Məhkəmə qərarları › İş №e-2(002)-2580/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2580/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2580/2022 20.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ciiltarixinə yaranmış xx.xx.2021-ciiltarixli ********* saylımüddətli(nisyə)alqısatqımüqaviləsinəəsasən, 275 manatəsas, 41.2 manat cərimə, cəmi 316.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 383.9 manat əsas, 57.5 manat cərimə, cəmi 441.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 208.4 manat əsas, 31.2 manat cərimə, cəmi 239.6 manat, üç müqavilə üzrə 867.3 manat əsas, 129.9 manat cərimə, cəmi 997.2 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehNəsirovRəşad Vəli oğlundan tutularaq "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən,aldığı “LOTUS” markalısoba, “SCOOTER 619-2” markalıskuter və “SPEAKER JBL GO 3” markalıməhsula görə 18 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 387 manat, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən,aldığı “SAMSUNG A127” markalımobil telefon, “STİCKER SAMSUNG GALAXY A12” markalıaksesuar və “BASESUS” markalı qulaqlığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 43 manat olmaqla cəmi 512.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu, aldığı “XİAOMİ POCO M3” markalımobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla cəmi 549.4 manat, ümumilikdə üç müqavilə üzrə 1449.3 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 22 manat, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 43 manat və xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 31 manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 867.3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqımüqaviləsinin №1 saylıəlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcıtərəfindən Satıcıya ödənilir. Bildiririk ki,cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu 1299 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 1299 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 129.9 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan bor1c4u.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 275 manat əsas, 41.2 manat cərimə, cəmi 316.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 383.9 manat əsas, 57.5 manat cərimə, cəmi 441.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqımüqaviləsinə əsasən, 208.4 manat əsas, 31.2 manat cərimə, cəmi 239.6 manat, üç müqavilə üzrə 867.3 manat əsas, 129.9 manatcərimə,cəmi 997.2 manat təşkiletmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli və xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilələrinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqavilələrə əsasən satıcı hər iki müqavilə üzrə göstərilmiş məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin məzmunundan görünür ki, alıcı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 22 AZN məbləğində ödəniş etməklə, 18-ci ayda isə 13 AZN məbləğində ödəniş etməklə, cəmi 387 AZN məbləğində ödəniş etməklə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 43 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 40 AZN məbləğində ödəniş etməklə, cəmi 513 AZN məbləğində ödəniş etməklə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 17 ay müddətinə aylıq 31 AZN məbləğində ödəniş etməklə, 18-ci ayda isə 22.4 AZN məbləğində ödəniş etməklə, cəmi 549.4 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Təhvil-təslim aktının məzmunundan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “LOTUS” markalısoba, “SCOOTER 619-2” markalıskuter və “SPEAKER JBL GO 3” markalı əşyanı,xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “SAMSUNG A127” markalımobil telefon, “STİCKER SAMSUNG GALAXY A12” markalıaksesuar və “BASESUS” markalı əşyanı,xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “XİAOMİ POCO M3” markalı telefon əşyanı təhvil almışdır. Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh onunla xx.xx.2021-ci il tarixdə bağlanmış 18 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 275 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 412 manat cərimə borcu, cəmi 687 manat, xx.xx.2021-ci il tarixdə bağlanmış 12 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 383.9 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 575 manat cərimə borcu, cəmi 958.9 manat, xx.xx.2021-ci il tarixdə bağlanmış 18 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 208.4 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 312 manat cərimə borcu, cəmi 520.4 manat olmaqla hər üç müqavilə üzrə cəmi 2166.3 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 275 manat, 412 manat cərimənin borcu olmaqla 687 manat, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 383.9 manat, 575 manat cərimənin borcu olmaqla 958.9 manat, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 208.4 manat, 312 manat cərimənin borcu olmaqla 520.4 manat məbləğində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdırHəmin müqavilənin predmeti qismində “LOTUS” markalısoba, “SCOOTER 619-2” markalıskuter və “SPEAKER JBL GO 3”, “SAMSUNG A127” markalımobil telefon, “STİCKER SAMSUNG GALAXY A12” markalı aksesuar, “BASESUS” markalı əşya, “XİAOMİ POCO M3” markalı mobil telefon çıxış etmişdir. Lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqların əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 275 manat,383.9 manat və 208.4 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar oluğundan, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, müqavilə üzrə cərimə borcunun məbləği əsas borcun məbləğinə mütənasib olmadığından,cərimə borcunun məbləği azaldılmalı və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 27 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 38 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 275 manat məbləğində əsas borc, 27 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 383.9 manat məbləğində əsas borc, 38 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 208.4 manat əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 952.3 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 275 manat məbləğində əsas borc, 27 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 383.9 manat məbləğində əsas borc, 38 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 208.4 manat əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 952.3 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar