat xx.xx.2023-dən sonraki 3 iş günü ərzində
4. 125 manat xx.xx.2023-dən sonraki 3 iş günü ərzində
5. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
6. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
7. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
8. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
9. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
10. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
11. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
12. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
13. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
14. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
15. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
16. 66 manat 13 qəpik xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
7. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.
8. X3 təsdiq olunduqdan sonra Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)- 2487/2023 saylı mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər.
9. Bu Sazişin şərtlərinin könüllü şəkildə icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. Bununla əlaqədar məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə tərəflər heç bir etiraz etmirlər.
10. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3(üç) nüsxədə tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri sazişi bağlayan tərəflərin alqı-satqı müqaviləsi üzrə borcun ödənilmə üsulu ilə bağlıdır ki, bu şərtlər qanuna uyğun olmaqla üçüncü şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə tərəflərin qarşılıqlı razılığını və mənafeyini əsas götürərək, mülki prosessual qanunvericiliyin müddəalarını nəzərə alıb barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, X3 ilə dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı razılığa gəldiklərindən həmin rüsumun iddiaçıya qaytarılması zərurəti aradan qalxmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İş üzrə icraata xitam verilsin. İddiaçı MMC-in Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh 12 sentyabr 2021-ci il tarixdə onlayn qaydada sifariş verdiyi LG LED 65UP77506LA markalı televizora görə borclu olduğu 1899.99 manat borcu etiraf edib ödəməyi qəbul edir.
2. Cavabdeh e-2(002)-2487/2023 saylı mülki iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu və onun xidmət haqqısı kimi ödənilmiş 41.14 manat pul vəsaitini ödəməyi öz öhdəsinə götürür.
3. İddiaçı MMC borclu Cavabdeh tərəfindən borclu olduğu vəsaiti və dövlət rüsumunu, cəmi 1941,13 manatın 16 ay ərzində ödənilməsini qəbul edir
4. İddiaçı MMC Cavabdeh tərəfindən 1941.13 manat pul vəsaitini 2023-cü ilin sentyabrından başlayaraq hər ayın 28-indən sonra 3 iş günündən gec olmamaq şərti ilə 16 ay ərzində ödənilməsinə etiraz etmir
5. Tərəflər 16 ay ərzində hissə-hissə ödənilməli olan pul vəsaitini və ödəniş tarixi barədə Sazişdə göstərilən cədvəl (qrafik) üzrə həyata keçirilməsinə razıdırlar.
6. Ödənişlər aşağıdakı cədvəldəki qaydada müəyyən edilir: Sıra № Məbləğ(manatla) Ödəniş Tarixləri
1. 125 manat xx.xx.2023-dən sonraki 3 iş günü ərzində
2. 125 manat xx.xx.2023-dən sonraki 3 iş günü ərzində
3. 125 manat xx.xx.2023-dən sonraki 3 iş günü ərzində
4. 125 manat xx.xx.2023-dən sonraki 3 iş günü ərzində
5. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
6. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
7. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
8. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
9. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
10. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
11. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
12. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
13. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
14. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
15. 125 manat xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
16. 66 manat 13 qəpik xx.xx.2024-dən sonraki 3 iş günü ərzində
7. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.
8. X3 təsdiq olunduqdan sonra Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)- 2487/2023 saylı mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər.
9. Bu Sazişin şərtlərinin könüllü şəkildə icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. Bununla əlaqədar məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə tərəflər heç bir etiraz etmirlər.
10. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Gülnar Aslanova