Məhkəmə qərarları › İş №e-2(002)-2638/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2638/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2638/2025 20.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakları ilə , İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK PRO kompüter, ZƏMANƏT + 1 İL xidməti üçün 7239.92 (yeddi min iki yüz otuz doqquz manat, 92 qəpik) manat ödənilməmiş hissə, 723.99 (yeddi yüz iyirmi üç manat, 99 qəpik) manat cərimə olmaqla, ümumilikdə, 7963.91 manat borc və 99.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK PRO kompüter, ZƏMANƏT + 1 İL xidməti almış və nəticədə 7963.91 (yeddi min doqquz yüz altmış üç manat, 91 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 9013.92 (doqquz min on üç manat, 92 qəpik) manat (yəni 24 ay x 375.58 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK PRO kompüter, ZƏMANƏT + 1 İL xidməti üçün ümumilikdə, 7963.91 (yeddi min doqquz yüz altmış üç manat, 91 qəpik) manat olmaqla ondan 7239.92 (yeddi min iki yüz otuz doqquz manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 723.99 (yeddi yüz iyirmi üç manat, 99 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1774 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir . İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Aralarında kompyuterin alqı-satqısına dair müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən borc yaranmışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 9013.92 manat məbləğində əşya- APPLE MACBOOK PRO kompüteri alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli bildirişdən və təhvil təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh alqı-satqı qiyməti 9013.92 manat olan APPLE MACBOOK PRO kompüteri təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktlarının surətindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 7239,92 manat ödənilməmiş hissə, 723,99 manat dəbbə pulu olmaqla, ümumilikdə 7963,91 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün təyinatı Qaradağ Rayon Məhkəməsi olmaqla 99,64 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş müqavilələrə əsasən tərəflər arasında əmlakın müddətli nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə əmlakı Cavabdeh satmış, cavabdeh(alıcı) isə verilmiş əşyaları qəbul edərək müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcunu tələb edir, cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olsa da məhkəmə proseslərinə gəlməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Həmçinin məhkəmə iclaslarında da cavabdeh iddia tələbini mübahisələndirməyərək əsas borca dair hissədə iddia tələbini etiraf etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcu hissəsində əsaslı olmaqla təmin edilməli, dəbbə pulu hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 100 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, 100 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün ödənilmiş 99,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir, hazırda iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 93,39 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 7239,92 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla ümumilikdə cəmi 7339,92 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 93,39 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 7239,92 manat əsas, 100 manat dəbbə pulu olmaqla ümumilikdə cəmi 7339,92(yeddi min üç yüz otuz doqquz manat doxsan iki qəpik) manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 93,39(doxsan üç manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar