Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2767/2025 22.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2024-ci il tarixli müqavilə üzrə X1 1 il xidməti, Fen Hoffmann, X2 6 qulaqlıq, İmei kod **********08781 Xiaomi Redmi 13 markalı telefon üçün 437.40 manat ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 43.74 manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilə üzrə, X1 3 il xidməti, İmei kod **********68765 Samsung Galaxy A06 markalı telefon üçün 85.54 manat ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 8.60 manat cərimə borcu olmaqla, ümumilikdə 622.40 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflərin bağladığı 30 noyabr 2024-ci il tarixli və 09 dekabr 2024-ci il tarixli müqavilələrə əsasən “X1 1 il xidməti, Fen Hoffmann, X2 6 qulaqlıq, İmei kod **********08781 Xiaomi Redmi 13 markalı telefon və X1 3 il xidməti, İmei kod **********68765 Samsung Galaxy A06 markalı telefon üçün 622.40 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 452.88 manat olan (18 ay x 25.16 manat + 0 manat ilkin ödəniş) “X1 1 il xidməti, Fen Hoffmann, X2 6 qulaqlıq, İmei kod **********08781 Xiaomi Redmi 13 markalı telefon üçün ümumilikdə 504.74 manat, alqı-satqı qiyməti 90.54 manat (18 ay x 5.03 manat + 0 manat ilkin ödəniş), X1 3 il xidməti, İmei kod **********68765 Samsung Galaxy A06 markalı telefon üçün ümumilikdə 117.70 manat, borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 noyabr 2024-ci il tarixli, ********** nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 452.88 manat dəyərində “X1 1 il xidməti, Fen Hoffmann, X2 6 qulaqlıq, İmei kod **********08781 Xiaomi Redmi 13 markalı telefon” ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 25.16 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 09 dekabr 2024-ci il tarixli müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 90.54 manat dəyərində X1 3 il xidməti, İmei kod **********68765 Samsung Galaxy A06 markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 5.03 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. xx.xx.2024-ci il tarixli və xx.xx.2024-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh ********** nömrəli Müqavilədə qeyd olunan “X1 1 il xidməti, Fen Hoffmann, X2 6 qulaqlıq, İmei kod **********08781 Xiaomi Redmi 13 markalı telefonu, 02098222 nömrəli Müqavilədə qeyd olunan X1 3 il xidməti, İmei kod **********68765 Samsung Galaxy A06 markalı telefon təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 19 iyun 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 30 noyabr 2024-ci il tarixli müqavilə üzrə cavabdehin 437.4 manat məbləğində ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 43.74 manat cərimə olmaqla, cəmi 504.74 manat; 09 dekabr 2024-ci il tarixli müqavilə üzrə cavabdehin 85.54 manat məbləğində ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 8.6 manat cərimə olmaqla, cəmi 117.7 manat; ümumilikdə 622.4 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2024ci il, 09 dekabr 2024-ci il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir, həmin müqavilələr etibarlıdır. Ona görə də, hazırkı mübahisə üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-ci il tarixli, xx.xx.2024-ci il tarixli alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı hər iki müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin xx.xx.2024-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 437.4 manat əsas borc, xx.xx.2024-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 85.54 manat məbləğində əsas borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli, xx.xx.2024-ci il tarixli müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəyir. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini birinci müqavilə üzrə 43.74 manat, ikinci müqavilə üzrə 8.6 manat məbləğində müəyyən etmişdir. Lakin məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2024-ci il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2024-ci il tarixli, xx.xx.2024-ci il tarixli müqavilələr üzrə innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2024-ci il tarixli, xx.xx.2024ci il tarixli müqavilələr üzrə innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissədə təmin edilməməlidir. Belə ki, göstərilən müqavilənin predmeti olan cihazın deaktiv edilməsi yolu ilə rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulmasına və bu məqsədlə müvafiq rüsumun iddiaçı tərəfindən ödənilməsinə dair hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə iddianın tələbini dövlət rüsumunun tutulması hissəsini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPMnin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əsasən, X1 1 il xidməti, Fen Hoffmann, X2 6 qulaqlıq, İmei kod **********08781 Xiaomi Redmi 13 markalı telefon üçün 437.40 manat ödənilməmiş hissə və 15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 3 il xidməti, İmei kod **********68765 Samsung Galaxy A06 markalı telefon üçün 85.54 manat əsas borc, 5 manat cərimə olmaqla, ümumilikdə 542.94 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-2767/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2767/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver