Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2895/2022 24.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərinin ərazi aidiyatı üzrə yanlışlıq olduğundan geri qaytarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin xahişi nəzərə alınmaqla iddia ərizəsi baxılmamış saxlanılmalıdır.Həmçinin, iddia ərizəsinə əlavə edilmiş ********** saylı ödəniş qəbzindən də görünür ki, qəbzdə “Məhkəmə adı” hissəsində Nərimanov Rayon Məhkəməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-2895/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2895/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver