Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3022/2022 05.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı X3 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı X3 xeyrinə № 1399 nömrəli 27 fevral 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə qalıq 418 manat, cərimə məbləğinə görə 383,19 manat, cəmi 801,19 manat məbləğində borcun və № 1699 nömrəli 13 may 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə qalıq 470 manat, cərimə məbləğinə görə 331,74 manat,cəmi 801,74 manat məbləğində borcun,cəmi 1602,93 manat məbləğində borcun və ödənilən 50 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 (“Satıcı”) ilə fiziki şəxs Cavabdeh (“Alıcı”) arasında № 1399 nömrəli 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini Samsung A515 X8 4/64gb markalı telefon təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən,“Satıcı” bu müqavilənin 1.1-ci bəndində göstərilən əşyanı “Alıcı”nn mülkiyyətinə verməyi, “Alıcı” əşyanı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndində qeyd edilən pul məbləğini (qiyməti) Müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satılan əşyanın qiyməti 729 AZN təşkil edir. “Alıcı” satılan əşyanın qiymətindən 100 AZN “Satıcı”ya ödəyir, qalan 629 AZN məbləği 3.3-cü bəndə əsasən,“Satıcı”ya hissə-hissə 12 ay müddətində ödəyir. Müqavilənin 8.1-ci bəndinə əsasən, cərimənin ödənilməsi “Alıcı”nı öhdəliklərdən azad etmir. “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1% cərimə ödəyir. X1 (“Satıcı”) ilə fizikişəxs Cavabdeh (“Alıcı”) arasında № 1699 nömrəli 13 may 2020-ci il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini Redmi Note 9Sİnterstellar Grey 4/64gb markalı telefon təşkiledir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən,“Satıcı” bu müqavilənin 1.1-ci bəndində göstərilən əşyanı “Alıcı”nn mülkiyyətinə verməyi, “Alıcı” əşyanı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndində qeyd edilən pul məbləğini (qiyməti) Müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satılan əşyanın qiyməti 549 AZN təşkil edir. “Alıcı” satılan əşyanın qiymətindən 36 AZN “Satıcı”ya ödəyir, qalan 513 AZN məbləği 3.3-cü bəndə əsasən,“Satıcı”ya hissə-hissə 12 ay müddətində ödəyir. Müqavilənin 8.1-ci bəndinə əsasən, cərimənin ödənilməsi “Alıcı”nı öhdəliklərdən azad etmir. “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1% cərimə ödəyir. Cavabdeh sözügedən № 1399 saylı 27 fevral 2020-ci il tarixlimüqavilənin şərtlərini pozmuş, məbləğin hissə-hissə ödənilməsi öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, ödəniş sənədindən göründüyü kimi, cavabdehin № 1399 nömrəli 27 fevral 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə qalıq 418 manat borcu qalmışdır. Ödəniş sənədindən göründüyü kimi, cavabdeh sonuncu dəfə 09 iyul 2020-ci il tarixdə ödəniş etdiyindən, cərimə məbləği qrafikə uyğun olaraq 27 avqust 2020-ci ildən hər gün üçün aylıq ödənişin (52,42 manat) 1%-i məbləğində hesablanmağa başlanmışdır. Beləliklə, xx.xx.2022-ci il tarixədək cavabdehdən tutulmalı olan cərimə məbləği 383,19 manat (731 gün gecikmə) təşkil etmişdir. Ümumilikdə,cavabdehin № 1399 nömrəli 27 fevral 2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixədək cəmi 801,19 manat (əsas və cərimə borcu) borcu vardır. Digər tərəfdən, cavabdeh № 1699 nömrəli 13 may 2020-ci il tarixli müqavilə üzrə də məbləğin hissə-hissə ödənilməsi öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, ödəniş sənədindən göründüyü kimi, cavabdehin № 1699 nömrəli 13 may 2020ci il tarixli müqavilə üzrə əsas borca görə qalıq 470 manat borcu qalmışdır. Ödəniş sənədindən göründüyü kimi, cavabdeh sonuncu dəfə 27 iyun 2020-ci il tarixdə ödəniş etdiyindən, cərimə məbləği qrafikə uyğun olaraq 13 iyul 2020-ci ildən hər gün üçün aylıq ödənişin (42,75 manat) 1%-i məbləğində hesablanmağa başlanmışdır. Beləliklə, xx.xx.2022-ci il tarixədək cavabdehdən tutulmalı olan cərimə məbləği 331,74 manat (776 gün gecikmə) təşkil etmişdir. Ümumilikdə cavabdehin Cavabdehin № 1699 nömrəli 13 may 2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə olan borcu cəmi 801,74 manat (əsas və cərimə borcu) təşkiledir. Hesab edirəm ki, müqavilələrin hər ikisinin 8.1-ci bəndinə əsasən, sözügedən cərimə məbləği də tam şəkildə cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Qeyd edim ki, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həlledilməsi üçün iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində borcun ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh öhdəliyini icra etməmiş, pretenziyaya cavab verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 1399 nömrəli 27 fevral 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 729 manat olan Samsung A515 X8 4/64gb markalı telefonu alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarına əlavə olunmuş 1699 nömrəli 13 may 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 549 manat Redmi Note 9Sİnterstellar Grey 4/64gb markalı telefonu alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 1699 nömrəli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 13 may 2020-ci il tarixli müqavilə üzrə əşyaya görə 470 manat əsas borcu qalmışdır. Cəmi 43 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş 1399 nömrəli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 1399 nömrəli 27 fevral 2020-ci il tarixli müqavilə üzrə əşyaya görə 418 manat əsas borcu qalmışdır.Cəmi 211 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş bildirişlərdən və əşyanın təhvil-təslim aktının surətlərindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş 27 fevral 2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, 27 fevral 2020-ci il tarixli müqavilə üzrə Cavabdeh iddiaçıya 12 ay müddətində aylıq 52,42 manat ödəməyi öhdəsinə götürmüşdür. ilkin ödəniş 100 manat edilmişdir. İş materiallarına əlavə olunmuş 13 may 2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, 13 may 2020-ci il tarixli müqavilə üzrə Cavabdeh iddiaçıya 12 ay müddətində aylıq 42,75 manat ödəməyi öhdəsinə götürmüşdür. ilkin ödəniş 36 manat olunmuşdir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, X4 (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə satış müqaviləsi bağlanmış və müqavilələrə əsasən satıcı əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya müqavilələr üzrə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində X2 Elvin Tacəddin oğlunun 1399 nömrəli 27 fevral 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə qalıq 418 manat, cərimə məbləğinə görə 383,19 manat, cəmi 801,19 manat məbləğində borcun və 1699 nömrəli 13 may 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə qalıq 470 manat, cərimə məbləğinə görə 331,74 manat, cəmi 801,74 manat məbləğində borcun, cəmi 1602,93 manat məbləğində borcun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən bildiriş və iddia ərizəsinin surəti qəbul edilsə də, onun tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər.Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 1399 nömrəli 27 fevral 2020-ci il tarixli və 1699 nömrəli 13 may 2020-ci il tarixli müqavilələrin hər biri üzrə 40 manat olmaqla cəmi 80 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqavilələrə görə 80 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən borca dair maliyyə və ödəniş cədvəlini əsas götürüb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, həmçinin cavabdeh iddia ərizəsini lazimi qaydada almasına baxmayaraq, məhkəməyə onun tərəfindən heç bir etiraz daxil olmadığını, habelə iddiaçının tələbinin aşkar və əsaslandırılmış olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 1399 nömrəli 27 fevral 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə qalıq 418 manat, cərimə məbləğinə görə 40 manat və 1699 nömrəli 13 may 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə qalıq 470 manat, cərimə məbləğinə görə 40 manat, hər iki müqavilə üzrə cəmi 968 manat məbləğində borcun və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq X3 xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 fevral 2020-ci il tarixli müqavilə üzrə 418(dörd yüz on səkkiz) manat əsas borca, 40(qırx) manat cərimə və 13 may 2020-ci il tarixli müqavilə üzrə 470(dörd yüz yetmiş) manat əsas borc, 40(qırx) manat cərimə olmaqla, iki müqavilə üzrə cəmi 968(doqquz altmış səkkiz) manat məbləğində borc və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30(otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq X3 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-3022/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3022/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver