Məhkəmə qərarları › İş №e-2(002)-3857/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3857/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3857/2025 18.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqavilə üzrə «X3 14», Zəmanət + 1 İl xidməti üçün 4.637,04 manat ödənilməmiş hissə, 463,70 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung TV üçün 1.740 manat ödənilməmiş hissə, 174 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən **********67852 İMEİ kodlu «Samsung Galaxy S23» markalı telefon, Huawei Freebuds SE2 üçün 719,72 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 71,97 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Huawei Freebuds 5i, X1 Watch üçün 134,05 manat ödənilməmiş hissə, 13,41 manat cərimə olmaqla, cəmi 7.977,49 manat pul vəsaiti və ödənilmiş 99,78 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, «X3 14», Zəmanət + 1 İl xidməti; Samsung TV; **********67852 İMEİ kodlu «Samsung Galaxy S23» markalı telefon, Huawei Freebuds SE2; Huawei Freebuds 5i, X1 Watch almış və nəticədə 7.977,49 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 5.897,04 manat (24 ay x 193,21 manat + 1.260 manat ilkin ödəniş) olan «X3 14», Zəmanət + 1 İl xidməti üçün ümumilikdə 5.100,74 manat olmaqla həmin məbləğdən 4.637,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 463,70 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.088 manat (18 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan «Samsung TV» üçün ümumilikdə 1.914 manat olmaqla həmin məbləğdən 1.740 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 174 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.851,12 manat (18 ay x 102,84 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********67852 «Samsung Galaxy S23», Huaweı Freebuds SE 2 üçün ümumilikdə 815,29 manat olmaqla həmin məbləğdən 719,72 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 71,97 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 403,2 (18 ay x 22,4 manat + 0 manat ilkin ödəniş) olan Huaweı Freebuds 5i, X2 Watch üçün ümumilikdə 147,46 manat olmaqla həmin məbləğdən 134,05 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13,41 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3.008,55 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri «Müqavilə»-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da «ABC» «mal»-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. «Müştəri»nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-ə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçı təşkilat tərəfindən cərimə məbləği həddindən artıq yüksək hesablanıb. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş nisyə alğı-satqı müqavilələri ilə təsdiq olunur ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh iddiaçı "xxxx" MMC-dən dəyərini hissə-hissə ödəmək şərti ilə «X3 14», Zəmanət + 1 İl xidməti; Samsung TV; **********67852 İMEİ kodlu «Samsung Galaxy S23» markalı telefon, Huawei Freebuds SE2; Huawei Freebuds 5i, X1 Watch almışdır. Maliyyə arayışında (maliyyə və ödəniş cədvəllərində) qeyd olunmuşdur ki, hazırda müqavilələr üzrə yaranmış cəmi borc məbləği 7.977,49 manat təşkil edir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 5.897,04 manat (24 ay x 193,21 manat + 1.260 manat ilkin ödəniş) olan «X3 14», Zəmanət + 1 İl xidməti üçün ümumilikdə 5.100,74 manat olmaqla həmin məbləğdən 4.637,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 463,70 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.088 manat (18 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan «Samsung TV» üçün ümumilikdə 1.914 manat olmaqla həmin məbləğdən 1.740 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 174 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.851,12 manat (18 ay x 102,84 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********67852 «Samsung Galaxy S23», Huaweı Freebuds SE 2 üçün ümumilikdə 815,29 manat olmaqla həmin məbləğdən 719,72 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 71,97 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 403,2 (18 ay x 22,4 manat + 0 manat ilkin ödəniş) olan Huaweı Freebuds 5i, X2 Watch üçün ümumilikdə 147,46 manat olmaqla həmin məbləğdən 134,05 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13,41 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçının bildirdiyinə görə, cavabdehin cəmi ödədiyi məbləğ 3.008,55 manat təşkil edir. Cavabdeh müqavilələr üzrə daha artıq məbləğ ödədiyinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh xx.xx.2025-ci il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, mübahisənin məhkəmədən kənar həll olunması üçün cavabdehdən üzərinə düşən öhdəlikləri lazımınca icra etməsini tələb etmiş, əks təqdirdə qanunla müəyyən olunmuş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 99,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqavilə üzrə «X3 14», Zəmanət + 1 İl xidməti üçün 4.637,04 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung TV üçün 1.740 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən **********67852 İMEİ kodlu «Samsung Galaxy S23» markalı telefon, Huawei Freebuds SE2 üçün 719,72 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Huawei Freebuds 5i, X1 Watch üçün 134,05 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 7270,81 manat pul vəsaiti və ödənilmiş 99,78 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun tutulmasına dair tələbi irəli sürərkən, həmin rüsumun ödənilməsini təsdiq edən ödəniş qəbzini məhkəməyə təqdim etməmiş, iddiaçı təşkilatın Problemli Kreditlər Departamenti tərəfindən tərtib edilmiş arayış isə açıq-aşkar həmin təşkilat tərəfindən tərtib edildiyindən, məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Bununla belə mobil telefonun açılıb-bağlanması xidmətinə görə rüsum iddiaçı təşkilat tərəfindən ödənilmiş olsa belə həmin məbləğin cavabdehdən tələb edilməsi qanuni və əsaslı hesab edilmir. Çünki iddiaçı təşkilat sahibkarlıq fəaliyyətinin birbaşa subyeki olmaqla, bu fəaliyyəti həyata keçirmək üçün göstərilən xidməti öz şəxsi vəsaitləri hesabına təmin etməlidir. Belə olan halda həmin hissədə iddia tələbi təmin edilə bilməz. Bundan başqa, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müqavilələr üzrə müvafiq olaraq 10 manat, 10 manat, 10 manat və 10 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqavilə üzrə «X3 14», Zəmanət + 1 İl xidməti üçün 4.637,04 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung TV üçün 1.740 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən **********67852 İMEİ kodlu «Samsung Galaxy S23» markalı telefon, Huawei Freebuds SE2 üçün 719,72 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Huawei Freebuds 5i, X1 Watch üçün 134,05 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 7270,81 manat pul vəsaiti və ödənilmiş 99,78 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar