Məhkəmə qərarları › İş №e-2(002)-2594/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2594/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2594/2022 07.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ciiltarixli ********* saylımüddətli(nisyə)alqısatqımüqaviləsinəəsasən, 449.9 manatəsas, 67.4 manat cərimə, cəmi 517.3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 172 manat əsas, 25.8 manat cərimə, cəmi 197.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 205 manat əsas, 30.7 manat cərimə, cəmi 235.7 manat, üç müqavilə üzrə 826.9 manat əsas, 123.9 manat cərimə, cəmi 950.8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehNəsirovRəşad Vəli oğlundan tutularaq "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən,aldığı“Xiaomi Redmi 10” markalımobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla cəmi 539.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən,aldığı “Xiaomi Redmi 9A” markalımobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla cəmi 272 manat və xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “X1 10” markalımobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 499 manat olmaqla, ümumilikdə üç müqavilə üzrə 1310.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylımüqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 45 manat, xx.xx.2021-ci il tarixli ********* saylımüqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 8 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 42 manat ödəniş etmiş və qalıq qalmış 826.9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqımüqaviləsinin №1 saylıəlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcıtərəfindən Satıcıya ödənilir. Bildiririk ki,cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu üç müqavilə üzrə 1239 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı üç müqavilə üzrə 1239 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 123.9 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borc3u0.10.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 449.9 manat əsas, 67.4 manat cərimə, cəmi 517.3, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 172 manat əsas, 25.8 manat cərimə, cəmi 197.8 və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 205 manat əsas, 30.7 manat cərimə, cəmi 235.7 manat olmaqla, üç müqavilə üzrə 826.9 manat əsas, 123.9 manat cərimə, ümumilikdə 950.8 manat təşkiletmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli və xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilələrinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqavilələrə əsasən satıcı hər iki müqavilə üzrə göstərilmiş məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin məzmunundan görünür ki, alıcı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə aylıq 4 AZN məbləğində ödəniş etməklə, cəmi 540 AZN məbləğində ödəniş etməklə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 23 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda isə 19 AZN məbləğində ödəniş etməklə, cəmi 272 AZN məbləğində ödəniş etməklə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 42 AZN məbləğində ödəniş etməklə, 12-ci ayda ödəniş 37 AZN məbləğində ödəniş etməklə, cəmi 499 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Təhvil-təslim aktının məzmunundan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Xiaomi Redmi 10” markalımobil telefonu,xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Xiaomi Redmi 9A” markalımobil telefonu,xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “X1 10” markalımobil telefon əşyanı təhvil almışdır. Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh onunla xx.xx.2021-ci il tarixdə bağlanmış 12 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 449.9 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 674 manat cərimə borcu, cəmi 1123.9 manat, xx.xx.2021-ci il tarixdə bağlanmış 12 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 172 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 258 manat cərimə borcu, cəmi 430 manat, xx.xx.2021-ci il tarixdə bağlanmış 12 ay müddətli alğı-satqı müqaviləsinə əsasən 205 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 307 manat cərimə borcu, cəmi 512 manat olmaqla hər üç müqavilə üzrə cəmi 1665.9 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 449.9 manat, 674 manat cərimənin borcu olmaqla 1123.9 manat, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 172 manat, 258 manat cərimənin borcu olmaqla 430 manat, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 205 manat, 307 manat cərimənin borcu olmaqla 512 manat məbləğində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər;467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdırHəmin müqavilənin predmeti qismində Xiaomi Redmi 10” markalı mobil telefon, “Xiaomi Redmi 9A” markalı mobil telefon və “X1 10” markalı mobil telefon çıxış etmişdir. Lakin cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqların əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 449.9 manat,172 manat və 205 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar oluğundan, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, müqavilə üzrə cərimə borcunun məbləği əsas borcun məbləğinə mütənasib olmadığından,cərimə borcunun məbləği azaldılmalı və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 44 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 17 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 449.9 manat məbləğində əsas borc, 44 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 172 manat məbləğində əsas borc, 17 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 205 manat əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 907.9 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 449.9 manat məbləğində əsas borc, 44 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 172 manat məbləğində əsas borc, 17 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 205 manat əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 907.9 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar