Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3372/2023 13.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********45217 İphone 13 Pro markalı telefon üçün 2887.02 manat ödənilməmiş əsas borc və 288.98 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********81841 İphone 11 markalı telefon üçün 374.8 manat ödənilməmiş əsas borc, 37.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********18546 Samsung Galaxy A72 markalı telefon üçün 287.4 manat ödənilməmiş əsas borc və 28.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********20785 Samsung Galaxy A32 markalı telefon üçün 166 manat ödənilməmiş əsas borc və 16 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********85062 Samsung Galaxy A72 markalı telefon üçün 71.6 manat ödənilməmiş əsas borc və 7.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********57561 NOKİA 8000 markalı telefon, POWER Bank Hiper 30000 MAH, X1 Pro üçün 61.17 manat ödənilməmiş əsas borc və 6.83 manat cərimə borcu olmaqla, ümumilikdə 4233 manat borc və 62.33 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflərin bağladığı 30 may 2022-ci il tarixli, 25 may 2021-ci il tarixli, 11 avqust 2021-ci il tarixli, 22 aprel 2021-ci il tarixli, 19 may 2021 və 05 iyun 2021-ci il tarixli müqavilələrə əsasən “İmei kodu **********45217 İphone 13 Pro markalı telefon, İmei kodu **********81841 İphone 11 markalı telefon, İmei kodu **********18546 Samsung Galaxy A72 markalı telefon, İmei kodu **********20785 Samsung Galaxy A32 markalı telefon, İmei kodu **********57561 NOKİA 8000 markalı telefon, POWER Bank Hiper 30000 MAH, X1 Pro və İmei kodu **********85062 Samsung Galaxy A72 markalı telefon üçün 4233 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3364.02 manat olan (18 ay x 186.89 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********45217 İphone 13 Pro markalı telefon üçün ümumilikdə 3176 manat, alqı-satqı qiyməti 2275.2 manat olan (18 ay x 126.4 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********81841 İphone 11 markalı telefon üçün ümumilikdə 412 manat, alqı-satqı qiyməti 1427.4 manat olan (18 ay x 79.3 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********18546 Samsung Galaxy A72 markalı telefon üçün ümumilikdə 316 manat, alqı-satqı qiyməti 684 manat olan (18 ay x 38 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********20785 Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə 182 manat, alqı-satqı qiyməti 1146.6 manat (18 ay x 63.7 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********85062 Samsung Galaxy A72 markalı telefon üçün ümumilikdə 79 manat, alqı-satqı qiyməti 1038.6 manat (18 ay x 57.7 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********57561 NOKİA 8000 markalı telefon, POWER Bank Hiper 30000 MAH, X1 Pro üçün ümumilikdə 68 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş cavabdehin sənədlərdə göstərilən ünvanına qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh məhkəmə bildirişini əldə etsə də iddiaya etiraz təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan 30 may 2022-ci il tarixli, 03401579 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 3364.02 manat dəyərində İmei kodu **********45217 İphone 13 Pro markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 186.89 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. Belə ki, iş materiallarında olan 25 may 2021-ci il tarixli, 23096824 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 2275.2 manat dəyərində İmei kodu **********81841 İphone 11 markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 126.4 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. Belə ki, iş materiallarında olan 11 avqust 2021-ci il tarixli, 24003130 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 1427.4 manat dəyərində İmei kodu **********18546 Samsung Galaxy A72 markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 79.3 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. Belə ki, iş materiallarında olan 22 aprel 2021-ci il tarixli, 23012107 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 684 manat dəyərində İmei kodu **********20785 Samsung Galaxy A32 markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 38 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. Belə ki, iş materiallarında olan 05 iyun 2021-ci il tarixli, 23120793 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 1146.6 manat dəyərində İmei kodu **********85062 Samsung Galaxy A72 markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 63.7 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. Belə ki, iş materiallarında olan 19 may 2021-ci il tarixli, 23083731 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 85.14 manat dəyərində İmei kodu **********57561 NOKİA 8000 markalı telefon, POWER Bank Hiper 30000 MAH, X1 Pro ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 57.7 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh 03401579 nömrəli Müqavilədə qeyd olunan İmei kodu **********45217 İphone 13 Pro markalı telefon, 23096824 nömrəli Müqavilədə qeyd olunan İmei kodu **********81841 İphone 11 markalı telefon, 24003130 nömrəli Müqavilədə qeyd olunan İmei kodu **********18546 Samsung Galaxy A72 markalı telefon, 23012107 nömrəli Müqavilədə qeyd olunan İmei kodu **********20785 Samsung Galaxy A32 markalı telefon, 23083731 nömrəli Müqavilədə qeyd olunan İmei kodu **********57561 NOKİA 8000 markalı telefon, POWER Bank Hiper 30000 MAH, X1 Pro və 23120793 nömrəli Müqavilədə qeyd olunan İmei kodu **********85062 Samsung Galaxy A72 markalı telefon markalı telefon təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 25 sentyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 30 may 2022-ci il tarixli müqavilə üzrə cavabdehin 2887.02 manat məbləğində ödənilməmiş əsas borc, 288.98 manat cərimə olmaqla, cəmi 3176 manat; 25 may 2021-ci il tarixli müqavilə üzrə cavabdehin 374.8 manat məbləğində ödənilməmiş əsas borc, 37.2 manat cərimə olmaqla, cəmi 412 manat; 11 avqust 2021-ci il tarixli müqavilə üzrə cavabdehin 287.4 manat məbləğində ödənilməmiş əsas borc, 28.6 manat cərimə olmaqla, cəmi 316 manat; 22 aprel 2021-ci il tarixli müqavilə üzrə cavabdehin 168 manat məbləğində ödənilməmiş əsas borc, 16 manat cərimə olmaqla, cəmi 182 manat; 05 iyun 2021-ci il tarixli müqavilə üzrə cavabdehin 71.6 manat məbləğində ödənilməmiş əsas borc, 7.4 manat cərimə olmaqla, cəmi 79 manat, 19 may 2021-ci il tarixli müqavilə üzrə cavabdehin 61.17 manat məbləğində ödənilməmiş əsas borc, 6.83 manat cərimə olmaqla, cəmi 68 manat, ümumilikdə 4233 manat məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 may 2022-ci il tarixli, 25 may 2021-ci il tarixli, 11 avqust 2021-ci il tarixli, 22 aprel 2021-ci il tarixli, 19 may 2021-ci il tarixli və 05 iyun 2021-ci il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir, həmin müqavilələr etibarlıdır. Ona görə də, hazırkı mübahisə üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında 30 may 2022-ci il tarixli, 25 may 2021-ci il tarixli, 11 avqust 2021-ci il tarixli, 22 aprel 2021-ci il tarixli, 19 may 2021-ci il tarixli və 05 iyun 2021-ci il tarixli alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı hər iki müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 2887.02 manat əsas borc, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 274.8 manat əsas borc, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 287.4 manat əsas borc, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 166 manat əsas borc, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 61.17 manat əsas borc və xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 71.6 manat məbləğində əsas borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 30 may 2022-ci il tarixli, 25 may 2021-ci il tarixli, 11 avqust 2021-ci il tarixli, 22 aprel 2021-ci il tarixli, 19 may 2021-ci il tarixli və 05 iyun 2021-ci il tarixli müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmdə peniya ödəyir. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini birinci müqavilə üzrə 725.4 manat, ikinci müqavilə üzrə 113.4 manat, üçüncü müqavilə üzrə 94.8 manat, dördüncü müqavilə üzrə 45.6 manat, beşinci müqavilə üzrə 18.9 manat, altıncı müqavilə üzrə 17.1 manat məbləğində müəyyən etmişdir. Lakin məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2022ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 62.33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 62.33 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 59.33 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 30 may 2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********45217 İphone 13 Pro markalı telefon üçün 2887.02 manat əsas borc və 50 manat cərimə borcu, 25 may 2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********81841 İphone 11 markalı telefon üçün 374.8 manat əsas borc və 10 manat cərimə borcu, 11 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********18546 Samsung Galaxy A72 markalı telefon üçün 287.4 manat əsas borc və 10 manat cərimə borcu, 22 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********20785 Samsung Galaxy A32 markalı telefon üçün 166 manat əsas borc və 5 manat cərimə borcu, 05 iyun 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********85062 Samsung Galaxy A72 markalı telefon üçün 71.6 manat əsas borc, 5 manat cərimə borcu, 19 may 2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********57561 NOKİA 8000 markalı telefon, POWER Bank Hiper 30000 MAH, X1 Pro üçün 61.17 manat əsas borc, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 3932.99 manat məbləğində pul vəsaiti və 59.33 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-3372/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3372/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver