Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2747/2022 07.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********98527 SAMSUNG GALAXY A11 MARKALİ TELEFON üçün, 178 (yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə,xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********14119 X1 9 MARKALİ TELEFON üçün 359 (üç yüz əlli doqquz) manat ödənilməmiş hissə,35 (otuz beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********23145 Samsung Galaxy A11 markalı telefon üçün 95 (doxsan beş) manat ödənilməmiş hissə,9 (doqquz) manat cərimə,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən,LG LED Tv,HOFFMANN Mini soba üçün 133 (yüz otuz üç) manat ödənilməmiş hissə,13 (on üç) manat cərimə, ümumilikdə 839 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 869 manat cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC iləxx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, , İmei kodu **********98527 Samsung Galaxy A11 markalı telefon, İmei kodu **********14119 X1 9 markalı telefon, İmei kodu **********23145 Samsung Galaxy A11 markalı telefon və LG LED Tv, HOFFMANN Mini sobaalmış və nəticədə 839 (səkkiz yüz otuz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 475.2 (dörd yüz yetmiş beş, iyirmi qəp) manat (24 ay x 19.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********98527 Samsung Galaxy A11 markalı telefon üçün 195 (yüz doxsan beş) manat olmaqla ondan, 178 (yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 471 (dörd yüz yetmiş bir) manat (12 ay x 39 manat + 3 manat ilkin ödəniş) olan İmei kodu **********14119 X1 9 markalı telefon üçün 394 (üç yüz doxsan dörd) manat olmaqla ondan, 359 (üç yüz əlli doqquz) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432.2 (dörd yüz otuz iki, iyirmi qəp) manat (12 ay x 34.1 manat + 23 manat ilkin ödəniş) olan İmei kodu **********23145 Samsung Galaxy A11 markalı telefon üçün 104 (yüz dörd) manat olmaqla ondan 95 (doxsan beş) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 612 (altı yüz on iki) manat (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan LG LED Tv, HOFFMANN Mini sobaüçün 146 (yüz qırx altı) manat olmaqla ondan 133 (yüz otuz üç) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1225.4 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il, 21034929 nömrəli, xx.xx.2020-ci il, 21038977 nömrəli,xx.xx.2020-ci il tarixli 20160276 nömrəli,xx.xx.2021-ci il tarixli 22310914 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ KODU **********14119 X1 9 MARKALİ TELEFON və İMEİ KODU **********98527 SAMSUNG GALAXY A11 MARKALİ TELEFON, İMEİ kodu **********23145 Samsung Galaxy A11 markalı telefonu,LG LED Tv,HOFFMANN Mini soba alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə İMEİ KODU **********14119 X1 9 MARKALİ TELEFON və İMEİ KODU **********98527 SAMSUNG GALAXY A11 MARKALİ TELEFON, İMEİ kodu **********23145 Samsung Galaxy A11 markalı telefon,LG LED Tv,HOFFMANN Mini soba təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinin məzmunundan görünür ki, alıcı 12 ay müddətinə, aylıq 39 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 24 ay müddətinə, aylıq 19.8 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 34.1 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 34 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdehnın "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 178 manat və 17 manat cərimə,xx.xx.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 359 manat və 35 manat cərimə, xx.xx.2020-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 95 manat və 9 manat cərimə, xx.xx.2020ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 133 manat və 13 manat cərimə olmaqla, ümumilikdə 839 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilələrin predmeti İMEİ KODU **********98527 SAMSUNG GALAXY A11 MARKALİ TELEFON, İMEİ KODU **********14119 X1 9 MARKALİ TELEFON, İMEİ kodu **********23145 Samsung Galaxy A11 markalı telefon,LG LED Tv,HOFFMANN Mini soba çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə qalıq borcu yaranmışdır. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilələrin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 178 manat məbləğində borc və 17 manat məbləğində cərimə borcu,xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 359 manat məbləğində borc və 35 manat məbləğində cərimə borcu, xx.xx.2020ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 95 manat məbləğində borc və 9 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 133 manat məbləğində borc və 13 manat məbləğində cərimə borcu olmaqla, cəmi 839 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 178 manat məbləğində borc və 17 manat məbləğində cərimə borcu,xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 359 manat məbləğində borc və 35 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 95 manat məbləğində borc və 9 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 133 manat məbləğində borc və 13 manat məbləğində cərimə borcu olmaqla, cəmi 839 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-2747/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2747/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver