Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3788/2025 14.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, 1.661,56 manat əsas borc, 83,08 manat əldən çıxmış fayda və ödənilmiş 37 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)- 3788/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" BOKT QSC arasında 03 may 2021-ci il tarixdə «əməkdaşlıq müqaviləsi» bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulların pul vəsaiti kredit götürən şəxs tərəfindən ödənilmədiyi halda həmin kredit borc məbləğinin İddiaçı MMC-dən tutulması nəzərdə tutulmuşdur. Yəni, İddiaçı MMC "xxxx" BOKT QSC tərəfindən kredit ayrılan şəxsə zamin durmuşdur. Belə ki, "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 574-MEA-0701-23 saylı kredit müqaviləsi üzrə 1.661,56 manat məğləğində borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyinə görə həmin borcu müqavilə şərtlərinə əsasən "xxxx" BOKT QSC İddiaçı MMC-dən tutmuşdur. Belə olan halda İddiaçı MMC reqress qaydasında borcun ödənməsinə dair Cavabdeh qarşı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd edir ki, Cavabdeh 1.661,56 manat olan borcu İddiaçı MMC-yə ödəməyə qanunsuz və əsassız olaraq qəsdən yayınır. Həmçinin Cavabdeh aldığı malların dəyərini gecikdirmişdir. Bu səbəbdən, mülki qanunvericiliyin tələbinə əsasən İddiaçı MMC cavabdehdən gecikdirilən borc məbləğinin 5 % həcmində, yəni 83 manat 08 qəpik əldən çıxmış fayda tələb edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli əməkdaşlıq haqqında müqavilədən görünür ki, satıcı İddiaçı MMC ilə kreditor "xxxx" BOKT QSC arasında əməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı bir və ya bir neçə avadanlığı kreditlə əldə etmək istəyən müştəriyə kreditordan müvafiq məbləğə qədər kredit almağı təklif edir; kreditor həmin müştərinin kredit ödəmə qabiliyyətini qiymətləndirərək təsdiq etdikdən sonra, ona bu Müqavilədə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalarına uyğun olaraq kredit verməyi öz öhdəsinə götürür; borc almaq istəyən müştərilərə (bundan sonra «Borcalan»lara) kreditor tərəfindən verilən kreditlərin illik faiz dərəcəsi, kreditləşdirmə müddəti və məbləği qanunvericiliyə və kreditorun qayda və tələblərinə uyğun olaraq müəyyənləşdirilir. "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 574- MEA-0701-23 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT QSC Cavabdeh İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulları almaq məqsədi ilə 2.000 manat məbləğində istehlak kredit verməyi, Cavabdeh müqavilə üzrə əsas borc və hesablanmış faizlərin ödənilməsini bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə 1) göstərilmiş qaydada icra etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 574-MEA-0701-23 saylı əmlak girovu müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin təminatı kimi bazar dəyəri 2.000 manat olan əşyalar (müqavilənin 4-cü bəndində sadalanan gözəllik və sağlamlıq üçün texnikalar) girov qoyulmuşdur. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1.661,56 manat borcu əməkdaşlıq haqqında müqavilənin 2.1.6-cı bəndinə əsasən zamin İddiaçı MMC tərəfindən kreditor "xxxx" BOKT QSC-yə ödənilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" BOKT QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair BOKT qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, bu səbəbdən zamin İddiaçı MMC tərəfindən 1.661,56 manat borc "xxxx" BOKT QSC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsinin qərarındakı mövqedən aydın olur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edilən 5 faiz məbləğ nə vurulmuş zərərdən, nə pul öhdəliklərinin icra edilməsi ilə bağlı məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 449-cu maddəsindən asılı deyildir. Bu isə onu deməyə əsas verir ki, həmin norma icranın gecikdirilməsi nəticəsində vurulmuş zərər və ya öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti üçün sanksiya olmamaqla, borclunun təqsiri ilə bağlı olan halı özündə ehtiva etmir. Həmin norma pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələrini müəyyən edir. Yəni kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etmirsə və ya həmin məbləği sübut edə bilmirsə, ən azı 5 faiz tələb etmək hüququ var. Qanunun bu norması kreditora onun qarşılaşdığı maliyyə itkisini minimal qaydada kompensasiya etmək imkanı tanıyır. Göründüyü kimi, iddiaçı cavabdehdən borcu və gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, zamin kimi ödədiyi məbləğin ona qaytarılmasını cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.661,56 manat əsas borc, 83,08 manat əldən çıxmış fayda və ödənilmiş 37 manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.661,56 manat əsas borc, 83,08 manat əldən çıxmış fayda və ödənilmiş 37 manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3788/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3788/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver