Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3131/2023 13.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həşimova Günay Rövşən qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq, МÜƏYYƏNЕТDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, ərizənin əsaslandığı tələbi təsdiq edən müqavilə iddia ərizəsinə əlavə edilməmişdir,Beləliklə, iddia tələbinin əsaslandığı sənəd-müqavilə iddia ərizəsinə əlavə edilmədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə olan halda, ərizəni qəbul etməkdən imtina barədə qərardad qəbul edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər(müqavilələr) təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmçinin, iddia ərizəsini imzalamış şəxsin səlahiyyətlərini təsdiqləyən sənədlər də (etibarnamə) əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1 – 284- 4-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçı ASC-yə izah edilsin ki, onun həmin tələb üzrə yenidən iddia ərizəsi vermək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim : Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-3131/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3131/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver