Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3921/2023 16.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı “X1” MMC-in Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” MMC-in Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “X1” MMC-in xeyrinə 625 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 100 manat peniya və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 755 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə görə, kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.2.4-cü maddəsinin tələbinə əsasən, kiçik iddialara dair işlər üzrə ərizəyə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinin tələbinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Tərəflər arasında bağlanmış müqavilənin 6.8-ci bəndinə əsasən, qarşılıqlı razılaşma yolu ilə həll olunmayan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Hazırkı işdə isə iddiaçı “X1” MMC-in Cavabdeh pretenziya məktubu iş materiallarına əlavə olunmamış, cavabdeh tərəfindən qəbul edilməsinə və xəbərdarlığa cavab verilibverilməməsinə dair hər hansı sübut (xəbərnamə, poçt qəbzi) əlavə edilməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həlli, yəni pretenziya qaydasına riayət edilməsi öz təsdiqini tapmır. Göstərilənlərə əsasən, iddiaçı tələbin əsaslılığını təsdiq edən mötəbər sənədləri ərizəsinə əlavə etmədiyindən məhkəmə hesab edir ki, kiçik iddialara dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası MPM-in 284.3.5-ci maddəsinə əsasən, nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.3.5-ci maddəsinə əsasən, nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ vardır və həmin məcəllənin 114.1.3-cü maddəsinə əsasən, ərizə geri qaytarıldığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı “X1” MMC-in Cavabdeh qarşı Cavabdeh iddiaçı “X1” MMC-in xeyrinə 625 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 100 manat peniya və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 755 manat tutulması tələbinə dair borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi:**********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: “X1” MMC, VÖEN **********, hüquqi ünvanı: Bakı ş.,Binəqədi r-nu,X2, ev 3B,mənzil 2) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı “X1” MMC-yə geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-3921/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3921/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver