Məhkəmə qərarları › İş №e-2(002)-3773/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3773/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3773/2025 17.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC -nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 oğlnudan İddiaçı QSC-nin xeyrinə PVN020782 saylı xx.xx.2024-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 1433 AZN borcun, 214.95 AZN cərimə borcunun, 37 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh X2 arasında bağlanmış PVN020782 saylı xx.xx.2024-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1506 manat dəyərində nisyə aldığı mala görə 73 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1433 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin X1 qarşı olan 1433 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3773/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbinin təmin olunmasını və onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında dəbbə pulunun azaldılmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş PVN020782 saylı xx.xx.2024-ci il tarixli Nisyə Alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 1506 manat olan əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyanın qiymətini satıcıya 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, R-2382/23 saylı faktorinq müqaviləsinin surətindən görünür ki, fiziki şəxs "xxxx" MMC ilə Ferrum Kapital” QSC (faktor) arasında tələbetmə hüququnun güzəşt edilməsinə dair Faktoring müqaviləsi bağlanmış və müqaviləyə əsasən fiziki şəxs "xxxx" MMC özünün borclulara olan pul tələbini "xxxx" MMC(faktora)-yə güzəşt edir. İş materiallarına əlavə olunmuş fiziki şəxs "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış tələbetmə hüququnun güzəşt edilməsinə dair Faktoring müqaviləsinə əlavə olunan Sazişə əsasən Cavabdeh borcu tələbetmə hüququ "xxxx" MMC-dən Ferrum Capital” MMC-yə ötürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh PVN020782 saylı xx.xx.2024-cü il tarixli Nisyə Alqı-satqı satqı müqaviləsi üzrə 1433 manat əsas borc, 214,95 manat dəbbə pulu olmaqla, cəmi 1647,95 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Əlavə və Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh(alıcı) POVER ON” MMC-yə 238 manat ilkin ödəniş edilməklə qiyməti 1506 manat olan əşyaları 6 ay müddətində hər ay 239 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli əşyanın təhvil-təslim aktın surətindən görünür ki, Cavabdeh (alıcı) ona verilmiş malları tam qüsursuz halda təhvil almış və imzalamışdır. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün təyinatı Qaradağ Rayon Məhkəməsi olmaqla 37,40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh (alıcı) borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş müqavilələrə əsasən tərəflər arasında əmlakın müddətli nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə əmlakı Cavabdeh satmış, cavabdeh(alıcı) isə verilmiş əşyaları qəbul edərək müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcunu tələb edir, cavabdeh isə məhkəmə iclasında dəbbə pulunun azaldılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Həmçinin məhkəmə iclaslarında da cavabdeh iddia tələbini mübahisələndirməyərək əsas borca dair hissədə iddia tələbini etiraf etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcu hissəsində əsaslı olmaqla təmin edilməli, dəbbə pulu hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 214,95 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, 100 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün ödənilmiş 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir, hazırda iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35,33 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1433 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla ümumilikdə cəmi 1533 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35,33 manat ödənilmiş dövlət rüsumu və 40(qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı Cavabdeh alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1433 manat əsas borc, 100 manat dəbbə pulu olmaqla cəmi 1533(bir min beş yüz otuz üç) manat borc və 35,33(otuz beş manat otuz üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 40(qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar