Məhkəmə qərarları › İş №e-2(002)-4031/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-4031/2025

23.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-4031/2025 23.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı «İri Şəhərlərin X5 Xidməti» PHŞ-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İri Şəhərlərin X5 Xidməti» PHŞ cavabdeh X3 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdeh X1 təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 978.57 manat borcun (abonent kodu: **********000) və 30 manat dövlət rüsumu üzrə xərcin tutularaq «İri Şəhərlərin X5 Xidməti» PHŞ-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İri Şəhərlərin X5 Xidməti» PHŞ-nin nümayəndəsi Nümayəndə 23 yanvar 2026-cı il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən hazırkı iddianın iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-4031/2025 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-in 284-1, 284-5.4-cü maddələrinə əsasən iddiaçı «İri Şəhərlərin X5 Xidməti» PHŞ Cavabdeh qarşı «borcun» tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin baxılmamış saxlanılması barədə ərizə verildiyindən, cavabdeh də işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən, iddia baxılmamış saxlanılaraq, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi ilə bağlı 30.00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı «İri Şəhərlərin X5 Xidməti» PHŞ-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı «İri Şəhərlərin X5 Xidməti» PHŞ-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ərizə ona əlavə edilmiş sənədlər və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, ödəyicinin adı: ««İri Şəhərlərin X5 Xidməti» PHŞ, tarix: xx.xx.2025-ci il, ödəniş: rüsum) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən «İri Şəhərlərin X5 Xidməti» PHŞ-ə qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar