Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2817/2025 30.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 350.20 manat borcun (abonent kodu: **********150) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 149.2-ci maddəsinin tələblərinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ərizədə Cavabdeh qeydiyyat ünvanı kimi Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 qeyd edilsə də, AZEMİS Elektron İnformasiya portalından cavabdehə dair məlumatlar aşkar etmək mümkün olmamış, cavabdehin şəxsiyyətini müəyyən etməyə imkan verən sənədlər, cavabdehin hazırda Azərbaycan Respublikası vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sübutlar (məhkəmənin beynəlxalq səlahiyyətini müəyyən etmək üçün), Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə sənəd ərizəyə əlavə edilməmiş, bununla da cavabdehin yaşayış yerini və işin ərazi aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, cavabdehin şəxsiyyəti ilə bağlı məlumatları elektron sistemdə aşkar etmək mümkün olmadığından, eyni zamanda cavabdehin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşaması barədə mötəbər sübut təqdim edilmədiyindən və hazırkı mülki iş üzrə iddia tələbinin ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olubolmadığını müəyyən etmək mümkün olmadığı üçün məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İşdən görünür ki, iddiaçı hazırkı tələbi irəli sürərkən 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılarkən həmin rüsum iddiaçıya qaytarılmalıdır. Məhkəmə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 Cavabdeh qarşı Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 350.20 manat borcun (abonent kodu: **********150) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3, VÖEN: **********) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-2817/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2817/2025
30.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver