Məhkəmə qərarları › İş №e-2(002)-26/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-26/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-26/2024 08.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İP543 saylı kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 6.327,40 manat faiz, 2,25 manat cərimə olmaqla, cəmi 118.837,27 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın ünvan 2 mənzil 11 (yeni qaydalarla: AZ1102, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə yönəldilməsi; ünvan 2 mənzil 11 (yeni qaydalarla: AZ1102, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 409 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi X3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İP543 saylı kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 8.124,40 manat faiz, 276,32 manat cərimə olmaqla, cəmi 120.908,34 manat məbləğində borcun İddiaçı ASCnin xeyrinə tutulması; tutmanın ünvan 2 mənzil 11 (yeni qaydalarla: AZ1102, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə yönəldilməsi; ünvan 2 mənzil 11 (yeni qaydalarla: AZ1102, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 164.000 manat müəyyən edilərək satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 411 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 05 dekabr 2019-cu il tarixli İP543 nömrəli kredit müqaviləsi imzalanmış və bank tərəfindən borcalana illik faiz dərəcəsi 8 % olmaqla 300 ay müddətinə 114.000 manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli İP543 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyləşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir. Bununla yanaşı, qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bank ilə borcalan arasında 11 dekabr 2019-cu il tarixli İP543 nömrəli alğı-satqı və ipoteka müqaviləsi imzalanmış və ünvan 2 mənzil 11 (yeni qaydalarla: AZ1102, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP543 saylı alğı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********05-05301-093022, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2020) dövlət reyestrindən çıxarış və PŞB-İP seriyalı, 000574 nömrəli ipoteka kağızı verilmişdir. Lakin kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, borcalan ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsinin və onun faizinin ödənilməsini 90 gün və daha çox müüdətə gecikdirdikdə bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Buna görə də, bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi haqqında qaydaların tələblərinə əsasən, borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə, Fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir, müvəkkil bank Fonddan ipoteka kreditini kredit üzrə əsas borcun ödənilməmiş qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə geri alır. İpoteka saxlayan İddiaçı ASC ipoteka qoyana «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 409 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, Cavabdeh 08 avqust 2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - İP543 saylı kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 6.327,40 manat faiz, 2,25 manat cərimə olmaqla, cəmi 118.837,27 manat təşkil edir, gecikmə günün sayı – 573. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 05 dekabr 2019-cu il tarixli İP543 nömrəli kredit müqaviləsi imzalanmış və bank tərəfindən borcalana illik faiz dərəcəsi 8 % olmaqla 300 ay müddətinə 114.000 manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli İP543 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyləşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir. 02 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASCyə 112.507,62 manat əsas borc, 8.124,40 manat faiz, 276,32 manat cərimə olmaqla, cəmi 120.908,34 manat borcunun olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli 9/716 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan çıxarış məlumatları, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli İP543 nömrəli kredit müqaviləsinə əsasən maliyyə arayışının tarixinə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: - əsas borc üzrə – 112.639,53 manat; - faiz üzrə – 4.465,51 manat. Qeyd edilir ki, iş materiallarında iddiaçı bank tərəfindən cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana cərimə hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İpoteka predmeti ilə bağlı təqdim olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 11 dekabr 2019-cu il tarixli İP543 nömrəli alğı-satqı və ipoteka müqaviləsi imzalanmış və ünvan 2 mənzil 11 (yeni qaydalarla: AZ1102, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP543 saylı alğı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********05-05301- 093022, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2020) dövlət reyestrindən çıxarış və PŞB-İP seriyalı, 000574 nömrəli ipoteka kağızı verilmişdir. Çıxarışda xeyrinə hüquq yüklü edilən şəxs qismində İddiaçı ASC, hüququ yüklü edilən şəxs qismində Cavabdeh qeyd edilmişdir. Yüklülüyün müddəti 300 ay təşkil edir. Alğı-satqı və ipoteka müqaviləsi qanunla müəyyən edilmiş qaydada təsdiq edilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən ipoteka predmetinin həmin dövrə dəyəri 164.000 manat həddində müəyyən edilmişdir. Məhkəmə vurğulayır ki, mülki işə obyektiv, tam, ədalətli baxılması üçün, iş üzrə zərurət yarandığından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(002)-2479/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən ekspertizanın aparılmasından imtina olunmuşdur. Bundan sonra, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(002)-98/2023 saylı qərardadı ilə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumat göndərdiyindən məhkəmə hesab edir ki, iş üzrə icraat təzələnməli, iş məhkəmə baxışına təyin edilməlidir. Belə ki, yuxarıda qeyd olunan məlumata əsasən məhkəmənin sözügedən qərardadı məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair hissədə icra edilsə də (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli 9/716 saylı rəyi məhkəməyə təqdim olunmuşdur), məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi hissəsində mümkün olmamışdır. Bu səbəbdən, məhkəmənin 24 sentyabr 2024-cü il tarixli e-2(002)-26/2024 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, işin məhkəmə baxışı xx.xx.2024-cü il tarixə təyin edilmiş, mülki işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının çıxarılması üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin son məhkəmə baxışı iclası təyin olunan gün bitməsi nəzərə alınaraq, iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 27 sentyabr 2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə 112/BOB/24 nömrəli rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin likvid dəyəri 180.000 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 411 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ekspert rəyləri (faiz məbləğinə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair) əsas götürülməklə iddia qismən təmin edilməli, İP543 saylı kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 4.465,51 manat faiz, 27 manat cərimə olmaqla, cəmi 117.000,13 manat pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 407 manat hissəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı; tutma ünvan 2 ünvanda yerləşən 11 saylı mənzilə (yeni qaydalarla: AZ1102, ünvan 1 yönəldilməli; həmin mənzilin ilkin satış qiyməti 180.000 manat müəyyən edilməli; mənzil açıq hərracda satılmalı; satışdan əldə olunmuş vəsait Cavabdeh İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməli; mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. 300 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Qeyd edilməlidir ki, bank ilə borcalan arasında İP543 nömrəli alğı-satqı və ipoteka müqaviləsi 11 dekabr 2019-cu il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 saylı qərardadında formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Yuxarıda vurğulandığı kimi, tərəflər arasında alğı-satqı və ipoteka müqaviləsi 11 dekabr 2019-cu il tarixdə, yəni 2018-ci il 28 dekabr tarixindən sonra bağlandığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan başqa, iddiaçı ipoteka predmetinin satışından əldə edilən vəsait kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin həmin hissədə iddia iki səbəbə görə təmin edilə bilməz. Birinci səbəb, ipoteka predmetinin likvid dəyərinin borc məbləğindən əhəmiyyətli dərəcədə çox olmasıdır. İkinci səbəb isə, qətnamənin nəticə hissəsində borcun cavabdehdən tutulmalı olmasına dair göstəriş yer aldığı halda, ipoteka predmetinin satışından əldə edilən vəsait kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulmasına dair göstərişin yer almasına zərurətin olmamasıdır. Məhkəmə hesab edir ki, mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğin cavabdehə qaytarılmasına dair göstərişin qətnamədə yer alması, digər sözlə ifadə etdikdə məhkəmə tərəfindən qətnamənin icra qaydasının müəyyən edilməsi zəruridir. Çünki, ipoteka predmetinin satışından əldə ediləcək vəsaitin borcun ödənilməsindən sonra artıq qalacaq hissəsinin müqəddəratına müvafiq hüquqi qiymət verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Bu səbəbdən, Azərbaycan Respublikası MPM-nin 220.6-cı maddəsinin tələbləri baxımından yuxarıda qeyd olunan göstəriş qətnamənin nəticə hissəsində yer almalıdır və bu, qətnamənin icrası üçün məqsədəuyğun olmaqla, iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiаçı dəbbə pulunun tutulmаsınа dаir tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənаsübsüz surətdə yüksək hеsаblаnmışdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 467-ci mаddəsinə əsаsən məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən krеditоrun həm əmlаk mənаfеləri, həm də bütün əsаslı mənаfеləri nəzərə аlınır. Dəbbə pulu ödənildikdən sоnrа оnun miqdаrının аzаldılmаsı istisnа еdilir. Məhkəmə hеsаb еdir ki, 27 mаnаt məbləğində dəbbə pulunun tutulmаsı ədаlətli оlmаqlа yаnаşı, krеditоrun həm əmlаk mənаfеləri, həm də bütün əsаslı mənаfеləri qоrunmuş оlur. Digər tərəfdən, əsаs bоrcun və fаizin tutulmаsı ilə yаnаşı, qеyd оlunаn məbləğdə dəbbə pulunun tutulmаsı iddiаçıyа dəymiş rеаl zərəri kоmpеnsаsiyа еdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İP543 saylı kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 4.465,51 manat faiz, 27 manat cərimə olmaqla, cəmi 117.000,13 manat pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 407 manat hissəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ünvan 2 ünvanda yerləşən 11 saylı mənzilə (yeni qaydalarla: AZ1102, ünvan 1 yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 180.000 manat müəyyən edilsin. Mənzil açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait Cavabdeh İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilsin. Mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğ cavabdehə qaytarılsın. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 300 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar