Məhkəmə qərarları › İş №e-2(002)-395/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-395/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-395/2023 30.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Electrolux, Mini soba HOFFMANN üçün 242.7 (iki yüz qırx iki manat, yetmiş qəpik ) manat ödənilməmiş hissə, 24.3 (iyirmi dörd manat, otuz qəpik) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********43144 Samsung GalaxyA21s markalı telefon üçün 268.8 (iki yüz altmış səkkiz manat,səksən qəpik) manat ödənilməmiş hissə, 26.2 (iyirmi altı manat, iyirmi qəpik) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Lenovo kompüter üçün 141 (yüz qırx bir) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu miqdarında borc yaranmışdır. Ümumilikdə 717 manat borc v və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnaməsi çıxarmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Paltaryuyan Electrolux, Mini soba HOFFMANN, İmei kodu **********43144 Samsung Galaxy A21s markalı telefon, Lenovo kompüter almışdır . Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələri xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 717 (yeddi yüz on yeddi) manat borc yaranmışdır. xx.xx.2019cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 549 (beş yüz qırx doqquz) manat (17 ay x 30.5 manat + 30.5 manat ilkin ödəniş) olan Paltaryuyan Electrolux, Mini soba HOFFMANNüçün 267 (iki yüz altmış yeddi) manat olmaqla ondan, 242.7 (iki yüz qırx iki manat, yetmiş qəpik ) manat ödənilməmiş hissə, 24.3 (iyirmi dörd manat, otuz qəpik) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 496.32 (dörd yüz doxsan altı manat, otuz iki qəpik) manat (21 ay x 22.56 manat + 22.56 manat ilkin ödəniş) olan İmei kodu **********43144 Samsung Galaxy A21s markalı telefon üçün 295 (iki yüz doxsan beş) manat olmaqla ondan, 268.8 (iki yüz altmış səkkiz manat,səksən qəpik) manat ödənilməmiş hissə, 26.2 (iyirmi altı manat, iyirmi qəpik) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 930.96 (doqquz yüz otuz manat, doxsan altı qəpik) manat (23 ay x 38.79 manat + 38.79 manat ilkin ödəniş) olan Lenovo kompüter üçün 155 (yüz əlli beş) manat olmaqla ondan 141 (yüz qırx bir) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1323.78 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 22375216 saylı müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli malın nisyə alqı-satqı müqaviləsi restruktrizasiya edilmiş və müqaviləyə əsasən satıcı qiyməti 549 manat olan Paltaryuyan Electrolux, Mini soba HOFFMANN-ı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 17 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 22375253 saylı müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli malın nisyə alqı-satqı müqaviləsi restruktrizasiya edilmiş və müqaviləyə əsasən satıcı qiyməti 496,32 manat olan İmei kodu **********43144 Samsung Galaxy A21s markalı telefonU alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 21 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 22375233 saylı müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli malın nisyə alqı-satqı müqaviləsi restruktrizasiya edilmiş və müqaviləyə əsasən satıcı qiyməti 930.96 manat olan Lenovo kompüterİ alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 23 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 22375216 (xx.xx.0219-ci il tarixli müqaviı restruktrizasiya olunmuş) saylı müqaviləyə görə 242.7 manat əsas borc, 24.3 manat cərimə pulu olmaqla 267 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 22375253 saylı (05.08.202-ci il tarixli müqaviı restruktrizasiya olunmuş) müqaviləyə görə 268.8 manat əsas borc, 26.2 manat cərimə pulu, ümumilikdə 295 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 22375233 saylı (xx.xx.2020-ci il tarixli müqaviı restruktrizasiya olunmuş)müqaviləyə görə 141 manat əsas borc, 14 manat cərimə pulu, ümumilikdə 155 manat borcu qalmışdır İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 22375216 tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli 22375216 tarixli müqaviləyə əsasən borcunu 17 ay müddətində aylıq 30,5 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 30,5 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 22375253 tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli 22375253 tarixli müqaviləyə əsasən borcunu 21 ay müddətində aylıq 22,56 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 22,56 manatdır İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 22375233 saylı i ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli 22375233 saylı müqaviləyə əsasən borcunu 23 ay müddətində aylıq 38,79 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 38,79 manatdır. İş materiallarına əlavə olunmuş bildirişdən və əşyanın təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə satış müqaviləsi bağlanmış və müqavilələrə əsasən satıcı əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində İddiaçı MMC Cavabdeh xx.xx.2021-ci il tarixli 22375216 (xx.xx.0219-ci il tarixli müqaviı restruktrizasiya olunmuş) saylı müqaviləyə görə 242.7 manat əsas borc, 24.3 manat cərimə pulu olmaqla 267 manat borcu, xx.xx.2021-ci il tarixli 22375253 saylı (05.08.202-ci il tarixli müqaviı restruktrizasiya olunmuş) müqaviləyə görə 268.8 manat əsas borc, 26.2 manat cərimə pulu, ümumilikdə 295 manat borcu və xx.xx.2021-ci il tarixli 22375233 saylı (xx.xx.2020-ci il tarixli müqaviı restruktrizasiya olunmuş) müqaviləyə görə 141 manat əsas borc, 14 manat cərimə pulu olmaqla, ümumilikdə 717 manat borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən bildiriş və iddia ərizəsinin surəti qəbul edilsə də, onun tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2022-ci il tarixə cavabdehin borcunu əks etdirən borca dair maliyyə və ödəniş cədvəlini əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən-təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, həmçinin cavabdeh iddia ərizəsini lazimi qaydada almasına baxmayaraq, məhkəməyə onun tərəfindən heç bir etiraz daxil olmadığını, habelə iddiaçının tələbinin aşkar və əsaslandırılmış olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli 22375216 (xx.xx.0219-ci il tarixli müqavilə restruktrizasiya olunmuş) saylı müqaviləyə görə 242.7 manat əsas borc, 24.3 manat cərimə pulu olmaqla 267 manat borcu, xx.xx.2021-ci il tarixli 22375253 saylı (05.08.202-ci il tarixli müqaviı restruktrizasiya olunmuş) müqaviləyə görə 268.8 manat əsas borc, 26.2 manat cərimə pulu, ümumilikdə 295 manat borcu və xx.xx.2021-ci il tarixli 22375233 saylı (xx.xx.2020-ci il tarixli müqaviı restruktrizasiya olunmuş) müqaviləyə görə 141 manat əsas borc, 14 manat cərimə pulu olmaqla, ümumilikdə 717 manat borcunun və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 22375216 (xx.xx.0219-cu il tarixli müqavilə restruktrizasiya olunmuş) saylı müqaviləyə görə 242(iki yüz qırx iki) manat 70(yetmiş) qəpik əsas borc, 24(iyirmi dörd) manat 30(otuz) qəpik cərimə pulu, xx.xx.2021-ci il tarixli 22375253 saylı (05.08.202-ci il tarixli müqavilə restruktrizasiya olunmuş) müqaviləyə görə 268(iki yüz altmış səkkiz) manat 80(səksən) qəpik əsas borc, 26(iyirmi altı) manat 20(iyirmi) qəpik cərimə pulu və xx.xx.2021-ci il tarixli 22375233 saylı (xx.xx.2020-ci il tarixli müqavilə restruktrizasiya olunmuş) müqaviləyə görə 141(yüz qırx bir) manat əsas borc, 14(on dörd) manat cərimə pulu olmaqla, üç müqavilə üzrə ümumilikdə 717(yeddi yüz on yeddi) manat borc və 30(otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar