Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3062/2024 03.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 103.9 AZN əsas 15.5 AZN cərimə cəmi 119.4 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 43.9 AZN əsas 6.5 AZN cərimə cəmi 50.4 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqısatqımüqaviləsi üzrə 135.9 AZN əsas, 20.3 AZN cərimə, cəmi 156.2 AZN borc ümumilikdə üç müqavilə üzrə 283.7 AZN əsas, 42.3 AZN cərimə, 326 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqımüqaviləsi (müqavilələri) barədə məlumat: 1 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 319,99 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 18,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Fiver qaz pilitəsi Son ödəniş məbləği və tarixi: 36,00 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 103,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 155,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 15,50 AZN Tutulmalı olan cəmi məbləğ: 119,40 AZN 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 139,99 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 8,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Lotus markalı aspirator Son ödəniş məbləği və tarixi: 16,00 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 43,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 65,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 6,50 AZN Tutulmalı olan cəmi məbləğ: 50,40 AZN 3 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 639,99 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 36,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): İndesit markalı paltaryuyan maşın Son ödəniş məbləği və tarixi: 72,00 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 135,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 203,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 20,30 AZN Tutulmalı olan cəmi məbləğ: 156,20 AZN Məhkəmə işdə olan sübutları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və dəyəri 319,99 manat olan əşyanı alıcıya verməyi, alıcı isə onu qəbul edib, əşyanın qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsinə əsasən əşyaya görə 43,9 manat əsas, 65 manat dəbbə pulu olmaqla, ümumilikdə 108,90 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə borcu 18 ay müddətində aylıq 18 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və dəyəri 639,99 manat olan əşyanı alıcıya verməyi, alıcı isə onu qəbul edib, əşyanın qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsinə əsasən əşyaya görə 135,9 manat əsas, 203 manat dəbbə pulu olmaqla, ümumilikdə 338,90 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə borcu 18 ay müddətində aylıq 36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və dəyəri 139,99 manat olan əşyanı alıcıya verməyi, alıcı isə onu qəbul edib, əşyanın qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsinə əsasən əşyaya görə 43,9 manat əsas, 65 manat dəbbə pulu olmaqla, ümumilikdə 108,90 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə borcu 18 ay müddətində aylıq 8 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş bildirişlərdən və əşyanın təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh ona verilmiş malı tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə satış müqavilələri bağlanmış və müqavilələrə əsasən satıcı əşyanı alıcıya verməyi, alıcı isə onu qəbul edib, əşyanın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində «İrşad-Elektronics xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 103.9 AZN əsas 15.5 AZN cərimə cəmi 119.4 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 43.9 AZN əsas, 6.5 AZN cərimə, cəmi 50.4 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 135.9 AZN əsas, 20.3 AZN cərimə, cəmi 156.2 AZN borc ümumilikdə üç müqavilə üzrə 283.7 AZN əsas, 42.3 AZN cərimə, 326 AZN cəmi borcu və 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən bildiriş və iddia ərizəsinin surəti qəbul edilsə də, onun tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar yaranmış borc tələbi qismən əsaslı olmaqla, əsas borcu hissəsində tam, dəbbə pulu hissəsində isə qismən təmin edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, kredit müqaviləsinin bağlanılma tarixini və müqavilənin bitmə tarixini nəzərə alır və xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 15,5 manat və xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 20.3 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və dəbbə pulu olaraq xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə 8 manat, xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə isə 5 manat məbləğində dəbbə pulun tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində məbləğində dövlət rüsumu ödənilmişdir. Hal-hazırda iddia tələbi qismən-təmin edilsə də, iddia tələbinin təmin edilmiş hissəsinin dəyəri ( 303,2 manat) 1000 manatdan çox olmadığına görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30 manat təşkil edir və bununla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş və tələb olunan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən-təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, həmçinin cavabdeh iddia ərizəsini lazımi qaydada almasına baxmayaraq, məhkəməyə onun tərəfindən heç bir etiraz daxil olmadığını, habelə iddiaçının tələbinin aşkar və əsaslandırılmış olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 103.9 AZN əsas, 8 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 43.9 manat əsas, 6.5 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 135.9 manat əsas, 5 manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə cəmi 303,2 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 30 manat dövlət rüsumunu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284 -6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 103.9 AZN əsas, 8 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 43.9 manat əsas, 6.5 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 135.9 manat əsas, 5 manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə cəmi 303,2(üç yüz üç manat iyirmi qəpik) manat və ödənilmiş 30(otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №e-2(002)-3062/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3062/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver