Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-30/2023 18.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Seyidabbas oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik yerüstü neft kəmərinin 1.4-cü km-də kəmərdən 43 metr aralı (Şirvan-Bakı Dş 500 saylı yerüstü, neft kəmərinin 48-ci km-də 39 T 398497 ******* saylı koordinat üzrə) məsafədən Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə yurdlar ünvanında vətəndaş Cavabdeh tərəfindən elə həmin ünvanda qanunsuz inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və mülkiyyəti təsdiq edən sənəd olmadan həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik yerüstü neft kəmərinin 1.4-cü km-də kəmərdən 43 metr aralı (Şirvan-Bakı Dş 500 saylı yerüstü, neft kəmərinin 48-ci km-də 39 T 398497 ******* saylı koordinat üzrə) məsafədən Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə yurdlar ünvanında vətəndaş Cavabdeh tərəfindən elə həmin ünvanda qanunsuz tikinti işlərinin aparılması xx.xx.2021-ci il tarixdə İdarənin əməkdaşları tərəfindən aşkar edilmişdir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu Qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması; heyvan saxlamaq; balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Cinayət Məcəlləsinin 222-2-ci maddəsinə əsasən müvafiq icazə almadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neftqaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Seyidabbas oğlu məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2000-ci il tarixli 689 saylı sərəncamına əsasən Bakı şəhər XDS İK-nın 27 yanvar 1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq Ələt qəsəbəsi K.Məmmədov küçəsi 1 saylı evin 4-cü mənzilində yaşayan S.B.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Şıxlar massivindən 600 m2 torpaq sahəsi ayrılmışdır. S.B.Məmmədova onun nənəsi olmuş, təqribən 20 il bundan öncə vəfat etmiş, nənəsinin ölümündən sonra həmin torpaq sahəsi faktiki olaraq vərəsəlik qaydasında anası X5 tərəfindən qəbul edilmiş, 5-6 il bundan öncə isə anası vəfat etmişdir. 2000-ci ildə həmin torpaq sahəsində onun tərəfindən mübahisəli yaşayış evi inşa edilmiş və bu vaxtadək ailəsi ilə birlikdə həmin yaşayış sahəsində yaşayır. Ötən 23 illik müddət ərzində isə iddiaçı təşkiliat tərəfindən həmin tikili ilə bağlı ona qarşı hər hansı iddia irəli sürülməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş 05 aprel 2021-ci il tarixli aktdan görünür ki, iddiaçının əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, X2 istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik yerüstü neft kəmərinin 1.4-cü km-də kəmərdən 43 metr aralı (Şirvan-Bakı Dş 500 saylı yerüstü, neft kəmərinin 48-ci km-də 39 T 398497 ******* saylı koordinat üzrə) məsafədə Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə yurdlar ünvanında yaşayan Cavabdeh Seyidbaş oğluna məxsus köhnədən olan hasarın üstünə üç mişar daşı hörülməsi aşkarlanmışdır. Aparılan işlərin dayandırılması barədə xəbərdarlıq olunmuşdur. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2000-ci il tarixli 689 saylı sərəncamından görünür ki, Bakı şəhər XDS İKnın 27 yanvar 1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq Ələt qəsəbəsi K.Məmmədov küçəsi 1 saylı evin 4-cü mənzilində yaşayan S.B.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Şıxlar massivindən 600 m2 torpaq sahəsi ayrılmışdır. Sərəncamla yaşayış evinin tikintisinin fərdi və yaxud birtipli layihə əsasında aparılması qərara alınmışdır. Vətəndaşa tapşırılmışdır ki, fərdi yaşayış evinin tikintisi üçün rayon MKTB ilə müqavilə bağlasın. Sərəncamda həmçinin göstəriş qoyulmuşdur ki, fərdi yaşayış evinin tikintisi rayon İcra Hakimiyyəti başçısının sərəncamından sonra 3 il müddətinə başa çatdırılsın. Tikintiyə nəzarət rayon İHB-nin Ələt qəsəbəsi üzrə nümayəndəliyinə və rayon polis idarəsinin 11-ci polis bölməsinə tapşırılmışdır. İşin faktiki hallarından göründüyü kimi, iddia ərizəsində özbaşına tikili kimi qeyd edilən ev Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2000-ci il tarixli 689 saylı sərəncamına əsasən bunun üçün sərəncamda ayrılmış torpaq sahəsində inşa edilmişdir. Həmin sərəncam hazırda qüvvədədir, mübahisələndirilməmişdir. Məhkəmə mübahisəyə obyektiv, tam, ədalətli baxılması və hüquqi qiymət verilməsi üçün müvafiq ekspertiza təyin etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli 10/7312 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan hasar tikilisi ilə neft kəməri arasındakı məsafənin 42,3 metr təşkil etdiyi müəyyən olunur. Tədqiq olunan ünvanda neft kəmərinin mühafizəsi zonasında başqa tikili aşkar edilməmişdir (qərardadın 1-ci və 2-ci sualları üzrə). 14 noyabr 2022-ci il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadın üçüncü sualının cavablandırılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasına dəvət olunmuş ekspert X6 izahat verərək bildirdi ki, qərardadın 1-ci və 2-ci sualları üzrə mübahisə predmeti olan hasar tikilisi ilə neft kəməri arasındakı məsafənin 42,3 metr təşkil etdiyi müəyyən olunur. Tədqiq olunan ünvanda neft kəmərinin mühafizə zonasında başqa tikili aşkar edilməmişdir. Qərardadın üçüncü sualı üzrə xx.xx.2022-ci il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadın 3-cü sualının cavablandırılması mümkün olmamışdır. Göründüyü kimi, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2000-ci il tarixli sərəncamına müvafiq olaraq Ələt qəsəbəsi K.Məmmədov küçəsi 1 saylı evin 4-cü mənzilində yaşayan S.B.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Şıxlar massivindən 600 m2 torpaq sahəsi ayrılmışdır. S.B.Məmmədova cavabdehin nənəsi olmuş, 20 il öncə vəfat etmişdir. Torpaq sahəsini cavabdehin anası miras əmlak kimi faktiki olaraq qəbul etmişdir. Həmin torpaq sahəsində tikilini isə cavabdeh inşa etmişdir və bu günədək ailəsi ilə həmin evdə yaşayır. Torpaq sahəsinin cavabdehin nənəsinə ev tikintisi üçün ayrılması barədə sərəncam hazırda qüvvədədir. Məhkəmə yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, belə olduğu təqdirdə iddianın təmin edilməsi mümkün deyil. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 50 manat ekspertiza xərci iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 50 manat ekspertiza xərci iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-30/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-30/2023
18.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver