Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3361/2022 29.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********33192 Samsung Galaxy A12 markalı telefon üçün 462.06 (dörd yüz altmış iki manat 06 qəpik) manat ödənilməmiş hissə, 46.94 (qırx altı manat 94 qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********46129 Samsung Galaxy A02S MARKALİ TELEFON üçün 247.8 (iki yüz qırx yeddi manat 80 qəpik) manat ödənilməmiş hissə, 24.2 (iyirmi dörd manat 20 qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TP-LİNK MODEM üçün 29.2 (iyirmi doqquz manat 20 qəpik) manat ödənilməmiş hissə, 2.8 (iki manat 80 qəpik) manat cərimə; Ümumilikdə, 813 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-cu il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, , İMEİ KODU **********33192 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON, İMEİ KODU **********46129 SAMSUNG GALAXY A02S MARKALİ TELEFON, TP-LİNK MODEM almış və nəticədə 813 (səkkiz yüz on üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 462.06 (dörd yüz altmış iki manat, altı qəp) manat (18 ay x 25.67 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********33192 SAMSUNG GALAXY A12 MARKALİ TELEFONüçün ümumilikdə, 509 (beş yüz doqquz) manat olmaqla ondan, 462.06 (dörd yüz altmış iki manat, altı qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46.94 (qırx altı manat, doxsan dörd qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 406.8 (dörd yüz altı manat, səksən qəp) manat (18 ay x 22.6 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********46129 SAMSUNG GALAXY A02S MARKALİ TELEFN üçünn ümumilikdə, 272 (iki yüz yetmiş iki) manat olmaqla ondan, 247.8 (iki yüz qırx yeddi manat, səksən qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.2 (iyirmi dörd manat, iyirmi qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 73.2 (yetmiş üç manat, iyirmi qəp) manat (12 ay x 6.1 manat + 0 manat ilkin ödəniş) TP-LİNK MODEMüçün ümumilikdə, 32 (otuz iki) manat olmaqla ondan, 29.2 (iyirmi doqquz manat, iyirmi qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.8 (iki manat, səksən qəp) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 203 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ciil tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, 22442952 nömrəli,xx.xx.2021-ci il tarixli 22451600 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ KOD **********33192 Samsung Galaxy A12 markalı telefon, İMEİ KOD **********46129 Samsung Galaxy A02S MARKALİ TELEFON və TP-LİNK MODEM alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli,xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə İMEİ KOD **********33192 Samsung Galaxy A12 markalı telefon, İMEİ KOD **********46129 Samsung Galaxy A02S MARKALİ TELEFON və TP-LİNK MODEM təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinin məzmunundan görünür ki, alıcı 18 ay müddətinə, aylıq 25.67 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 22.6 AZN məbləğində ödənişlər etməklə, xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 6.1 AZN məbləğində ödənişlər etməklə, borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 29 oktyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 462.06 manat və 46.94 manat cərimə, xx.xx.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 247.8 manat və 24.2 manat cərimə, xx.xx.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 29.2 manat və 2.8 manat cərimə olmaqla, ümumilikdə 813 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ciil tarixli alğı-satqı müqavilələri bağlanılmış, həmin müqavilələrin predmeti İMEİ KOD **********33192 Samsung Galaxy A12 markalı telefon, İMEİ KOD **********46129 Samsung Galaxy A02S MARKALİ TELEFON və TP-LİNK MODEM çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 462.06 manat, 247.8 manat, 29.2 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun məbləği aşkar oluğundan, həmin hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olduğundan, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 462.06 manat məbləğində borc və 46.94 manat məbləğində cərimə borcu,xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinə əsasən ödənilməmiş 247.8 manat məbləğində borc və 24.2 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 29.2 manat məbləğində borc və 2.8 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 813 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində olan dövlət rüsumu tutularaq ABC Telecom MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 462.06 manat məbləğində borc və 46.94 manat məbləğində cərimə borcu,xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 247.8 manat məbləğində borc və 24.2 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 29.2 manat məbləğində borc və 2.8 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 813 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-3361/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3361/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver